Sizin reklam burada 728×90
Son dəqiqə

Teymur Rəcəbov “Tata Steel Chess” turnirində ikinci olub

07.09.2023 19:54 359 1 dəq oxunur
Teymur Rəcəbov “Tata Steel Chess” turnirində ikinci olub
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess” turnirində ikinci yeri tutub.

“Report” xəbər verir ki, 36 yaşlı qrossmeyster 10 şahmatçının rapid üzrə mübarizəsində uğurlu çıxış edib.

Teymur Rəcəbov keçirdiyi 9 oyundan 5,5 xal toplayıb və ikinci yeri tutub. Birinci yeri isə Maksim Vaşye-Laqrav (Fransa, 7 xal) tutub.
Qeyd edək ki, yarış iştirakçıları sentyabrın 8-9-da blitsdə ən güclünü müəyyənləşdirəcəklər. Turnirdə Teymur Rəcəbov və Maksim Vaşye-Laqrav ilə yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparırlar.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az