Sizin reklam burada 728×90
Son dəqiqə

Modelyerin atasının qatili deputatın DAYISIDIR -

19.10.2023 20:12 632 1 dəq oxunur
Modelyerin atasının qatili deputatın DAYISIDIR -
Tanınmış modelyer Elnarə Bəkirovanın atasını qətlə yetirməkdə təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyev millət vəkili Elnur Allahverdiyevin qohumlarıdır.

News24.az-ın məlumatına görə, bu barədə E. Bəkirova məlumat verib. O bildirib ki, atasını qətlə yetirən Mustafa Zeynalov "Kontakt home"un baş direktoru, millət vəkili Elnur Allahverdiyevin dayısıdır. Zərərçəkmiş qeyd edib ki, qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.

Qeyd edək ki, E. Bəkirovanın atası Kamran Bəkirov bu ilin aprel ayında üzərində 3 yüz min manatla itkin düşüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K. Bəkirovun Mustafa Zeynalov və Namiq Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.





Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az