• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Beynəlxalq səhiyyə əməkdaşlığı, elmi fikir mübadiləsi və tibbi təcrübənin vəhdəti FOTOLAR

Səhiyyə

6-11-2025, 11:09

Azərbaycan pediatriyasının 95 illiyi münasibətilə APA 42-ci Milli Qurultayını keçirdib.

Müasir dövrdə tibbin hər bir istiqamətində olduğu kimi, pediatriya da elmi yeniliklərin, qabaqcıl texnologiyaların və humanist dəyərlərin qovuşduğu bir sahəyə çevrilib. Uşaqların sağlamlığı yalnız tibb elminin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Məhz bu mövqeydən çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyası hər il təşkil etdiyi elmi-praktik tədbirlərlə uşaq sağlamlığının qorunması, inkişafı və maarifləndirilməsi sahəsində mühüm işlərə imza atır.

1–2 noyabr tarixlərində Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi və Azərbaycan Tibb Universitetinin (ATU) dəstəyi ilə “Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayı” keçirilib. Ənənəvi olaraq təşkil edilən bu mötəbər elmi tədbir, uşaq sağlamlığı sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssisləri, tanınmış alimləri, müəllimləri və ictimai xadimləri bir araya gətirib.

Tədbirə Beynəlxalq Pediatrlar Assosiasiyası (IPA), Avropa Pediatrlar Assosiasiyası (EPA/UNEPSA), Avrasiya Uşaq Həkimləri Federasiyası, Rusiya Pediatrlar İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri onlayn qoşulublar.

Qurultay uşaqlara tibbi yardımın keyfiyyətinin artırılması, təcrübə mübadiləsi və gənc nəslin sağlamlığının qorunması istiqamətində yeni ideyaların və praktik həllərin müzakirəsinə xidmət edib.

Beynəlxalq tədbirin həmsədrləri Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə, ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, APA-nın fəxri vitse-prezidenti, professor Lalə Allahverdiyeva və ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Nailə Sultanova olublar.

Noyabrın 1-də Azərbaycan Tibb Universitetinin Fizika-Kimya korpusunda və Terapevtik Klinikada “Azərbaycanda tibb işçilərinin ali təhsil perspektivləri: keçmişdən gələcəyə doğru”, “Pediatriyanın və neonatologiyanın aktual problemləri”, “Uşaq nevrologiyası və endokrinologiyasında yeniliklər” kimi panel mövzular üzrə geniş müzakirələr aparılıb.

ATU-nun İctimai Səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva, ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Vəsadət Əzizov və digər tanınmış mütəxəssislər çıxış edərək pediatriyanın inkişaf dinamikasından, elmi tədqiqatların praktiki səhiyyədə tətbiqi yollarından və yeni tədris metodologiyalarından danışıblar.

APA-nın sədri Təranə Tağı-zadə çıxışında Assosiasiyanın 95 illik inkişaf yolunu, uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirləri və qarşıda duran strateji hədəfləri diqqətə çatdırıb. O, qeyd edib ki, bu tarixi yol Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə sıx bağlıdır. Ulu Öndər Assosiasiyanın fəaliyyətinə daim dəstək göstərib, onun təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetində tibb fakültəsinin yaradılması və həmin prosesdə Assosiasiyanın fəal iştirakı bu regionun səhiyyəsinin inkişafında mühüm mərhələ olub.

Təranə Tağı-zadə vurğulayıb ki, bu gün həmin humanist missiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük sədaqət və məsuliyyətlə davam etdirilir. Uşaq sağlamlığının qorunması, müasir tibb müəssisələrinin yaradılması, regionlarda profilaktik səhiyyənin genişləndirilməsi istiqamətində atılan addımlar bu siyasətin bariz göstəricisidir.

Tədbirdə yerli və xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb, praktiki sessiyalar və konqresönü təlim kursları təşkil olunub. Bu sessiyalar həkimlərin elmi biliklərini dərinləşdirməklə yanaşı, onların müasir diaqnostika və müalicə yanaşmalarını təkmilləşdirməsinə şərait yaradıb. Uşaqlarda qidalanma, metabolik proseslər, immunitet və psixonevroloji inkişaf kimi sahələrdə aparılan təlimlər müasir pediatriyanın prioritet istiqamətlərini əhatə edib.

Həkimlər Nərmin Novruzova və Gülsüm Hüseynova tərəfindən “Qidalanmada yanlış addımlar”, “Yaşın izləri: maddələr mübadiləsinin həyatla uyumu”, “Beyin və bağırsaq: bir-birini anlayan iki gizli qüvvə” kimi mövzular üzrə interaktiv təlimlər təşkil olunub. Hər bir təqdimat elmi dəlillərlə zəngin, praktik tətbiqlərlə müşayiət olunan tədris şəklində keçirilib.

Tədbirdə pediat alimlər Fəxriyyə Məmmədova və Təranə Tağı-zadənin təqdimatında tibbi bioetika üzrə seminar və mühazirələr də xüsusi maraq doğurub. Bu seminarlar “Həkim-xəstə münasibətinin etik qaydaları”, “Bioetikanın əsas prinsipləri”, “Əczaçılıqda etik dəyərlər”, “Azərbaycanda tibbi bioetikanın tarixi və inkişafı”, eləcə də “Tədqiqatçının 12 qızıl qaydası” və digər mövzuları əhatə edib. Bioetikanın tədris və praktik səhiyyədə tətbiqi məsələləri üzərində geniş müzakirələr aparılıb.

Qurultayın ikinci günündə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən müharibəsində həlak olan qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova uşaqların sağlamlığının dövlət səhiyyə siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O, vurğulayıb ki, Nazirlik bu istiqamətdə həyata keçirilən islahatları və maarifləndirici təşəbbüsləri dəstəkləyərək, uşaqların sağlam inkişafı üçün kompleks tədbirlər görür.

Millət vəkili Müşfiq Məmmədli çıxışında bildirib ki, sağlam uşaqlar sağlam gələcəyin təməlidir və bu məqsədlə həyata keçirilən dövlət proqramları mühüm nəticələr verir.

Millət vəkili İlham Məmmədov isə uşaqların sağlam inkişafının cəmiyyətin mənəvi dəyərləri və sosial rifahı ilə sıx bağlı olduğunu vurğulayaraq, bu sahədə bütün tərəflərin birgə fəaliyyətinin vacibliyini qeyd edib.

ATU-nun II Uşağ xəstəlikləri kafedrasının professoru Fatimə Seyidbəyova çıxışında universitetin pediatriya sahəsində həyata keçirdiyi elmi tədqiqatlardan və beynəlxalq əməkdaşlıq layihələrindən söz açıb. O, belə tədbirlərin elmi biliklərin praktik səhiyyəyə tətbiqində mühüm rol oynadığını bildirib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova çıxışında icbari tibbi sığorta sisteminin uşaq sağlamlığının qorunmasına verdiyi töhfələrdən danışıb və regionlarda pediatrik xidmətlərin əlçatanlığının artırılmasının prioritet istiqamət olduğunu vurğulayıb.

Qurultayda onlayn formatda çıxış edən IPA prezidenti, professor Djozef Haddad, EPA/UNEPSA prezidenti, professor Massimo Pettoello Mantovani, Avrasiya Uşaq Həkimləri Federasiyasının prezidenti, professor Kamçibek Uzakbayev və Rusiya Pediatrlar İttifaqının prezidenti, akademik Leyla Namazova Azərbaycanın pediatriya sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndiriblər, gələcək əməkdaşlıq imkanlarından danışıblar. Elm və təcrübənin vəhdətində gerçəkləşən bu mötəbər tədbirin, pediatriya sahəsində biliklərin paylaşılması, gənc həkimlərin tədris və tədqiqat bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Beynəlxalq alimlər “Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayı”nı ölkəmizdə uşaq sağlamlığının gələcəyi, elmi tərəqqi və müştərək əməkdaşlıq baxımından tarixi hadisə kimi qiymətləndiriblər.

Elmi hissədə professor Lalə Allahverdiyevanın “Uşaqlarda xroniki öskürəyin müasir diaqnostikası və müalicəsi”, tibb üzrə fəlsəfə doktorları Ülviyyə Hacıyevanın “Müasir dövrdə uşaqlarda pnevmoniyaların diaqnostikası və müalicəsində pediatrın çətinlikləri; çıxış yolları”, Fəxriyyə Məmmədovanın “Pediatrik patologiyanın diaqnostikasında süni intellekt: dost, yoxsa düşmən?” Şəhla Balayevanın “Müasir dövrdə ekoloji təhdidlər”, pediatr Oqtay Xəlilovun “Uşaqlarda anafilaktik şok”, uşaq kardioloqu Bəhruz Əliyevin “ASD-lərin invaziv müalicəsi” mövzularında çıxışları dinlənilib və digər tibb mütəxəssislərinin təqdimatları izlənilib.

Qurultay çərçivəsində startap təqdimatları da keçirilib. ATU-nun Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasının müdiri, dosent Samir Cavadlının rəhbərliyi ilə “Həyati dəstək” kursu təşkil olunub, burada həkimlər üçün təcili hallarda reanimasiya bacarıqlarının təkmilləşdirilməsi üzrə praktiki təlimlər baş tutub.

Tədbirdə iştirak edən Səhiyyə Nazirliyinin nəzdindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin İdarə Heyətinin sədri, həkim-reanematoloq Yeganə Abbasova Azərbaycan səhiyyəsində orqan transplantasiyasının inkişafından danışıb. O, orqan transplantasiyasının Qafqazda 1971-ci ildə məhz Azərbaycanda həyata keçirildiyini qeyd edərək bildirib ki, bu il ölkəmizdə ilk dəfə meyit donordan orqan köçürülməsi uğurla baş tutub.

Yeganə Abbasova diqqətə çatdırıb ki, Azərbaycan bu sahədə dünya ölkələri ilə müqayisədə çox sürətli inkişaf nümayiş etdirib. Dünyanın bir çox ölkələrində bu məqsədlə ixtisaslaşmış mərkəzlər yaradıldıqdan xeyli müddət sonra meyit donordan orqan transplantasiyasına başlanıldığı halda, Azərbaycan cəmi iki il ərzində bu uğura imza atıb.

Qurultay pediatriya sahəsində mövcud nailiyyətlərin təqdim olunduğu, gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirildiyi və uşaqların sağlam gələcəyi naminə vahid məqsədə yönəlmiş elmi hadisə kimi qiymətləndirilib.









Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Ölkə

26-12-2022, 13:09

Sığorta şirkətlərinin özbaşınalığı: – bu avtomobilləri sığortalamaqdan niyə imtina edirlər?

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Səhiyyə

16-11-2023, 12:59

Agentliyin icbari tibbi sığorta OYUNU – Xəstələri get-gələ salan BƏHANƏLƏRƏ son qoyulacaqmı?

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

5-01-2025, 23:52

Akademik Cavad Abdinov: “Bərk cisim elektronikasının inkişafı üçün böyük müəssisələr, istehsal sahələri və texnoloji infrastrukturun olması vacibdir”

Gündəm / Cəmiyyət

5-10-2024, 09:53

ƏIviz Qasımovun ,, TRAVMALI " İDARƏÇİLİYİ və ya "Respublikanski" xəstəxanada nə baş verir?

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Gündəm / Siyasət

27-12-2023, 12:01

İlham Əliyev 4 qanunu İMZALADI

Səhiyyə

18-06-2025, 19:01

Avropada Azərbaycan pediatrlarının nüfuzlu görüşü və elmi töhfələri

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
Xəbər lenti
  • Bu gün, 18:56
    Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Bu gün, 18:39
    Türkiyə Avropanın müdafiəsinin gücləndirilməsi ilə bağlı NATO-dan güclü iradə gözləyir
  • Bu gün, 18:25
    Nərimanovda yenilik - Obyektlər sökülür? - Fotolar
  • Bu gün, 17:57
    "Türk Dünyası Həftəsi": ortaq tarixdən ortaq gələcəyə - ŞƏRH
  • Bu gün, 17:32
    Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
  • Bu gün, 17:15
    Rövşən Nəcəfin qohumu SOCAR-a aid torpağı satmaq istədi?
  • Bu gün, 16:57
    Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib
  • Bu gün, 15:40
    AFFA ilə Gənclər və İdman Naziriliyi arasında soyuq müharibə
  • Bu gün, 15:16
    İran XİN iyunun 30-da Dohada ABŞ ilə məsləhətləşmələrə dair məlumatı təkzib edib
  • Bu gün, 15:05
    Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb
  • Bu gün, 14:36
    Ərdoğan: Türkiyənin ən səmimi arzusu "Türk əsri"ni inşa etməsidir
  • Bu gün, 14:22
    ABB problemlər davam edir
  • Bu gün, 13:26
    İyunun son günündə 33 dərəcə isti gözlənilir
  • Bu gün, 13:10
    Tahir Budaqov mətbuatı saymır - Sorğular cavabsız qalır...
  • Bu gün, 12:40
    TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər
  • Bu gün, 12:17
    “Alliance Logistics” hesabatları gizlədib - Cərimələndi
  • Bu gün, 12:01
    Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək
  • Bu gün, 11:49
    Xətai rayonunda müəmmalı tikinti - Reyestrdə icazə yoxdur, ağacların məhv edildiyi iddia olunur
  • Bu gün, 11:33
    Prezident: Birinci Türkoloji Qurultayda səslənən başlıca fikirlərin süni maneələrlə qarşısı alınıb
  • Bu gün, 10:51
    Masallıda “Torpaq Terroru”: Eynulla və Soltan Cütlüyünün Qanunsuzluqlarına Kim Arxa Durur? VİDEO
  • Bu gün, 10:26
    Azərbaycanda "Türk Dünyası Həftəsi" başlayıb
  • Bu gün, 09:53
    Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var
  • Bu gün, 09:36
    Bərdədə idarəetmə böhranı: Sakinlər və İcra Hakimiyyəti üz-üzə VİDEO
  • Bu gün, 09:10
    Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Bu gün, 08:58
    TƏBİB-də "Kadr İslahatı" Maskası: Anar Bayramlı Kimləri və Niyə Ətrafına Toplayır?
  • Bu gün, 08:39
    Bakıda 7 istiqamətdə tıxac müşahidə olunur
  • Bu gün, 02:30
    Valideynlərdən Sumqayıt məktəbi ilə bağlı ciddi narazılıq: “Övladlarımızın təhsil keyfiyyəti bizi narahat edir”
  • Dünən, 16:00
    SEPAH Pezeşkianın orduya 20 milyon barel neft ayrılması barədə xəbəri təsdiqləməyib
  • Dünən, 15:00
    İsrail Livanda "Hizbullah"ın döyüşçülərinin zərərsizləşdirildiyini açıqlayıb
  • Dünən, 14:30
    İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır
  • Dünən, 14:00
    FHN silsilə maarifləndirmə tədbirlər keçirib
  • Dünən, 13:00
    Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib
  • Dünən, 12:46
    Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək
  • Dünən, 12:00
    SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
  • Dünən, 11:00
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə