• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Mən illərdir sizin yerinizə utanıram, biraz da siz UTANIN!!!!

İdman

17-12-2023, 17:36

Yenə onlar haqqında yazıram. Bilirsiniz kimlər haqqında? Bu ölkədə adlarının qarşısına yalandan “futbolçu” termini yapışdırıb on illərdir bütün azərbaycanlıları əsəb və stress girdabına soxan, amma əvəzində özləri utanmayan, utanmaq nə kəlmə, hələ bu azmış kimi utanmazcasına hər məğlubiyyətə görə “səxavətli” AFFA-dan mükafatlar alan, meydanlarda topdaşıyan uşaqlar qədər bacarığı olmayan “futbolçularımız” haqqında yazacam. Görəsən Gürcüstan və Qazaxıstan milli komandaları “Avro-2024”-ün pleyy-off mərhələsinə vəsiqə qazanan zaman bizim “futbolçular” utanıb yerin yeddi dibinə girdilərmi?-qəti inanmıram! Imkan, pul-para baxımından bizdən qat-qat aşağılarda yer alan Gürcüstan və Qazaxıstan milliləri pleyy-off mərhələsində, biz də qapımızdan hər dəfə 5-6 qol buraxmaqla “rekordlar” qırmaq “peşindəyik”.

Yağ-bal içərisində bəslənəsən, daima dövlətin güclü himayəsində olasan, həttda layiq olmadıqın halda 1000 dollarllarla mükafatları cibişdanına dürtəsən, bunun da qarşılığında ömür boyu Azərbaycan millisini qapazaltı komanda kimi bütün dünyaya rəzil edəsən... Milli komandamızın acı taleyi, millidə o yan-bu yana qaçan “futbolçularımızın” real vəziyyəti bax budur. Bəs gürcülərdən və qazaxlardan fərqimiz nə?- fərqimiz odur ki, onlar işi bacarana, futbolu əsl futbolçuya tapşırır, bizlərdə isə 21-ci əsrin yarısına yaxınlaşırıq, yenə də tanışlıq, telefon zəngi ilə milliyə futbolçu “TAPŞIRIRIQ”, küçədə qalan əcnəbiləri milyon dollarlar verib millinin sükanı arxasına keçiririk, vəssalam!

Sözsüz ki, millinin düşərgəsinə gələn futbolçular yadplanetli deyillər. Tam əksəriyyəti yerli çempionatda top qovan "futbolçulardır." Bunları da yerli klublara milliyə "tapşırılan" kimi tapşırırlar. Olurlar "FUTBOLÇU". Məşq etmək, futbol biliyini və fiziki imkanlarını, texniki yaradıcılığını inkişaf etdirmək üçün zəhmət çəkmək əvəzinə gününü kafe-restoranlarda keçirən, meyxana məclislərində “qafiyə açan”, futboldan havayı qazanc kimi bəhrələnən tip – əksər müasir azərbaycanlı futbolçunun personajı bax belədir. Yalanmı yazıram?-qətiyyən! Son qarşılaşmada belçikalılardan düz 6 cavabsız qol yeyən, Lukakonun bir qarşılaşmada 4 qol vuran futbolçu kimi tarixə düşməsinə imkan yaradan bu rəzillər barədə danışmaq üçün cümlə qurmağın özü çətindən çətindir. Görəsən Lukako Azərbaycan millisinə təkbaşına 4 qol vurandan sonra meydanda qoyun otaran çobanlar kimi gəzişən “milli futbolçular” qarabala Lukako ilə göz-gözə gələndə utanıb yerin dibinə giriblərmi?- buna da qəti inanmıram!

Adını futbolçu qoyub əvəzində futbol adına ləkə olanların Azərbaycan millisinə yaşatdıqları biabırçılıqları görməməzlikdən gəlmək, özünü bilməməzliyə vurmaq qəti mümkün deyil. Bunu o mənada deyirəm ki, onsuz da futbolçudan daha çox stadion təmizlikiçiləri təsiri bağışlayan belələrinin rəzalət “futbolunu” ürəyinə salmayasan, stress keçirməyəsən. Amma OLMUR!!! Nə qədər qulaqardına vuracaqsan?. Tapşırıqla, tanışlıqla bu andıra qalmış milli komandaya futbolçu götürəndə, bunların məişət cinayətlərinin üstünü ört-basdır edəndə, uduzduqları oyunlara görə bunlara mükafat yazanda guya bilmirdilərmi ki, bunun axırı Azərbaycan adlı ölkənin adına ləkə olan biabırçılıqlarla bitəcək???? AFFA bu milliyə illik milyonlar ödəyib kimləri baş məşqçi gətirmədi ki?. Berti Foqts Azərbaycandan qazandığı milyonlarla indi Bavariyada təmiz alman pivəsi içib bankdakı pulları ilə bir ömür kef-damaq içində yaşayacaq. Cianni De Byazini də küskün yola saldıq. Adam hələ də bizim səxavətimizdən faydalanmaq istəyirdi. Olsun, ona da bir ömür qocalığına bəs edəcək milyonlar qazandırmışıq. Ən azı bizim necə “sadəlövh və səxavətli” olduğumuz barədə uzaq Romada ağızdolusu danışacaq.

Mən şəxsən 1988-ci ildən “Neftçi” azarkeşiyəm. Düzdür, mənim azarkeşi olduğum komanda da acınacaqlı vəziyyətinə görə millidən heç nə ilə fərqlənmir. Bu “Neftçi”nin tayları Avropa Liqasında, Çempionlar Liqasında top qovur, başını başlara qoşur, mənim komandam da “Şamaxı”, “Sabah”, “Zirə” ilə yuxarı pillələr uğrunda “qırğına çıxır.” Adrian Mutunu müqəvva olaraq “ağ-qaralar”ın sükanı arxasına keçirməklə “Neftçi” komanda olası deyil. Amma olsun, qoy biraz da A.Mutu yesin, nə olasıdır...

Nə isə qayıdaq milliyə. Yadıma gəlmir ki, nə vaxtsa milli komandanın səs-küy yaradan qələbəsinə sevinim. Elə qələbəyə ki, bizi Dünya və Avropa çempionatları cəhənnəmə, heç olmasa bizdən də aşağı səviyyəli millilərin çıxış etdiyi Millətlər Liqasında pleyy-off cığırına çıxartsın. Bir dəfə də baş verməyib belə hal. Əvəzində Bizim İsveç, Finlandiya, başqa bu tipli milli komandalara qarşı qələbələrimiz də bilirsiniz nə vaxta təsadüf edir? O vaxta ki artıq bu adı çəkilən millilər seçmə mərhələdə qrupun dibində qaldıqları vaxtlara. Yəni heç bir iddialarının qalmadıqları zamanlara. Amma etiraf edim ki, İsveçlə qarşılaşmada Azərbaycan millisinin meydanda olmasına hələ də inana bilmirəm. Əgər bunlar elə həmin futbolçular idisə, cəmi bir tur sonra Belçika millisinə niyə rəzalət məğlubiyyət yaşadılar?. Özü də futbol oynamadan. Meydançada sürünən canlı ölülər kimi idilər. Bəlkə artıq keçmişdə qalan De Byaziyə görə yas tuturmuşlar?. Yoxsa onun “yolasalınma mərasimi” üçün belə “oynadılar”?. Nə desən olar. Tapşırıqla milliyə futbolçu çağıranda, “görüm-baxım” ilə ayağında top durmayana zorla “futbolçu” adı yapışdıranda yüz cür böyük OYUN QURMAQ niyə olmasın ki?? Əslində millimiz belə “oyun qurmaq” işində belçikalılara bir ömür dərs deyər...

Və gələk yerli məşqçi məsələsinə. Hə, iş bizim məşqçilərə gələndə burda məsələ qəlizləşir. Tərlan Əhmədov, Qurban Qurbanov, bir vaxtlar “Abşeron”u yüksək liqaya çıxaran Mirbağır İsayev, Samir Abbasov – axı bunlara niyə imkan yaratmırıq?. Məgər bu yerli məşqçilər B.Foqtsun, De Byazinin nəticələrindən aşağı nəticə göstərəcəklər ki?. Axı bunlar yerli məşqçidirlər və yerli futbol fabrikinə (buna fabrik demək mümkünsə) yaxşı bələddirlər. Ən azından damarlarında azərbaycanlı qanı axan məşqçi kimi ürəkyananlıq edəcəklər milli komandaya. B.Foqtsun, D.Byazinin nə vecinədir Azərbaycan millisinin taleyi. AFFA-dan aldıqları milyonları alman və italyan banklarına yerləşdirib qocalığında kefə baxmağı düşünürdülər və elə də oldu. Yoxsa yalan yazıram?Amma bu yerli məşqçilərin yaxası həmişə sənin əlindədir. Yeri gələndə təpinib hərəkətə gətirəcəksən. Ən azından millidə ancaq ağ “konvertlərdə” verilən mükafatlara görə top qovan “futbolçulara” azərbaycanlı olduqlarını xatırlatmağa bu yerli məşqçilərin VİCDAN HİSSİ yetəcək. Ən azı onların yatmış, yaxud yoxa çıxan vicdanlarını geri qaytarmaq üçün çalışacaqlar. Vicdanı itmiş damarlarını tapa bilsələr təbii...

Mətləb Salahov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

23-11-2023, 16:22

AVRO-2024: Pley-off mərhələsinin püşkü atılıb

İdman

13-10-2023, 16:20

AVRO-2024: Fransa və Portuqaliya bu gün final mərhələsinə vəsiqəni təmin edə bilərlər - AFİŞA

İdman

30-10-2023, 18:11

Amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan millisi final mərhələsinə vəsiqə qazanıb - FOTO

İdman

11-09-2023, 19:01

AVRO-2024-ün seçmə mərhələsində VI tura start verilib

İdman

16-11-2023, 09:24

AVRO-2024: Azərbaycan millisi bu gün İsveçi qəbul edəcək

İdman

12-10-2023, 14:29

AVRO-2024: Türkiyə Xorvatiya səfərində, İspaniya liderlə üz-üzə - AFİŞA

Siyasət

24-08-2022, 17:32

Tokayev: "Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından Qazaxıstan üçün xüsusi maraq doğurur"

Gündəm / Siyasət

13-11-2023, 09:53

Bu gün gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır

Siyasət

24-08-2022, 20:13

Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinə təşəkkür edib

İdman

21-08-2022, 18:09

Azərbaycan hərbi dənizçiləri futbol yarışının qalibi olublar - FOTO

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 09:32
Beyləqanda bir nəfər suda boğulub
Dünən, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 14:42
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
5-08-2026, 10:24
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 15:40
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:52
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
Xəbər lenti
  • Bu gün, 09:58
    Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
  • Bu gün, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • Bu gün, 09:16
    Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın! VİDEO
  • Bu gün, 08:59
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
  • Dünən, 18:39
    DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA
  • Dünən, 18:30
    Rəsmi Bakı Yamaykanın Müstəqillik Gününü təbrik edib
  • Dünən, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • Dünən, 18:05
    Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib
  • Dünən, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • Dünən, 17:29
    Şəmkir RMX-nın həkimi Ceyhun Rəsulov və Arzu Əskərovanın etdiyi mioma əməliyyatından sonra xəstənin ölümü ilə bağlı prokurorluq araşdırma aparır.
  • Dünən, 17:14
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • Dünən, 16:56
    "Aztelekom"la m10 yola getmir? - İnternet ödənişləri saatlarla icra olunmur
  • Dünən, 16:49
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • Dünən, 16:41
    TƏBİB daha iki şirkətlə milyonluq mwqavilə imzaladı
  • Dünən, 16:05
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • Dünən, 15:54
    "Roblox" 70 milyard dollar dəyər itirdi: Oynamağa yeni oyun yoxdur
  • Dünən, 15:43
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • Dünən, 15:27
    Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
  • Dünən, 15:01
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • Dünən, 14:52
    “Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
  • Dünən, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • Dünən, 13:13
    Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
  • Dünən, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
  • Dünən, 12:54
    29 600 manatlıq maliyyə pozuntusu, qanunsuz şagird köçürmələri və iki əmr kitabındakı gizlinlər
  • Dünən, 12:35
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub
  • Dünən, 12:25
    Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
  • Dünən, 12:10
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
  • Dünən, 11:34
    Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
  • Dünən, 11:20
    Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub
  • Dünən, 11:08
    Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
  • Dünən, 10:41
    Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək
  • Dünən, 10:10
     Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
  • Dünən, 09:48
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • Dünən, 09:16
    UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə