Sizin reklam burada 728×90
Son dəqiqə

Levandovskinin "Barselona"da təqdimatı təxirə salınıb

19.07.2022 15:20 648 1 dəq oxunur
Levandovskinin "Barselona"da təqdimatı təxirə salınıb
İspaniyanın "Barselona" klubunun yeni hücumçusu Robert Levandovskinin təqdimatı yubanıb.

bakunews.az marca nəşrinə istinadən xəbər verir ki, Polşa millisinin 33 yaşlı futbolçusu Kataloniya klubunun ABŞ-da mövsümöncəsi təlim-məşq toplanışında komanda ilə birlikdə iştirak etmir.

O, trenajor zalında fərdi qaydada məşq keçir. Bu səbəbdən, Levandovskinin iyulun 20-də "İnter Mayami" ilə yoxlama görüşündə oynaması gözlənilmir.

Həmçinin futbolçunun bu gün keçirilməli olan təqdimatı başqa vaxta təxirə salınıb.

Qeyd edək ki, Robert Levandovski "Bayern"dən "Barselona"ya 45 milyon avro müqabilində transfer olunub. O, "Barselona" ilə 3 illik müqaviləyə imza atıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az