• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İsrailli sabiq nazir Azərbaycan ərazilərində mina probleminin həlli yollarından yazıb

Siyasət

26-07-2022, 14:27

İsrailin geniş oxucu kütləsinə malik ən nüfuzlu qəzetlərindən olan “Israelhayom”da işğaldan azad edilmiş Azərbaycan ərazilərində mina problemi və problemin həllində qabaqcıl İsrail texnologiyasından istifadənin faydalılığı barədə məqalə dərc olunub.

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, tanınmış siyasətçi və politoloq Ayub Karanın müəllifi olduğu məqalədə adıçəkilən şəxsin bu yaxınlarda qatıldığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələrdə Dövlət Komitəsinin sədri Fuad Muradovun sözügedən problemlə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkilib.

Azərbaycanla silahlı münaqişədə Ermənistan tərəfindən müxtəlif təyinatlı minaların geniş miqyasda tətbiqinin Şuşa və Ağdam daxil olmaqla Qarabağ bölgəsinin bir çox şəhərlərində törətdiyi dağıntılardan və digər humanitar fəsadlardan danışan Komitə sədri qeyd edib ki, əsas məqsəd bölgədə sülhün bərqərar olmasıdır. Bu məqsədə nail olunması isə ilk növbədə ərazilərin tam şəkildə minasızlaşdırılmasını tələb edir və əldə olan mina xəritələri etibarsız olduqda bu işi yerinə yetirmək müşkül məsələdir. Həmçinin qeyd olunub ki, Ermənistanın mina xəritələrini tamlıqla təhvil verməkdən cari zamanadək imtina etməsi bölgədə sülh quruculuğuna mane olur.

İsrailli sabiq nazir sözügedən konfransla bağlı Azərbaycana səfəri çərçivəsində Ağdama ziyarətinə də toxunaraq “Qafqazın Xirosiması” kimi tanınan bu şəhərin məruz qaldığı etnik təmizləmə və dağıntılar nəticəsində bu gün xarabalığa çevrilmiş kabus şəhər olduğunu vurğulayıb. Qeyd olunub ki, Ağdam sakinləri vaxtilə şəhərdə mövcud olmuş teatrlardan, kafelərdən, restoranlardan, qələbəlik çay evlərindən, ibadət yerlərindən, hətta muzeylərdən və tarixi abidələrdən yararlanıblar. Şəhərdəki çörək muzeyinə belə aman verməyən erməni vandallar qəbirlərdəki cəsədlərin qızıl dişlərini çıxararaq mənimsəyiblər.

Müəllif işğaldan azad edilmiş Azərbaycan ərazilərində bir milyondan artıq minanın basdırıldığını və müharibədən sonra 220-dən çox azərbaycanlının mina partlayışının qurbanı olduğunu da yazıb. O, İsraildə icad olunmuş yeni robot mina təmizləmə texnologiyasının köməyi ilə istənilən növ minanın əl müdaxiləsi olmadan yerin müxtəlif dərinliklərindən təhlükəsiz şəkildə çıxarıldığını qeyd edərək, ölkəmizə məlum səfəri zamanı İsrailin minaların təmizlənməsi sahəsində Azərbaycana texnoloji dəstək vermək imkanını Azərbaycan tərəfinə çatdırdığına diqqət çəkib. Bu problemin həlli üçün İsrail dövlətinin malik olduğu zəruri texnologiyadan Holan yüksəkliklərindəki minaları təmizləmək üçün yararlandığını qeyd edən müəllif uzaq məsafələrə göndərilmək üçün nəzərdə tutulan xüsusi sistemlərin minaları dəqiqliklə aşkarlamaq və zərərsizləşdirmək imkanında olduğunu bildirib. Həmçinin qeyd olunub ki, Ermənistanın Azərbaycana təhvil verdiyi mina xəritələrinin yalnız 25%-nin istifadəyə yararlı olması və xəritələrin böyük hissəsinin hələ də ölkəmizə verilməməsi fonunda İsrail yalnız mina axtarışı üçün robotlar yaratmaqda deyil, həmçinin bir çox sahələrdə robotlardan yararlanmaqda ən qabaqcıl ölkə kimi Azərbaycana bu istiqamətdə böyük fayda verə bilər.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.israelhayom.com/2022/07/21/how-israeli-robots-can-be-the-solution-for-landmines/

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

29-07-2022, 19:40

İsraildə Azərbaycanın mina problemi ilə bağlı bəyanat

Siyasət

29-07-2022, 21:27

İsraildə beynəlxalq ictimaiyyəti Azərbaycanın mina probleminin həllinə çağıran bəyanat qəbul edilib

Siyasət

14-03-2023, 12:55

İsrailli sabiq nazir İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini təhlil edib

Dünya

7-03-2023, 00:41

İsrailli sabiq nazir Azərbaycanın enerji hüquqları ilə həmrəyliyini ifadə edib

Siyasət / Dünya

9-03-2023, 21:31

İsrailli sabiq nazir beynəlxalq ictimaiyyəti Qafqazda sülhü təşviq etməyə çağırıb - FOTO

Siyasət

17-02-2023, 02:27

İsrailli sabiq nazir Avropa İttifaqının Ermənistana missiya göndərməsini yanlış addım adlandırıb

Dünya

8-04-2023, 01:33

İsrailli sabiq nazir Azərbaycanı anti-semitizmin olmadığı yeganə ölkə adlandırıb

Gündəm

24-02-2023, 18:31

İsrailli sabiq nazir Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin açarı adlandırıb

Dünya

3-03-2023, 00:38

ABŞ mətbuatı Vyanada keçirilmiş Xocalı aksiyasından yazıb

Dünya

30-03-2023, 01:58

İsrail mətbuatı İslam Əməkdaşlıq Təşkilatının səfirliyimizə hücumla bağlı İrana çağırışından yazıb

Dünya

2-01-2023, 23:19

İsrail-ABŞ strateji tərəfdaşlığının gücləndirilməsi müzakirə edilib

Cəmiyyət

22-08-2022, 15:12

Azad edilən ərazilərdə daha 379 mina aşkarlandı

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 18:08
    ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
  • Bu gün, 18:01
    13 tibb işçisi eyni gündə işdən çıxarılıb: 20 dəqiqəyə arayış veribmişlər - TƏFƏRRÜAT
  • Bu gün, 17:48
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:58
    Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Bu gün, 16:47
    Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
  • Bu gün, 16:30
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:15
    Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!
  • Bu gün, 15:52
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Bu gün, 15:20
    “Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb
  • Bu gün, 14:59
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Bu gün, 14:53
    Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO
  • Bu gün, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Bu gün, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Bu gün, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Bu gün, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
  • Dünən, 18:03
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Dünən, 17:46
    Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı
  • Dünən, 17:27
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə