Sizin reklam burada 728×90
Son dəqiqə

Ordumuzun nəzarətinə keçən yüksəkliklər – Xəritə

06.08.2022 16:09 569 1 dəq oxunur
Ordumuzun nəzarətinə keçən yüksəkliklər – Xəritə
Avqustun 3-də Ordumuzun “Qisas” əməliyyatı ilə nəzarətinə götürdüyü Qırxqız, Sarıbaba və digər yüksəkliklərə ötən gün Kəlbəcərin şərqindəki Buzdux yüksəkliyi də əlavə olunub.

bakunews.az
yenipress.az-a istinadən xəbər verir ki, Buzdux yüksəkliyinin (2374 metr) Ordumuzun nəzarətinə keçməsi ilə olduqca böyük hərbi-strateji mövqe əldə edilib.

Beləliklə, Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının nəzarəti altında olan hissəsində silahlı-terrorçu ermənilərin bütün fəaliyyətini həm nəzarətdə saxlamaq, həm də istənilən an onları dərhal məhv etmək üçün ərazinin qərb hissəsində bütün strateji yüksəkliklərə Ordumuz sahiblənib.

Bir müddət əvvəl Fərrux yüksəkliyinin də Ordumuzun nəzarətinə keçdiyini yada salsaq, separatçı-terrorçu qüvvələrin faktiki olaraq mühasirəyə düşdüyünü görə bilərik (Xəritədə aydın görünür – red.).

Qeyd edək ki, Sarıbaba yüksəkliyi kimi, Buzduz yüksəkliyini də Rusiya sülhməramlı kontingenti nəzarət altına almağa çalışmış, hətta orda post qurmaq istəmişdilər. Lakin ərazinin rus sülhməramlı kontingentinin məsuliyyət zonasına heç bir aidiyyəti olmadığı əsas gətirilərək, buna imkan verilmirdi.

Xatırladaq ki, məhz Buzdux yüksəkliyi istiqamətində ötən gün hərbçimiz Babək Əliyev minaya düşərək, şəhid olmuşdu.





bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az