Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan cüdoçusu Qran Pridə qızıl medal qazanıb

15.07.2022 21:08 662 1 dəq oxunur
Azərbaycan cüdoçusu Qran Pridə qızıl medal qazanıb
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə final görüşünə çıxıb.

bakunews.az report-a istinadən məlumatına görə, 66 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib italiyalı Matteo Piras olub. Qarşılaşma Nəcəfovun qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Azərbaycan yığması Qran Prinin ilk yarış gününü bir medalla başa vurub.

17:25
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Ramazan Kocakov (Bəhreyn), Çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gəlib.

Nəcəfov qızıl medal uğrunda Matteo Pirasla (İtaliya) görüşəcək.

Eyni çəkidəki Orxan Səfərov ilk görüşündə Jaehonq Ana (Cənubi Koreya) uduzub.

66 kq-dakı Kəramət Hüseynov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Hakberdi Jumayevə (Türkmənistan) yenilib.

Qadınların yarışında 48 kq-da Leyla Əliyeva eyni raundda Narantsetseg Canbaatara (Monqolustan), 52 kq-da Gültac Məmmədəliyeva Maria Tabaya (Braziliya) məğlub olub.

Qeyd edək ki, Azərbaycan Qran-pridə 14 cüdoçu ilə təmsil olunur.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az