Sizin reklam burada 728×90
Son dəqiqə

İdmançımız RFA üzrə qaydasız döyüş çempionatının qalibi oldu

13.06.2023 16:31 379 1 dəq oxunur
İdmançımız RFA üzrə qaydasız döyüş çempionatının qalibi oldu
Bratislava şəhərində keçirilən “Real Fight Arena” (RFA) üzrə qaydasız döyüş çempionatında Qarışıq Döyüş Sənəti (MMA) üzrə peşəkar idmançı Yüksəl İbrahimov böyük uğur qazanıb.

Bakunews.az xəbər verir ki, həmyerlimiz slovakiyalı rəqibini 36-cı saniyədə boğucu fəndlə məğlub edərək qələbəyə nail olub. O, qələbəsinin elan edilməsi zamanı Azərbaycan bayrağını dalğalandırıb.
Yüksəl İbrahimov 22 iyun 1995-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olub. Peşəkar K-1 və MMA döyüşçüsüdür. 2019-cu ildən etibarən Slovakiyada qaydasız döyüş, boksinq və kikboksinq üzrə dərs deyir. Eyni zamanda K-1 və MMA üzrə yarışlarda iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsi parlaq qələbəsi və Azərbaycan bayrağını ucalara yüksəltməsi münasibətilə vətənsevər idmançımızı təbrik edir, gələcək karyerasında daha böyük uğurlara nail olmasını arzulayır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az