Sizin reklam burada 728×90
Son dəqiqə

Üzeyir Hacıbəylinin abidəsi ziyarət olunub

18.09.2023 16:39 422 1 dəq oxunur
Üzeyir Hacıbəylinin abidəsi ziyarət olunub
18 Sentyabr - Milli Musiqi Günü münasibətilə Şuşa şəhər rəhbərliyi və burada fəaliyyət göstərən qurumların nümayəndələri dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər.

Bu barədə Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov özünün “X” hesabında paylaşım edib.

“Musiqi mədəniyyətinin qurucusu, milli bəstəkarlıq məktəbinin, ilk operanın banisi, dövlət himninin musiqisinin müəllifi Üzeyir Hacıbəylinin doğum günündə Şuşa şəhər rəhbərliyi və burada fəaliyyət göstərən qurumların nümayəndələri onun heykəli önünə gül qoyub, ehtiramla andılar”, - deyə paylaşımda bildirilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az