Sizin reklam burada 728×90
Son dəqiqə

Gürcüstanın baş naziri İrakli Qaribaşvili iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib -

29.09.2023 18:57 390 1 dəq oxunur
Gürcüstanın baş naziri İrakli Qaribaşvili iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib -
Gürcüstan və Azərbaycan arasında mövcud strateji əlaqələr və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

Qəbulda iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmi, tərəfdaşlığın inkişafı istiqamətləri vurğulanıb, potensial layihələrin həyata keçirilməsinin ölkələrimiz üçün faydaları qeyd olunub. Görüşdə mövcud strateji əlaqələr və əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az