Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi prospekt açıqlanıb

23.08.2022 15:47 621 1 dəq oxunur
Bakıda ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi prospekt açıqlanıb
Bakıda ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi prospekt açıqlanıb.

Bu barədə bakunews.az-ya report-a istinadən Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları ilk sıralardadır. İnsan həyatının təhlükəsizliyi baxımından önəmli olan qəzalar həmçinin sıxlıq və tıxacların yaranmasına səbəb olur. Şəhərdə ən çox istifadə edilən yollardan biri Ziya Bünyadov prospektidir. Gün ərzində təxminən 200 000-ə yaxın nəqliyyat vasitəsi bu yoldan istifadə edir. Aparılan müşahidələrə əsasən hər həftə Ziya Bünyadov prospektində orta hesabla 20-25 yol-nəqliyyat hadisəsi baş verir ki, bu da yolun həddən artıq yüklənməsinə, sıxlıq və ya tıxacın yaranmasına və beləliklə hərəkət iştirakçılarının zamanında mənzil başına çatmamasına gətirib çıxarır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlardan bir daha xahiş edir ki, həm öz həyat və sağlamlıqlarını qorumaq üçün, həm də yollarda fasiləsiz və rahat hərəkətin təmin olunması üçün yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və digər hərəkət iştirakçılarına qarşı nəzakətli davransınlar.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az