Sizin reklam burada 728×90
Son dəqiqə

Prezident və Birinci vitse-prezident deputat Qənirə Paşayevanın məzarına əklil göndəriblər

29.09.2023 12:16 399 1 dəq oxunur
Prezident və Birinci vitse-prezident deputat Qənirə Paşayevanın məzarına əklil göndəriblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın məzarına əklil göndərib.

BakuNews.az xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabandakı məzarının üzərinə qoyulub.

Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
O, sentyabrın 28-də vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən gəlmiş həkim mütəxəssislər tərəfindən görülən bütün zəruri tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az