Sizin reklam burada 728×90
Son dəqiqə

Birgə taktiki təlimlər: Azərbaycan və Türkiyənin döyüş təyyarələri havaya qalxıb -

19.10.2023 15:51 529 1 dəq oxunur
Birgə taktiki təlimlər: Azərbaycan və Türkiyənin döyüş təyyarələri havaya qalxıb -
Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminə hazırlıq prosesi davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də, hava kəşfiyyatının aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib.
Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az