Sizin reklam burada 728×90
Son dəqiqə

Saatlida soyğunçuluq edən şəxs saxlanilib

22.11.2022 09:39 636 1 dəq oxunur
Saatlida soyğunçuluq edən şəxs saxlanilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazaların birinə müştəri qismində bir nəfər şəxsin daxil olması və daha sonra həmin şəxsin soyğunçuluq yolu ilə 150 manat pulu ələ keçirərək qaçması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törədərən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Tarıyel Fətullayev saxlanılıb.​

Saxlanılan zaman onun üzərindən psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az