Sizin reklam burada 728×90
Son dəqiqə

DIN: Qanunsuz balıq ovu ilə məşğul olanlara qanuni tədbir görüldü - FOTO

30.03.2023 22:25 450 1 dəq oxunur
DIN: Qanunsuz balıq ovu ilə məşğul olanlara qanuni tədbir görüldü - FOTO
Şirvanda qanunsuz balıq ovu hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bakunews.az-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Şirvan kanalının şəhər ərazisindən keçən hissəsində aparılan profilaktik-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul olan N.Abbasəliyev saxlanılıb.
Həmin şəxsdən kustar üsulla hazırlanmış qanunsuz ov qurğuları, eləcə də ovlanmış balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı ŞPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az