Sizin reklam burada 728×90
Son dəqiqə

Spirtli içkinin təsiri altında avtoxuliqanlıq etdi

10.08.2023 10:58 402 1 dəq oxunur
Spirtli içkinin təsiri altında avtoxuliqanlıq etdi
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BakuNews.az-a verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini İsmayıl İsmayılovun spirtli içkinin təsiri altında olması müəyyən edilib.

Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub. Quba Rayon Məhkəməsinin qərarı ilə İsmayıl İsmayılov inzibati qaydada həbs edilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az