• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Elnur Məmmədli: “Olimpiya çempionluğundan bir gün əvvəl yuxuda qızıl medal qazandığımı gördüm”

İdman

11-08-2023, 19:17

“2008-ci ildə olimpiya çempionluğundan bir gün əvvəl yuxuda qızıl medal qazandığımı, ölkə Prezidentinin mənə medalı verdiyini və təbrik etdiyini gördüm. Səhər oyanan kimi təbaşirlə otağımdakı lövhəyə yazdım ki, olimpiya çempionu olacağam”.

Bunu 2008-ci il avqustun 11-də Pekin Yay Olimpiya Oyunlarının qalibi olan Elnur Məmmədli Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

35 yaşlı sabiq cüdoçu 15 il əvvəl qazandığı nailiyyəti bu cür xatırlayıb:

“Həmin gün digər idmançılarla, müxtəlif idman növlərindən olan dostlarımla danışdım, onlara çempion olacağımı dedim. Bunu reallaşdıranda da hamı şoka düşdü. Yay Olimpiya Oyunlarında yarışmaq həyatımın böyük fürsəti idi, bunu əldən vermək istəmirdim. Dəqiq bilirdim ki, bu imkanı qaçırmayacağam. Dünya reytinqində də bir nömrə idim”.

O, olimpiya çempionluğunda ən böyük pay sahibinin anası olduğunu söyləyib:

“Anamın sayəsində olimpiya çempionu oldum. O, məni həmişə ruhlandırıb, bu titula motivasiya edib. 1992-ci ildə Nazim Hüseynov Azərbaycanın ilk olimpiya çempionu olsa da, MDB bayrağı altında idi. Anam dedi ki, müstəqil Azərbaycanda bunu birinci mən qazanacağam. 2004-cü ilə qədər cüdoda olimpiadanın medalı yox idi. 2008-ci il avqustun 11-də qalib gələndə, müstəqil Azərbaycanda bunu reallaşdıran ilk cüdoçu oldum. Bu, xüsusi idi”.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Pekindəki yarışda əldə etdiyi qızıl medalın onu yaxşıya doğru dəyişdiyini vurğulayıb:
“Küçədə, hər yerdə hamı məni və adımı tanıyırdı. Yanımdan keçəndə hər kəs baş barmağını yuxarı qaldırırdı. Nailiyyətim sayəsində yeni uşaqlar cüdo ilə məşğul olmağa başladılar, bu idman növü daha da populyarlaşdı. Həmin medalın sayəsində cüdodan çörəkpulu qazana bilirəm. Həyatım daha rahat oldu, bunun üçün çox çalışdım. Prezidentimiz də məni tanıdı. Oyunlardan sonra Prezidentimizin təyin etdiyi şəxsi təyyarə ilə Bakıya qayıtdım. Bunlar inanılmaz xatirələrdir”.

E.Məmmədli olimpiya çempionluğunu ömürlük fəxr adlandırıb:

“Həmin gün qalib olmasaydım, özümü heç vaxt bağışlamazdım. Hər bir əsgər general olmaq istəyir. Hər bir cüdoçu olimpiya çempionluğunu arzulayır. Başqaları hadisələrdən danışanda, heç kimin vecinə deyil ki, hansı ildə qalib oldun. Bir dəfə Yay Olimpiya Oyunlarını qazansan, ömrün boyunca çempionsan. Bu gün cüdo 200-dən çox ölkədə tətbiq olunan ən populyar idman növlərindən biridir. Bunun bir hissəsi olmaqdan qürur duyuram”.

İkiqat Avropa çempionu hələ uşaq yaşlarından həmişə böyük uğurlar barədə düşündüyünü sözlərinə əlavə edib:

“Kiçik yaşlarımdan həmişə çempion olmaq istəmişəm. Cüdo getdikcə populyarlaşırdı və mən də döyüşmək istəyirdim. Cüdonun görünüşü xoşuma gəlirdi. Səviyyəsindən asılı olmayaraq, kiçik və ya böyük yarışların hamısında həmişə birinci olmaq istəmişəm. Cüdoya böyük həvəsim var idi və dojo (cüdo məşq zalı) ikinci ev kimi idi. Yeddi yaşımda Bakıda yerli klubda məşqlərə başlayanda, bəlkə də, bəziləri uğur qazanacağıma şübhə edirdi. Amma mən heç vaxt şübhə ilə yanaşmadım”.

Qeyd edək ki, Elnur Məmmədli 2013-cü ildə zədə səbəbindən karyerasını başa vurub.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

12-08-2022, 12:12

Azərbaycanın Olimpiya çempionu İslamiadada ilk görüşündə uduzaraq medalsız qalıb

İdman

20-07-2023, 21:11

Bayrağımız Beynəlxalq Olimpiya Komitəsinin binası qarşısında

İdman

31-07-2023, 12:05

Qızıl medal qazanan yeniyetmə cüdoçu: “Rəqiblərimi asanlıqla məğlub etdim”

İdman

7-08-2022, 18:17

Azərbaycan komandasının İslamiadadakı bayraqdarları bəlli olub

Siyasət

22-08-2022, 13:28

İlham Əliyev: "Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edəcəyik"

İdman

8-01-2023, 01:10

"Qəbələ" İdman Klubunun 10 yaşı tamam olur

İdman

12-08-2022, 12:08

Fəridə Əzizova: "Azərbaycan himni səslənəndə göz yaşlarıma hakim ola bilmədim"

İdman

10-08-2022, 18:00

Türkiyəli Olimpiya və dünya çempionu Sabirabada gələcək

İdman

10-07-2023, 11:17

Nazir Gəncə Olimpiya İdman Kompleksinin direktorunu yeni vəzifəyə təyin edib

İdman

15-08-2022, 17:33

Tanınmış soydaşımız Cesika Qədirova Avropa çempionu titulunu qazanıb

İdman

26-07-2022, 19:32

Avropa Gənclər Olimpiya Festivalı: Azərbaycan cüdoçusu gümüş medal qazanıb

İdman

30-07-2022, 21:20

Cüdo üzrə qarışıq komandamız EYOF 2022-də qızıl medal qazandı

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 19:00
    Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
  • Bu gün, 18:30
    Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırılıb - YENİLƏNİB-2
  • Bu gün, 18:18
    Var dövləti ilə tanınan deputatın mandatı əlindən alındı
  • Bu gün, 18:08
    ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
  • Bu gün, 18:01
    13 tibb işçisi eyni gündə işdən çıxarılıb: 20 dəqiqəyə arayış veribmişlər - TƏFƏRRÜAT
  • Bu gün, 17:48
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:58
    Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Bu gün, 16:47
    Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
  • Bu gün, 16:30
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:15
    Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!
  • Bu gün, 15:52
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Bu gün, 15:20
    “Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb
  • Bu gün, 14:59
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Bu gün, 14:53
    Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO
  • Bu gün, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Bu gün, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Bu gün, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Bu gün, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə