• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Dövlət başçısının televiziya müsahibəsi: qarşıda duran yeni hədəflər, prioritetlər və strateji vəzifələr

Ölkə

10-01-2026, 08:27

Prezident İlham Əliyevin strateji baxışları və Azərbaycan elminin yeni inkişaf mərhələsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.. Dövlət başçısının səsləndirdiyi fikirlər, müəyyənləşdirdiyi prioritetlər və qarşıya qoyduğu yeni vəzifələr Azərbaycanın digər sahələrdə olduğu kimi, elm sahəsində də gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyub.

Yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirilib. Dövlət başçısının müsahibəsi təkcə ötən ilin yekunlarına nəzər salmaqla kifayətlənməyib, eyni zamanda Azərbaycanın daxili və xarici siyasətində formalaşan yeni reallıqları, milli prioritetləri və strateji inkişaf xəttini aydın şəkildə ortaya qoyub.


Dövlət başçısı müsahibəsində Azərbaycan dilinin qorunmasının vacibliyinə də toxunub, onun milli kimliyin əsas sütunlarından biri olduğunu vurğulayıb. Prezidentin vurğuladığı kimi, dil bir millətin varlığını, milli kimliyini və dövlətçiliyini qoruyan ən əsas amillərdən biridir. Dövlət başçısı qeyd edib ki, əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamasına baxmayaraq, Azərbaycan xalqı dilini qoruyub saxlamış və bu gün danışdığımız Azərbaycan dili əcdadlarımızın dilindən fərqlənmir. Prezidentin sözlərinə görə, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqı birləşdirən və onun milli şüurunu qoruyan güclü atributdur və ona görə də Azərbaycan dilinin qorunması hər birimizin əsas vəzifəsi olmalıdır.

Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlıların da dilimizi mükəmməl bilməsinin vacibliyini xüsusi qeyd edib. Bildirib ki, onlayn məktəblərin açılması və genişləndirilməsi bu məqsədə xidmət edir və Azərbaycan dilinin dünya miqyasında qorunmasına töhfə verir. Xarici dillərin öyrənilməsi vacib olsa da, Azərbaycan dili hər zaman prioritet olmalıdır, çünki dilin zəifləməsi milli kimliyi və dövlətçiliyi risk altına alır: “Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək”.

Cənab Prezident bu baxımdan, jurnalistlərin və ziyalıların rolunun əhəmiyyətini də önə çəkib. Bildirib ki, onlar efir və yazılı məkanda Azərbaycan dilini qorumaqla xalqın milli şüurunun və mədəniyyətinin möhkəmlənməsinə töhfə verməlidirlər.

Dövlət başçısının bu çağırışlarından irəli gələrək, yanvarın 7-də AMEA Rəyasət Heyətində Azərbaycan dilinin qorunması ilə bağlı müşavirə keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman dilimizin qorunmasına dövlət səviyyəsində diqqət yetirib. Dövlət başçısının müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunması ilə bağlı növbəti çağırışının da alimlər qarşısında mühüm vəzifələr qoyduğunu deyən akademik İsa Həbibbəyli AMEA-da bu vəzifələrin icrası ilə bağlı görülən işlərdən, layihələrdən bəhs edib. Akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mövcud imkanlardan istifadə edərək “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” şöbəsinin yaradılması məqsədəuyğun hesab olunur.

Müşavirədə çıxış edən Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Azərbaycan dilinin saflığının qorunması, daxili imkanlar hesabına zənginləşdirilməsi və internet mühitində dilin təhlükəsizliyinin təmin edilməsi üzrə görülən işlər barədə məlumat verib. O, həmçinin “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Azərbaycan dilinin orfoepiya lüğəti” və milli dil korpusunun hazırlanmasını, eləcə də dilimizin leksikası, fonetikası və morfologiyasına dair nəşrlərin tamamlanmaqda olduğunu diqqətə çatdırıb.

Televizyaya müsahibə zamanı Prezident İlham Əliyev dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsilin birgə inkişafının vacibliyindən, Azərbaycanın elm və təhsil sahəsində aparılan struktur və kadr islahatlarının strateji əhəmiyyətindən də bəhs edib. Dövlət başçısı vurğulayıb ki, elm uzun illər dövlət strukturlarından kənarda qalmışdı və onun effektiv inkişafı üçün Elm və Təhsil Nazirliyinin yaradılması zəruri idi. “Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır”, – deyən Prezident aparılan optimallaşdırma siyasəti və kadr islahatlarının elmi-tədqiqat institutlarının daha müasir, gənc və ixtisaslı kadrlarla təmin olunmasına xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev müsahibə zamanı həmçinin regionda yaranmış geosiyasi vəziyyətə və ölkəmizin suverenliyinin tam bərpasından sonra qarşıda duran vəzifələrə, hədəflərə xüsusi diqqət ayırıb. Vurğulayıb ki, Azərbaycan bu gün öz milli maraqlarını müstəqil şəkildə müəyyən edən, beynəlxalq arenada söz sahibi olan güclü dövlətdir.

Ölkə rəhbəri əldə olunan tarixi nailiyyəti müstəqillik dövrünün ən əlamətdar hadisələrindən biri kimi qiymətləndirib: “Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurub. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq”.

Prezidentin müsahibənin sonda səsləndirdiyi “Bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var” fikirləri onun Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dair qətiyyətini və xalqla həmrəyliyini bir daha sübut edir, eyni zamanda ölkəmizin sabit və təhlükəsiz gələcəyinə inamı nümayiş etdirir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Cəmiyyət

26-12-2025, 15:50

Akademik Arif Həşimov: “Dövlət başçısının qarşıya qoyduğu vəzifələr sənayenin inkişafında yeni strateji istiqamətlərin formalaşmasını şərtləndirir”

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Cəmiyyət

13-08-2022, 18:14

Azərbaycan xalqı xoşbəxt xalqdır ki. onların İlham Əliyev kimi iradəli və mərd Prezidenti var

Gündəm

4-01-2023, 22:16

Fərid Şərifov: Prezident İlham Əliyevin güclü siyasəti və rəhbərliyi ilə Azərbaycan respublikası hər zaman zirvələrdə olacaq

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Cəmiyyət

5-01-2025, 23:52

Akademik Cavad Abdinov: “Bərk cisim elektronikasının inkişafı üçün böyük müəssisələr, istehsal sahələri və texnoloji infrastrukturun olması vacibdir”

Ölkə

7-11-2024, 18:37

Akademik Arif Həşimov: “COP29 həm gələcəyə ünvanlanmış, həm də hesabat xarakteri daşıyan mühüm bir həmrəylik tədbiri olacaq”

Gündəm / Cəmiyyət

26-08-2024, 08:42

Mehriban Əliyevanın doğum günüdür

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 09:32
Beyləqanda bir nəfər suda boğulub
Dünən, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 14:42
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
5-08-2026, 10:24
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 15:40
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:52
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
Xəbər lenti
  • Bu gün, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • Bu gün, 09:58
    Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
  • Bu gün, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • Bu gün, 09:16
    Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın! VİDEO
  • Bu gün, 08:59
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
  • Dünən, 18:39
    DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA
  • Dünən, 18:30
    Rəsmi Bakı Yamaykanın Müstəqillik Gününü təbrik edib
  • Dünən, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • Dünən, 18:05
    Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib
  • Dünən, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • Dünən, 17:29
    Şəmkir RMX-nın həkimi Ceyhun Rəsulov və Arzu Əskərovanın etdiyi mioma əməliyyatından sonra xəstənin ölümü ilə bağlı prokurorluq araşdırma aparır.
  • Dünən, 17:14
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • Dünən, 16:56
    "Aztelekom"la m10 yola getmir? - İnternet ödənişləri saatlarla icra olunmur
  • Dünən, 16:49
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • Dünən, 16:41
    TƏBİB daha iki şirkətlə milyonluq mwqavilə imzaladı
  • Dünən, 16:05
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • Dünən, 15:54
    "Roblox" 70 milyard dollar dəyər itirdi: Oynamağa yeni oyun yoxdur
  • Dünən, 15:43
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • Dünən, 15:27
    Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
  • Dünən, 15:01
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • Dünən, 14:52
    “Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
  • Dünən, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • Dünən, 13:13
    Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
  • Dünən, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
  • Dünən, 12:54
    29 600 manatlıq maliyyə pozuntusu, qanunsuz şagird köçürmələri və iki əmr kitabındakı gizlinlər
  • Dünən, 12:35
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub
  • Dünən, 12:25
    Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
  • Dünən, 12:10
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
  • Dünən, 11:34
    Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
  • Dünən, 11:20
    Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub
  • Dünən, 11:08
    Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
  • Dünən, 10:41
    Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək
  • Dünən, 10:10
     Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
  • Dünən, 09:48
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə