Sizin reklam burada 728×90
Son dəqiqə

Avropa birinciliyi: Azərbaycanın daha iki boksçusu 1/4 finalda

21.08.2023 13:13 443 1 dəq oxunur
Avropa birinciliyi: Azərbaycanın daha iki boksçusu 1/4 finalda
Azərbaycanın daha iki boksçusu Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 finala yüksəlib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Toğrul Quliyev və Səftər Məmmədzadə 1/8 final səddini keçiblər.

T.Quliyev 57 kq çəki dərəcəsində ingiltərəli Sonni Hollinqsvortu 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. S.Məmmədzadə isə 90 kq-da Yan Vimzalı (IBAC) eyni hesabla (30:26, 30:24, 30:27, 30:27, 30:27) üstələyib.
Bununla da Avropa birinciliyində 1/4 finalda mübarizə aparacaq Azərbaycan boksçularının sayı doqquza çatıb. Quliyev və Məmmədzadə ilə yanaşı, Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdiyev (80 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinala vəsiqə uğrunda yarışacaqlar.

Qeyd edək ki, birincilik avqustun 25-də yekunlaşacaq.

Bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az