• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü - Xalq artistinin film kimi həyatı

Mədəniyyət

21-08-2022, 15:14

bakunews.az kulis.az-a istinadən Xalq artisti Fatma Muxtarova haqqında maraqlı faktları təqdim edir.

Fatma Abbas qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya köçüb. 3 yaşı olanda atası Abbas kişini itirib. Anası Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurduqdan sonra ailə 1910-cu ildə Saratovda məskunlaşır.

***

Anasının ikinci dəfə ailə qurması onun həyatını alt-üst edir. Bununla da onun həyatının acınacaqlı günləri başlayır. Alverçi olan atalığı yüngül yolla qazancı və "şən həyatı" xoşlayırdı. Ailə zirzəmilərdə, daxmalarda yaşasa da o, ailəsinə heç nə vermir, tez-tez anasını və Fatma xanımı döyürdü. Yeddi yaşı olanda ailə Peterburqa köçür. Valideynləri qərara gəlirlər ki, onu dilənməyə göndərsinlər. Qızcığaz nə qədər ağlasa da, yalvarsa da xeyri olmur. Şaxtalı qış günündə onu küçəyə itələyib pulsuz geri qayıtmamağı tapşırırlar.

***

Fatma xanım həmin günləri müsahibələrində belə xatırlayıb: "Qərib, soyuq şəhərdə uzun-uzadı veyilləndim. Lakin əlim "uzanmadı". İçimdəki utancaqlıq duyğusuna üstün gələcək qüvvə tapa bilmirdim. Soyuğun və küləyin əlindən dörd tərəfdən hündür daş binalarla çevrələnmiş həyətlərdən birinə girdim. Divara söykənib qalmışdım. Atamı, onun özü ilə apardığı yaxşı günlərimizi, uşaqlığımızı xatırladım. Ardınca da oxumağa başladım. Pəncərələr açıldı. Adamlar mənə cır-cındır geyimli qıza maraqla baxır, gümüş və ağ pullar atırdılar. İlk "konsertimdən" sonra səsim bərk xırıldadı, ancaq evə şən və qürurla qayıtdım".

***

Küçədə oxuyaraq qazanıb evə gətirdiyi pulla valideynləri ona şarmanka alır, beləliklə də küçə müğənniləri ilə nəğmə dərsləri başlanır. Artıq 12 yaşında Fatma Muxtarova şarmanka ilə küçələrdə mahnılar oxuyur pul qazanırdı.

8 yaşlı qızcığazın üzərinə düşən məsuliyyət ağır idi. Səhərdən axşama qədər nəfəsini dərmədən oxuyurdu. Atalığı da bir yandan göz verib, işıq vermirdi. Fatma evə az pul gətirəndə atalığı onu onu döyürmüş.

***

Uzun müddət Fatmanın anası onun əsl adını hamıdan gizlədir. Saratovda onu "Katya Muxtarova" və ya "Şarmankaçı Katya" kimi tanıyırdılar.

14 yaşı olanda pullarını yığmağa başlayır və 1 il ərzində dövr üçün heç də az olmayan məbləğ - 1000 rubl toplaya bilir. Saratovun "Spravoçnı listok" qəzeti yazır ki, Fatma həmin pullarla dəmir yolunda çalışan L. Kamenskinin ailəsinin yanına yollanır. Onun xanımı opera ifaçısı idi. Burada Fatmaya musiqi öyrədiləcəyi sözü verilsə də, hər şey fərqli olur. O, çirkli qab-qacağı yuyur, mənzili sahmana salır, mətbəxdə aşpazla birlikdə yeyir, "ictimaiyyətdən" olan qonaqlar gələn zaman isə ona dərhal fərqli geyimlər geyindirir, "cənablar" və "xanımlar"la bir masaya əyləşdirirlərmiş. Bu durumundan çox məyus olan Fatma yaşananları onun taleyilə çox maraqlanan jurnalistə, "Saratovski listok"un baş redaktoru Nikolay Arxangelskiyə danışır. Ziyalı, teatr və opera həvəskarı olan Arxangelski ona bu gündən heç bir "təlim"in olmayacağına söz verir. Baş redaktor musiqi məktəbində onun üçün xeyriyyə konserti təşkil edir. Konsertə kifayət qədər dinləyici toplaşır və buna görə də, toplanan pullar Fatmanın Saratov konservatoriyasında təhsil almasına kifayət edir.

***

Konsetvatoriyada heç kim qızcığazla işləmək istəmirdi. İsti-soyuq demədən oxuyan Fatma xanımın səsi xırıldayırdı. Hamı düşünür ki, ondan bir şey çıxmayacaq. Fatma xanım müsahibələrində o günləri belə xatırlayır:
"Bəzən şaxtada qavalı üzümə tutub küləkdən qorunurdum. Oxuduqca qavala boğazımdan qan damlaları sıçrayırdı. Yalnız M.Y. Medvedyev qərara aldı ki, mənimlə məşğul olmağı sınaqdan keçirtsin və nəticəsini bir aydan sonra müəyyən etsin. Təsəvvür edin, bir hərf belə tanımıram, rusca çox pis bilirəm. Mənimlə məşğul olmaq üçün böyük səbr lazım idi. İki həftə sonra o, bildirdi ki, mənimlə məşğul ola bilər. Bundan sonra hökumət hesabına oxumağa başladım".

Konservatoriyada oxuduğu illərdə belə ailəsi Muxtarovanı rahat buraxmayıb. Onu məcbur ediblər ki, tətillərdə qastrollara gedib, pul qazansın. Bu qastrollar zamanı o, bir dəfə Bakıda da olub.

***

1914-cu ildə kanservatoriyanı bitirən Fatma Muxtarova ailə həyatı quraraq valideyinlərini tərk edib. O, həyat yoldaşı ilə birlikdə Moskvaya köçüb. Onu çox sevən həyat yoldaşı Aleksandr Malinin Fatmanı Səttar kişinin caynağından xilas etmək üçün atalığının bütün tələblərini yerinə yetirib-adını dəyişdirib, müsəlmanlığı qəbul edib.

***

Fatma Muxtarova 1932-ci ildə opera ulduzu olduğu, Leninqradda S. M. Kirov adına Opera və Balet Teatrında işlədiyi vaxtlarda atalığı ilə sonuncu dəfə təsadüfən küçədə qarşılaşıb. Atalığı çəkmə silirmiş. Fatma xanım uzun müddət ona dayanaraq baxıb. Birdən o, başını qaldırıb və Fatma xanımı tanıyıb. Fatma xanım o mənzərəni belə təsvir edib: "Sanki o anda gözünün işığı söndü, tez başını aşağı saldı".

***

F.Muxtarovanın ailə həyatı qurandan sonra işləri yaxşı gedir. S.İ. Zimin onun oxumağını bəyənib öz teatrına dəvət edir. 1919-cu ildə qızı Leyla dünyaya gəlir. Ailədə xoşbəxt olan müğənni səhnədə şöhrətin astanasında idi. Daha sonra onun Saratova, Rastova, Xarkova qastrol səfərləri başlayır.

***

Dövrün qəzetləri isə onun haqqında yazırdılar: "Bu səs insanı xəncər kimi yaralaya da bilər"...
Ətraflı
Ad - 00:24

***

F.Muxtarova əvəllər də Bakıda qastrol səfərlərində olub. Ancaq onun Bakıya dönüşü 1928-ci ilə təsadüf edib. O, 25 il Azərbayacan opera səhnəsində bir-birindən gözəl rollar oynayıb.

***

Fatma Muxtarova ilə 15 il birgə çalışan Ağbaba Bünyadzadə onu belə xatırlayır:
"Mənə İlk dəfə Eskamilyo rolu tapşırılmışdı. Fatma xanımın, Karmenin sevgilisini oynayacaqdım. Tamaşanın başlanmasına iki saatdan çox vaxt qalmışdı. Teatra gəldim. Fatma xanımın otağının qarşısından keçəndə onun geyindiyini, tamaşaya hazırlaşdığını gördüm. Bu, onun sənətə necə bağlı olmasını, tamaşa qabağı nə qədər məsuliyyət daşımağını mənə əyani olaraq sübut etdirdi. Həddən artıq tələbkar idi".

Fatma Muxtarova səhnə ilə Tiflisdə 1953-cü ildəki axırıncı qastrol səfəri zamanı vidalaşıb. Çünki Bakıda onu təqaüdə göndərmişdilər. Birdən-birə ona təklif etmişdilər ki, təqaüdə getsin, dincəlsin. Fatma xanım isə bunu "sən artıq qocalmısan, sən gərəksizsən, teatra yüksən" fikri kimi qəbul etmişdi. Buna görə də incik qəlblə, heç kimə bir kəlmə belə demədən teatrdan ayrılıb.

***

1953-cü ildə Fatma Muxtarovanın sevimli operası "Qara toxmaq qadın"ı yeni quruluşda hazırlayırdılar. Və Polina rolunun ifaçısı, gənc müğənni Maxova Fatma xanımı roluna baxmaq üçün məşqə dəvət etmişdi. Muxtarova həmişə yaxşı yoldaş olmuşdu və həmişəki kimi yenə qürurla hərəkət etdi. (teatrın isə nə rəsmi, nə də şifahi dəvəti var idi.) Məşqə getdi. Fatma xanım xidmət keçidinə daxil olanda (O, bu keçiddən otuz il keçmişdi) onu administrator saxlayır.

"Mən, Muxtarovayam"- deyib keçmək istəyir. Adminsitrator taxtaya vurulmuş elanı göstərir: "Kənar şəxslərin girişi qadağandır".

"Buradan ancaq mənim tabutum keçəcək"-deyərək aktrisa həmişəlik teatrdan çıxıb gedir və yatağa düşür. Sözünün də üstündə durur. Düz 19 il sonra onun cənazəsi teatrın binasından içəri girir.

***

Səhnəmizin canlı əfsanəsi o qədər incik idi ki, Mastro Niyazinin teatrda məsləhətçi olmaq təklifinə bəhanələrlə cavab vermişdi:
"Bilirsən, Niyazi, aktrisalarda qəribə qısqanclıq olur. Görəcəyəm ki, mənim bir vaxt oynadığım rolları indi başqaları oynayır, azacıq da olsa həsəd aparacağam. Yox, məsləhətçi də işləmək istəmirəm. Yorulmuşam".

Maestro nəql edirmiş ki, Fatma xanım səhnədən gedəndən sonra səhnə paltarlarını sobada yandırıb...

1963-cü ildə Gürcü operası Bakıya qonaq gəlib. "Daisi" operası səhnədə oynanılacaqmış. Teatrın rəhbərliyi parterin ilk cərgələrini hörmətli qonaqlar üçün saxlayıbmış. Yerlərdən ikisi gürcü qonaqların arzusu ilə Fatma Muxtarovanın idi. Gürcü operaçıları isə Fatma Muxtarova ilə görüşməyi həsrətlə arzulayırmışlar. Ancaq o, gəlməyib.

Ertəsi gün Gürcüstan teatr muzeyinin mudiri Nunu Mesxi və məşhur gürcü opera müğənnisi Batu Kraveyşvili Fatma xanımın evinə gediblər. Qonaqları görən Fatma xanım əvvəlcə onları tanımayıb, kim olduqlarını öyrənəndən sonra isə: "əgər mənə əvvəlcədən xəbər versəydiniz, sizi qəbul etməzdim. İstəyirəm ki, tiflislilər məni həmişə gənc, gözəl xatırlasınlar. İndi gördüyünüz kimi yox", - deyib.

***

Gürcü rejissoru İ. Klavişvili "Çətin yollarla " kitabında bir fəsli Fatma xanıma həsr edib. Həmin fəsildən bir məqam: "Fatma Muxtarovanın öz yaradıcılıq prinsipləri var idi. O, bu prinsipləri cəsarətlə, yeri düşəndə lap saymazyana bir tərzdə müdafiə edərdi. Özü də belə hallarda qaba ifadələri işlətməkdən çəkinmirdi. Yavaş-yavaş biz onun qəşəng "sözcüklərinə" öyrəşmişdik. Və heç kəs də incimirdi.

***

"Karmen"in məşqində dirijor A. V Pavlov Arbenin onu saxlayıb dedi: "Madam Muxtarova, siz bu yerdə ritmdən çıxırsınız". Muxtarova ona sarı çevrildi və bərkdən elə səhnədə dedi: "Maestro, gedin .."
Dirijor özünü itirdi: "Siz mənə deyirsiniz bunu?".

"Bəli, sizə" - Fatma xanım halını dəyişmədən cavab verib. Maestro drijor çubuğunu pulta vuraraq deyib: "Eksentrik qadındır. Nə isə, davam edək".

***

Fatma xanım teatrdan ayrılandan sonra ömrünün 19 ilini sakit, səssiz sənəti ilə bağlı sənədləri, fotoları toplamaqla yaşayıb. Ömrünü, keçmişini həmişə nəvəsi Svetlanaya nağıl kimi danışarmış...

***

Fatma Muxtarova 1972-ci ildə Bakıda vəfat edib

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Şou-biznes

27-08-2022, 17:50

Rafael Dadaşovu tərk etdi, ailəli adamla 7 il eşq yaşadı -

Mədəniyyət

23-07-2022, 16:00

Oğlu tərəfindən döyüldü, görmə qabiliyyətini itirdi, ərinin ölümündə günahlandırıldı

Mədəniyyət

20-08-2022, 15:20

Həmkarı ilə ömrü boyu danışmadı, plastik əməliyyat vaxtı öldü, həkimi stressdən dünyasını dəyişdi

Mədəniyyət

13-08-2022, 16:08

Anasını erkən itirdi, böyük məhəbbət yaşadı, səhnələri fəth etdi - Xalq artisti haqqında bilmədiklərimiz...

Şou-biznes

17-07-2022, 13:08

Erkən ailə qurdu, sevdiyi insandan ayrıldı, qəfildən dünyasını dəyişdi

Şou-biznes

19-07-2022, 18:18

Rəqqasə Fatimə: "Qızımla harasa gedəndə kürəkənimdən icazə alıram"

Şou-biznes

13-08-2022, 11:15

"Onun dərdindən 18 yaşımda ərə getdim"

Mədəniyyət

23-07-2022, 13:23

Babasının gözləri çıxardılan, nənə olandan sonra ərə gedən, kəfənini çantasında gəzdirən şairimiz

Mədəniyyət

13-08-2022, 13:01

Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi - Papaqçıya ərə gedən Xan qızı

Şou-biznes

3-08-2022, 17:41

Məşhur aktyor 17 illik həyat yoldaşından boşandı

Mədəniyyət

21-08-2022, 14:00

İrandan sürgün olundu, şah ona ailə qurmağı qadağan etdi, evində ölü tapıldı - Zümrüd gözlü şahzadənin film kimi həyatı...

Mədəniyyət

14-08-2022, 12:03

Anasından gizli filmə çəkildi, məşhur futbolçu ilə ailə qurdu, səssiz-küysüz dünyasını dəyişdi - Kinomuzun Gülpərisindən maraqlı faktlar

Araşdırma
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Hadisə
Bu gün, 10:00
Türkiyədə avtobus yanıb kül oldu - 8 ölü, 33 yaralı
Dünən, 14:38
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
29-05-2026, 13:00
Türkiyədə avtobus qəzaya uğrayıb, 16 nəfər yaralanıb
27-05-2026, 16:11
II kurs tələbəsi vəfat etdi
24-05-2026, 12:30
Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
23-05-2026, 11:27
Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ - FOTO
Xəbər lenti
  • Bu gün, 11:00
    İranla danışıqlar yavaş gedir - Tramp
  • Bu gün, 10:30
    Kolumbiyada prezident seçkiləri
  • Bu gün, 10:00
    Türkiyədə avtobus yanıb kül oldu - 8 ölü, 33 yaralı
  • Dünən, 16:05
    Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
  • Dünən, 15:58
    “Tramp diplomatiyaya üçüncü dəfə xəyanət edir”
  • Dünən, 15:36
    Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
  • Dünən, 15:27
    AYNA Bakıda dayanacaqlara yarım milyon pul xərcləyir? - TƏFƏRRÜAT
  • Dünən, 15:09
    Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlanıb
  • Dünən, 15:00
    Məşhur tikinti maqnatı Şamil Xubyarovun binasında ciddi narazılıq-Video
  • Dünən, 14:38
    Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
  • Dünən, 14:30
    №1 Çörək Zavodunun şirniyyatlarını kif basıb - İstifadə müddətinə aldanmayın - FOTOLAR
  • Dünən, 12:55
    May ayının son gününə olan hava proqnozu açıqlanıb
  • Dünən, 12:36
    İşçilər yolu bağladı: “Hünər-İnşaat” işlətdiyi fəhlələrin maaşını vermir-VİDEO
  • Dünən, 12:20
    Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər
  • Dünən, 12:10
    Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı - TƏFƏRRÜAT
  • Dünən, 11:51
    İsmayıllıda güclü külək fəsadlara yol açıb
  • Dünən, 11:44
    Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR... - "Bu qədər böyük hoteldə..."
  • Dünən, 11:07
    Azərbaycan neftinin qiyməti 98 dollara düşüb
  • Dünən, 10:58
    “Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı?
  • Dünən, 10:19
    UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək
  • 29-05-2026, 18:30
    Yağıntılı hava mayın sonunadək davam edəcək, temperatur 6 dərəcəyədək enəcək - XƏBƏRDARLIQ
  • 29-05-2026, 18:00
    Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
  • 29-05-2026, 17:38
    San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
  • 29-05-2026, 17:23
    “Əlimi itirdim, kömək əvəzinə hədə-qorxu gəldilər” – Ağsu sakininin Azərqranata MMC ilə bağlı şikayəti
  • 29-05-2026, 16:48
    Baş nazirin QARA KASSASI... narazılıq yaradır... - Yağış suları da bir yandan...
  • 29-05-2026, 15:14
    İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
  • 29-05-2026, 15:09
    Bakının mərkəzində ANTİTÜRK ÜNVAN... - BU NƏDİ BELƏ?
  • 29-05-2026, 14:54
    Şənbə günü yağış yağacaq - PROQNOZ
  • 29-05-2026, 13:30
    "Qızıl top" mükafatının təqdimat mərasiminin vaxtı bəlli olub
  • 29-05-2026, 13:00
    Türkiyədə avtobus qəzaya uğrayıb, 16 nəfər yaralanıb
  • 29-05-2026, 12:00
    Azərbaycanla Litva hərbi polis sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • 29-05-2026, 11:30
    Azərbaycan-Gürcüstan qatarlarında sərhəd-gömrük prosedurlarının sürətləndirilməsi tapşırılıb
  • 29-05-2026, 10:44
    Azərbaycan neftinin qiyməti təqribən 100 dollara düşüb
  • 29-05-2026, 10:35
    Sərxan Babaşov Qaz İxrac İdarəsində BAZAR AÇIB... - İLGİNC İDDİALAR...
  • 29-05-2026, 10:00
    Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə