Sizin reklam burada 728×90
Son dəqiqə

Dünya çempionatının gümüş mükafatçısı: “Buraxdığım səhvə görə məğlub oldum”

25.08.2023 19:30 385 1 dəq oxunur
Dünya çempionatının gümüş mükafatçısı: “Buraxdığım səhvə görə məğlub oldum”
“Buraxdığım səhvə görə məğlub oldum”.

Bunu “Report”un Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında Xorvatiyada keçirilən dünya çempionatında gümüş medal əldə edən Azərbaycanın yeniyetmə cüdoçusu Əbil Yusubov deyib.

66 kq çəki dərəcəsində mübarizə aparan idmançı polşalı Şimon Şulikin onun səhvindən yararlandığını bildirib: “Finala qədər, demək olar ki, əksər rəqiblərlə daha əvvəl üz-üzə gəlmişdik. Amma onu tanısam da, qarşılaşmamışdıq”.
60 kq-da gümüş medal əldə etmiş Məhəmməd Musayev isə turnirə yaxşı hazırlaşdıqlarını söyləyib: “Təlim-məşq toplanışları keçmişdik. Bu dəfə gümüş medal əldə etdim. Qarşıdakı turnirlərdə daha yaxşı nəticə qazanmağa çalışacağam. Finalda uduzduğum İsrail təmsilçisi İzak Aşpiz mən Avropa çempionu olanda bürünc medal qazanmışdı. Bu dəfə o qalib gəldi”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az