Sizin reklam burada 728×90
Son dəqiqə

Bulvarda gimnastika festivalı keçiriləcək

18.08.2022 20:59 628 1 dəq oxunur
Bulvarda gimnastika festivalı keçiriləcək
Sentyabrın 9-da Dənizkənarı bulvarda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından bakunews.az-ya milli.az-a istinadən verilən məlumata görə, tədbirdə bu növ üzrə yığma komandanın üzvləri, "Ocaq Sport" klubunun təmsilçiləri ilə yanaşı, respublikamızın bölgələrindən idmançılar iştirak edəcəklər. Festivalda musiqi sədaları altında müxtəlif çıxışlar təqdim ediləcək.

Əraziyə giriş sərbəst olacaq.

Tədbirin təşkilində məqsəd əhali arasında gimnastika idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az