• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının açılış konserti olub - FOTO

Mədəniyyət

19-06-2023, 15:32

İyunun 18-də Bakıda “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı başlayıb. Festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə baş tutur.

Festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak ediblər.

Konsertdən əvvəl müsahibə verən Xalq artisti Alim Qasımov festivalın əhəmiyyətindən və ölkəmizdə muğam sənətinə göstərilən diqqət və qayğıdan danışıb. Görkəmli xanəndə bildirib ki, son illərdə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının qorunması və təbliği istiqamətində mühüm layihələr reallaşdırılıb:

“Bu gün dünyanın çox yerində muğamlarımıza böyük maraq var. Xüsusilə ölkəmizdə keçirilən muğam festivalları, televiziya muğam müsabiqələri bu nadir sənət növünün həm yaşadılması, həm də gələcək nəsillərə ötürülməsində böyük rol oynayır. Bu sırada “Muğam aləmi” festivalının da xüsusi yeri var. Bu festival 2009-cu ildən Bakıda keçirilir. “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərinin eyni səhnədə çıxışı və ortaq musiqi dəyərlərinin paylaşılması baxımından olduqca təqdirəlayiqdir. Bu işdə əməyi olanlara minnətdarlığımı bildirirəm”.

Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Davud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən araşdırmaçı, 2004-cü ildə kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.

“Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı ilk gündən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Bu festival regionların ənənəvi musiqi mədəniyyətlərinin bir çox görkəmli nümayəndələrini, eyni zamanda, gənc musiqiçi, bəstəkar, tədqiqatçı, təbliğatçı və həvəskarlarını bir araya toplayıb bölgələrdəki mövcud vəziyyətin və orada formalaşmaqda olan ənənələrin beynəlxalq nümayiş müstəvisinə çevrilib. Festival müxtəlif ənənəvi və yeni musiqi janr və üslublu əsərlərdən ibarət silsilə konsertlər, beynəlxalq elmi simpozium və ənənəvi musiqi ifaçılarının müsabiqəsindən ibarətdir.
Əvvəlki müsabiqələrdə bir çox ölkə və regionlardan olan gənc ifaçılar arasından xüsusi istedadı olanlar üzə çıxarılıb və onların sırasından bəzi mükafatçı və iştirakçılar dünya musiqisinin beynəlxalq səhnəsində artıq parlayıblar.

Festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.

İyunun 19-da festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Davud Xan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edəcək. Bu gün, həmçinin festival çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsi start götürür.





Bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

6-08-2022, 12:46

Şəhidlərə görə Şuşadakı qala-gecə təxirə salındı (FOTO)

Mədəniyyət

5-08-2022, 16:05

“Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi” keçiriləcək

Mədəniyyət

23-11-2022, 18:29

Nyu-Yorkda bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib

Dünya

13-05-2023, 19:47

Strasburqda Heydər Əliyevin yubileyinə həsr olunmuş klassik musiqi gecəsi təşkil edilib - FOTO

Şou-biznes

15-08-2022, 17:09

Xalq artisti yubileyini dağ başında qeyd elədi - Özündən AÇIQLAMA

Dünya / Mədəniyyət

26-04-2023, 17:39

Almaniyada Heydər Əliyevə həsr olunmuş “İn Memoriam” adlı konsert keçirilib

Mədəniyyət

21-08-2022, 11:35

Həkimlərin əlində müəmmalı şəkildə ölən Xalq artisti

Şou-biznes

18-07-2022, 07:34

Azərbaycanın Xalq artisti vəfat edib

Mədəniyyət

26-07-2022, 20:20

Heydər Əliyev Mərkəzində Reza Deqatinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib

Təhsil

18-07-2022, 15:25

Avqustun 7-də musiqi məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək

Dünya

4-05-2023, 20:19

Tallinndə Heydər Əliyevin 100 illiyi münasibətilə “Əbədilik” adlı təntənəli konsert keçirilib - FOTO

Mədəniyyət

15-03-2023, 21:29

"Qutsal yolçu" adlı kitabın təqdimatı - FOTOLAR

Araşdırma
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
Hadisə
Dünən, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Xəbər lenti
  • Dünən, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Dünən, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • Dünən, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Dünən, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
  • Dünən, 15:00
    Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
  • Dünən, 14:00
    Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
  • Dünən, 13:30
    Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb
  • Dünən, 13:08
    SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
  • Dünən, 12:00
    İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 11:30
    Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
  • Dünən, 11:00
    Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
  • 3-10-2026, 19:00
    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
  • 3-10-2026, 18:30
    Moldovanın hava məkanını daha bir PUA pozub
  • 3-10-2026, 18:00
    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
  • 3-10-2026, 17:30
    Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
  • 3-10-2026, 17:00
    "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 3-10-2026, 16:46
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • 3-10-2026, 16:25
    Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO
  • 3-10-2026, 16:04
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • 3-10-2026, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • 3-10-2026, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • 3-10-2026, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • 3-10-2026, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • 3-10-2026, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • 3-10-2026, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • 3-10-2026, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • 3-10-2026, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • 3-10-2026, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • 3-10-2026, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • 3-10-2026, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • 3-10-2026, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • 3-10-2026, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
  • 3-10-2026, 09:45
    "Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • 2-10-2026, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə