Sizin reklam burada 728×90
Son dəqiqə

General Həsənovun həbsdə qalma müddəti uzadıldı

05.09.2023 13:38 511 1 dəq oxunur
General Həsənovun həbsdə qalma müddəti uzadıldı
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə ibtidai araşdırma davam edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə istintaq hərəkətlərinin davam etməsi ilə bağlı seçilmiş qətimkan tədbirinin uzadılması barədə məhkəməyə müraciət edilib.

Səbail Rayon Məhkəməsi müstəntiqin əsaslandırılmış vəsatətini təmin edib.

Qərara əsasən, T.Həsənovun həbsdə saxlanılma müddəti uzadılıb.
Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda ittiham olunur.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az