• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Özlərini dost kimi göstərən niqablı düşmənlər

Maraqlı

20-08-2022, 19:50

Qurani-Kərimin "Bəqərə" surəsinin başlanğıcında insanlar İslam dininin qəbulu ilə bağlı üç qrupa bölünürlər:


1. Təqvalılar; bu haqda söhbət beşinci ayədə yekunlaşır.

2. Təqvalılara qarşı duran kafirlər; bu haqda söhbət yeddinci ayədə bitir.

3. Zahirdə İslam dininə iman gətirən, batində isə kafirlər zümrəsindən sayılan münafiqlər və ikiüzlülər; bu haqda söhbət səkkizinci ayədən başlayıb iyirminci ayəyə qədər davam edir.

Burada münafiqlərə on üç ayənin həsr edilməsi onların kafirlərdən daha təhlükəli olduğuna əhəmiyyət verildiyini göstərir. Özlərini dost kimi göstərən niqablı düşmənlər yırtıcı canavarı xatırladır. Onlar arxadan zərbə endirən zahirdə dost, batində düşməndirlər; guya sirdaş və əmanətdar, həqiqətdə isə xain və casusdurlar. Belə tanınmaz düşmənlərdən qorunmaq olduqca çətin, bəzən də qeyri-mümkündür.

Qurani-Kərimin bir çox surələrində onlardan söz açılır və hətta adlarını daşıyan ayrıca bir surə də ("Munafiqun" surəsi) vardır.

İmam Əli (ə) İslam Peyğəmbərindən (s) bu zümrə barəsində belə nəql edir: "Mən ümmətim üçün mömin və müşrikdən qorxmuram. Çünki Allah mömini imanına görə (başqalarını yoldan azdırmaqdan) saxlayır (demək, ondan müsəlmanlara ziyan dəyməz), müşriki də şirkinə görə zəlil və xar edir. (Müsəlmanlar da şirkinə görə onun sözlərinə qulaq asmaz və dalınca düşməzlər.) Amma mən sizin üçün qəlbən ikiüzlü və dildə alim olan kimsədən (şəriət hökmlərini əzbər bilən riyakardan) qorxuram. O, zahirdə sizin bəyəndiyiniz şeyləri deyirsə, gizlində isə nalayiq hesab etdiyiniz işləri görür."

("Qurani-Kərimdə ibrətamiz məsəllər", Ayətullah əl-uzma Cəfər Sübhani, səh.21-dən nəqlən.)

Məsələn, Qurani-Kərimin "Bəqərə", "Ali-İmran", "Ənfal", "Tövbə", "Ənkəbut", "Əhzab", "Fəth", "Munafiqun", "Hədid" və "Təhrim" surələrində münafiqlərlə bağlı söz açılır və onların zahirdə gözəl, batində isə xəyanətkar olduqları tez-tez xəbərdarlıq edilir.

Qurani-Kərimin "Bəqərə" surəsinin 17-18-ci ayələrində verilən məsəl və təşbehlər münafiqlərin halını açıqlayır. Belə ki, hər tərəfə qaranlıq çökən və yırtıcı heyvanların qorxusundan insanın bütün vücudunu vəhşət bürüyən bir gecədə od yandırıb ətrafı işıqlandırmaq yolu tapmaq üçün nə qədər əhəmiyyətlidirsə, həmin anda şiddətli bir küləyin əsərək onu söndürməsi bir o qədər ümidüzücü və qüssəlidir. Qurani-Kərim münafiqləri eynilə belə vəziyyətə düşən şəxsə bənzədir və buyurur:

مَثَلُهُمْ كَمَثَلِ الَّذِی اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِی ظُلُمَاتٍ لَا یبْصِرُونَ

"Onların (münafiqlərin) halı (qaranlıq gecədə geniş bir səhrada ətrafını işıqlandırmaq üçün) od yandıran şəxsin halına bənzəyir. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar."

"Munafiqun" surəsinin 3-cü ayəsində onların düşdüyü vəziyyətin səbəbləri də açıqlanır. Belə ki, Peyğəmbəri-Əkrəm (s) Mədinəyə daxil olduğu zaman çoxları zahirdə o həzrətə iman gətirirdisə, sonralar yeri gəldikcə xəyanətkarlıqlarını aşkar edirdi. Həmin ayədə buyurulur:

ذَلِكَ بِأَنَّهُمْ آمَنُوا ثُمَّ كَفَرُوا فَطُبِعَ عَلَى قُلُوبِهِمْ فَهُمْ لَا یفْقَهُونَ

"O (nifaq və pis əməl) buna görə idi ki, onlar (bəzi möcüzələri görməklə) iman gətirdilər, sonra isə kafir oldular. Beləliklə, onların qəlblərinə möhür vuruldu, buna görə də başa düşmürlər."

Bu məsəl onların bu dünyadakı nadanlıqlarını göstərir. Ümid və ümidsizlik, iman və küfr elə bu dünyada baş verir. Düzgün təfəkkür tərzini əldən verən və mərifət vasitələrindən bəhrələnməyənlərin həqiqətdə qulaqları olsa da, kar, dilləri olsa da, lal, gözləri olsa da, kordurlar. "Bəqərə" surəsinin 17-18-ci ayəsində buyurulur:

صُمٌّ بُكْمٌ عُمْی فَهُمْ لَا یرْجِعُونَ

"Onlar (haqqı eşitməkdə) kar, (haqqı deməkdə) lal və (haqqı görməkdə) kordurlar. Buna görə də, haqqa tərəf qayıtmırlar."

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Maraqlı

11-08-2022, 19:30

Allaha həmd etməklə şükr etmək arasında hansı fərq var?

Maraqlı

25-01-2023, 00:24

Bu bürclər səmimi deyil – Onlardan UZAQ DURUN

Şou-biznes

14-07-2022, 16:32

“O biri dünyada istərdim əməllərim gözəl olsun. Məni Allah çox istəyir" - Mətanət Əsədova

Dünya

23-08-2022, 20:06

Moskva ərzaq sövdələşməsinə tam sadiqdir - Rusiya XİN

Maraqlı

2-08-2022, 21:20

Qurani-Kərim psixoloji təzyiqlərlə mübarizə yolunu öyrədir

Siyasət

22-08-2022, 13:37

Azərbaycan Prezidenti: "Elə bil ki, bizim komandamız Bakıda stadiona çıxıb"

Ölkə

6-11-2022, 17:09

İran kanalı Bakıdakı casus şəbəkəsini özü ifşa etdi

Dünya

13-07-2022, 21:50

DÜNYA "Bu cür qeyri-dost hərəkətə cavab olaraq..."

Maraqlı

20-08-2022, 19:20

Bir yalanı tərk etmək bütün günahlardan çəkinməyə səbəb oldu

Cəmiyyət

28-07-2022, 22:50

Ana atadan irəlidirmi?

Maraqlı

20-08-2022, 21:25

Ana atadan irəlidirmi?

Dünya

14-07-2022, 19:39

Dostu Bəşər və kim Çen In olanın...

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Dünən, 19:00
    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
  • Dünən, 18:30
    Moldovanın hava məkanını daha bir PUA pozub
  • Dünən, 18:00
    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
  • Dünən, 17:30
    Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
  • Dünən, 17:00
    "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • Dünən, 16:46
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • Dünən, 16:25
    Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO
  • Dünən, 16:04
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • Dünən, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • Dünən, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • Dünən, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • Dünən, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • Dünən, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • Dünən, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • Dünən, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • Dünən, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • Dünən, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • Dünən, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • Dünən, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • Dünən, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • Dünən, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • Dünən, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
  • Dünən, 09:45
    "Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • 2-10-2026, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
  • 2-10-2026, 19:00
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • 2-10-2026, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • 2-10-2026, 18:37
    “Olimp Hospital”da əməliyyatdan sonra öldü
  • 2-10-2026, 18:15
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • 2-10-2026, 18:06
    İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
  • 2-10-2026, 17:32
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • 2-10-2026, 17:21
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • 2-10-2026, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • 2-10-2026, 16:54
    “İrşad”dan şikayətlər bitmir – Foto
  • 2-10-2026, 16:15
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • 2-10-2026, 16:02
    "Keçirilən bu yoxlanış heç də şəffaf olmadı..." - ETİRAZ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə