• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Əlimdə 45 dəqiqəlik video var, etiraflar edib...” - Nərminin atası

Kriminal

13-06-2023, 15:33

"Mən onlara demişəm ki, qatilin kim olduğunu bilirsinizsə, ortaya çıxarın. Sizin də canınız qurtarsın, mən də övladımın qatilinin kim olduğunu bilim”

Bakunews.az bildirir ki,Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu ilin noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Bir neçə gün öncə Gəncə Ağır Cinayətlər Məhkəməsində İlkin Süleymanova hökm oxunub. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərminin ölümündə şübhəli bilinən Süleymanova 18 il müddətinə həbs cəzası kəsilib.

Məhkəmədən sonra "Nərmin olayı” barədə müzakirələr daha da qızışıb. Təqsirləndirilən şəxsin ailə üzvləri, yaxınları, eləcə də bəzi ictimai fəallar sosial şəbəkələr və mətbuat vasitəsilə İlkinin günahsız olduğunu deyərək, onun barəsində çıxarılmış hökmə etirazlarını bildiriblər.

Düz 3 ildir ölkə gündəmini zəbt edən cinayət olayında Nərminin ailəsi də sərt tənqidlərə tuş gəlib. Onlar ziddiyyətli və qərəzli ifadələr verməkdə, İlkinin günahsız yerə həbsə atılmasında və cinayətin gerçək izlərinin gizlədilməsində ittiham olunurlar. Sosial şəbəkələrdə açılan müzakirələrdə Nərminin valideynləri barədə müxtəlif şayiə və sensasiyalı iddialara rast gəlmək olar.

Belə məqamda Modern.az-ın redaksiyasına zəng vuran Nərminin atası Şərif Quliyev cinayət işi ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək istədiyini deyib və ictimaiyyəti maraqlandıran bir çox sualları cavablandırıb.

"Hadisə yerində çəkiliş aparılıb. İlkin orada etiraf edib. Məndə istintaq çəkilişinin videosu var. Təxminən 45 dəqiqəlik videodur. Ancaq qarşı tərəf ictimaiyyətə yanlış məlumatlar çatdırır. Həmin videoda İlkin cinayəti etiraf edir. Bunu ictimaiyyətə göstərmək lazımdır. Çəkiliş zamanı faktlar göstərilir. İlkin hadisə yerinə gətirilib. Orada dindirilərkən etiraflar edib. Mən istərdim ki, həmin video mediada göstərilsin”, - deyə Ş.Quliyev haqqında bəhs etdiyi videokadrların məhkəmədən sonra ona təqdim edildiyini söyləyib.

O, "Nərmin işi”nin niyə uzun çəkməsi və ailəsi barədə səsləndirilən ittihamlara münasibət bildirərək deyib:

"Bir il yarım istintaq, iki il məhkəmə prosesi getdi. Qarşı tərəfin vəkilləri prosesi uzatdı. Hər dəfə bir vəsatət qaldırırdılar. Məhkəmə həmin vəsatətlərə baxırdı”.

Nərminin atası məhkəmədə verilən ifadələrdə ziddiyyətli məqamların olduğunu iddia edir:

"İlkinin özü 4 dəfə ifadə verib. İfadələri bir-biri ilə ziddiyyət təşkil edirdi. Dindirilən şahidlərin ifadələrində də ziddiyyət vardı. Bütün bunlara aydınlıq gətirmək üçün məhkəmə prosesi uzandı”.
"Məhkəmədən sonra mətbuatda belə bir xəbər yayıldı ki, guya kənd sakinləri bizə qarşı aksiya keçirir. Həmin şəxslər kənd sakinləri deyil, İlkinin qohumlarıdır. Həqiqət insanlara başqa formada çatdırılır. Yaxşı olardı ki, mənim dediyim videoya baxsınlar. Ondan sonra bizi başa düşərlər”, - deyə Şərif Quliyev İlkin Süleymanovun vəkillərini müttəhimin ifadəsinə müdaxilə etməkdə günahlandırıb.

"Vəkillər edib hamısını. 3 vəkili var”, - deyə o bildirib.

"Ağır cinayətdir. Bunu qəbul etmək qarşı tərəf üçün çətindir. Ona görə də belə vəziyyət yarandı”, - deyən Şərif Quliyev hadisədən sonra İlkinin yaxınlarının onunla görüşmək istədiyini, lakin barışığa razı olmadığını söyləyib.

"Onlar bunu istəyib. Mən getməmişəm. Üçüncü şəxslər tərəfindən mənə belə mesaj ötürməyə çalışıblar. Lakin razı olmamışam”, - deyə mərhumun atası vurğulayıb.

18 illik həbs cəzasına gəlincə, o, qərarla razılaşmadığını, apellyasiya şikayəti verəcəyini diqqətə çatdırıb.

"Qərarla razı deyiləm. Apellyasiyaya vermək fikrim var. Bu cür iş üçün oxunan hökmün müddəti azdır. Öldürüb, yandırıb, işgəncə verib. 18 il nədir? Mən ömürlük həbs verilməsini istəyirdim. İmkanım olmadığı üçün vəkil tuta bilmədim”.

Şərif Quliyev İlkinin ailəsinin etirazlarına belə reaksiya verib:

"Mən başa düşürəm onların məqsədini. İstəyirlər ki, onlarla dava edim. Mən yenə deyirəm, onlar İlkinin günahsız olduğunu sübut etsinlər. Ortaya fakt qoysunlar. Onlar əllərində faktların olduğunu, hadisəni kimin törətdiyini bildiklərini deyirlər. Belədirsə, çıxarıb ortaya fakt qoysunlar. Mən onlara demişəm ki, qatilin kim olduğunu bilirsinizsə, ortaya çıxarın. Sizin də canınız qurtarsın, mən də övladımın qatilinin kim olduğunu bilim. Düşmənimi bilim. Niyə deyim ki, qatil İlkindir? Mən istəmərəm kimsə günahsız yerə həbsdə yatsın. Deyirəm, buyursunlar faktlarını göstərsinlər”.

Övladını itirən Quliyev kimlərsə tərəfindən pul müqabilində susdurulmaları barədə deyilənlərə də səssiz qalmayıb:

"Guya hökumət mənim evimi təmir edib. Guya hansısa nazir mənə pul verib. Allaha and olsun ki, bir adam belə mənə pul verməyib. Onlar sadəcə olaraq, məni qıcıqlandırmaq istəyirlər. Gəlib baxsınlar, mənim evimin tavanı kartondandır. Mən fəhləliklə məşğulam. Bir inəyim vardı, o da öldü. Günü 15-20 manata fəhləliyə gedirəm. İnanmayanlar gəlib necə şəraitdə yaşadığımızı öz gözləri ilə görsünlər. Bizim çəkdiyimizi bir Allah bilir. Bunu heç düşmənimə də arzulamıram”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

20-07-2022, 19:35

İlkin Süleymanovun məhkəməsi növbəti dəfə təxirə salınıb

Cəmiyyət

13-07-2022, 19:42

İlkin Süleymanovun məhkəməsi təxirə salınıb

Cəmiyyət

2-08-2022, 15:40

SİRR AÇILIR: 10 yaşlı Nərmini qətlə yetirməkdə ittiham olunan İlkin azadlığa buraxılır – Qardaşı AÇIQLADI

Hadisə

29-07-2022, 20:50

Azərbaycanda DƏHŞƏT: qısqanc qadın ərini öldürdü

Hadisə

29-07-2022, 17:30

Bərdədə qadın ərini qətlə yetirib

Dünya

21-07-2022, 14:46

Ukraynada qətl törədən idman ustasının məhkəməsi başlayıb

Hadisə

19-07-2022, 14:04

Sevgilisini qətlə yetirən şəxsə 18 il cəza verild

Hadisə

23-08-2022, 11:32

Marketə gedən qayınana: "Gəldim gördüm ki, ərim gəlinimi..."

Hadisə

9-08-2022, 12:55

Bakıda yüksək vəzifəli məmurun qızı ilə qayınanası ÖLDÜRÜLDÜ: 3 milyon pul oğurlandı - DƏHŞƏTLİ QƏTL

Hadisə

29-07-2022, 17:10

Tovuzda qadınları öldürüb evi yandıranlar tutuldu

---

14-07-2022, 16:27

Leyla Mustafayeva qətlə yetirildi

Cəmiyyət

14-07-2022, 19:25

26 yaşlı oğlan bacısını öldürdü

Araşdırma
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Hadisə
Bu gün, 18:00
Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
Bu gün, 15:31
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Bu gün, 11:17
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
31-05-2026, 15:00
Bərdədə ağır yol qəzasında 10 nəfər yaralanıb
31-05-2026, 13:00
Türkiyədə tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaralayıb
31-05-2026, 12:00
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
Xəbər lenti
  • Bu gün, 18:00
    Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
  • Bu gün, 17:36
    Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
  • Bu gün, 17:15
    SEPAH: Sutka ərzində Hörmüzdən 24 gəmi keçib
  • Bu gün, 16:53
    Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
  • Bu gün, 16:37
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb
  • Bu gün, 16:28
    Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
  • Bu gün, 15:44
    Avropanın sərtləşdirdiyi miqrant siyasəti – Aİ təhlükəsizliyi ilə dəyərləri gündəlikdə - ŞƏRH
  • Bu gün, 15:31
    Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
  • Bu gün, 15:17
    Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur
  • Bu gün, 14:55
    Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
  • Bu gün, 14:46
    İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
  • Bu gün, 14:29
    Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib
  • Bu gün, 12:55
    Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq
  • Bu gün, 12:49
    “Qəbələ” iki futbolçu ilə yollarını ayırdı
  • Bu gün, 12:28
    SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər
  • Bu gün, 12:15
    165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT - "Çıxarış yoxdur deyə..."
  • Bu gün, 11:48
    Azərbaycan lideri İtaliya Prezidentini təbrik edib
  • Bu gün, 11:39
    Cənab Nəsirli də YAMAQÇILIQLA məşğuldur... - FOTOFAKT
  • Bu gün, 11:17
    Qanunsuz saxlanılan silahlar aşkarlanıb
  • Bu gün, 11:06
    Vəzifəli şəxs heç bir vəsait qoymadan “şərik” oldu, 380 min manatımı ələ keçirdi”
  • Bu gün, 10:41
    Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib
  • Bu gün, 10:06
    Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır
  • Bu gün, 09:50
    “Hünər-İnşaat”ın fəhlələrinə Zəngilanda maaşları verilmir?
  • Bu gün, 09:32
    Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
  • Bu gün, 09:21
    Başçının yaman günə qoyduğu GORANBOY - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:08
    BİZİM TƏQVİM:2 iyunda baş vermiş tarixi hadisələr
  • Bu gün, 08:56
    Rusiya Ukraynanı vurdu - Ölənlər var
  • Bu gün, 08:38
    Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur
  • Dünən, 18:48
    Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
  • Dünən, 18:29
    Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək
  • Dünən, 18:12
     "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
  • Dünən, 17:54
    Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə qəbul başlayıb
  • Dünən, 17:39
    ATB ilə ABB arasında itən vəsait - Əməliyyat uğurlu, amma pul yoxa çıxıb - Şikayət
  • Dünən, 17:16
    Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:08
    Bakı-Tbilisi qatarı sosial layihədir, yoxsa kommersiya xidməti? - ADY niyə subsidiyalaşma istəmir?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə