Sizin reklam burada 728×90
Son dəqiqə

Zakir Həsənov Çində müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşüb -

30.10.2023 14:14 670 1 dəq oxunur
Zakir Həsənov Çində müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşüb -
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çin Xalq Respublikasına işgüzar səfəri davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyini ziyarət edib. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi dərin ehtiramla yad edilib.

Sonra müdafiə naziri Çinin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkətin rəhbərləri ilə görüşüb.
Ölkəmizin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovun da iştirak etdiyi görüşlərdə birgə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az