• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Gündəm / Cəmiyyət

19-04-2025, 10:40

Çirkli pullar bu dəfə də, kanalizasiya borularında “tıxaca düşdü”

İllər ötdükcə təbiət Bakıdan da, bakılılardan da üz döndərmiş kimi görünür...Yağış, ildə bir dəfə yağan qar, bəzən külək də paytaxtı iflic edir. Həm də elə ki, illərdir aktuallığını qoruyan problemin həlli inandırıcı görünmür. Xüsusi ilə də, ötən ilin oktyabrında və sonuncu yağış miqdarı və fəsadları ilə problemi kuliminasiya nöqtəsinə daşıdı. Və...indi də problemə müxtəlif prizmalardan yanaşmalar müşahidə olunmaqdadır. Daha çox hədəf nöqtəsində görüntülənən isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. Sıradan paytaxt sakinlərinin Əzizova ünvnlanmış ittihamları başadüşüləndir...Amma, bu sırada ictimai-siyasi arenada tanınmışların, ekspertlərin, bəzən isə məsul şəxslərin yer almasını birmənalı qarşılamaq yumşaq desək anlaşılan deyil.

Niyə?

Vahid mərkəzdən idarəetmə olmayanda...


Tamam, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır və ən xırdasından tutmuş, ən böyükünə qədər bu şəhərlə bağlı problemlər görünəndə ilk yada düşən də məhz o olur... Məntiqlə belə də olmalıdır. Amma, təəssüf ki, bəzən məntiqlə qanunlar, yazılmış qaydalar tərs mütənasib olur. Necə ki, bizim sevimli paytaxtımız bu tərs mütənasib taleyi yaşayır. Bakı kimlərinsə məntiqə və həm də bəlli gerçəkliklərə zidd, “cızma-qaralar”ının girovunda çabalayır...

Şəhərin başçısı var, başçının səlahiyyəti yox...2018-ci ildən bütün kommunal xidmətlər-su və kanalizasiya, qaz, işıq- Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarıldı. Hazırda paytaxtın su təminatı və kanalizasiya xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin (PHŞ) Bakı Sukanal İdarəsinin səlahiyyətindədir. Eləcə də, qaz təminatı “Azəriqaz” İstehsalat Birliyinin, işıq təminatı “Azərişiq” ASC-nin, nəqliyyat xidməti AYNA-nın, yol infrastrukturu da AAYDA-nin vəzifədir ki, var.

Başqa sözlə sadaladığım sferalardakı problemlərin hər birinin öz sahibi var...Bu sahiblər sırasında isə Bakı Şəhər İcra Hakimiyyəti yer almır. Baxmayaraq ki, tənqid olunan da, bəzən söyülən də şəhər rəhbərliyidir.

Qeyd etdiyim kimi, məlum qanun-qaydaya uyğun olaraq, paytaxtın su təminatı və kanalizasiya xidməti rəhbəri Zaur Mikayılov olan ADSEA-nın tabeli strukturunun işi olmalıdır. “Olmalıdır” ona görə yazıram ki, ADSEA səahiyyətliləri bunu ya bilmir, ya da bilmək istəmirlər. Ən azı ötən ilin oktyabrında və sonuncu yağışda nə Zaur Mikayılovu, nə də hansısa bir tabeli məsul şəxsini “gördüm” deyən olmadı(?)

Özü görünmür, amma yeri çılpaqlığı ilə görünür!


Normalda Zaur Mikayılov komandası ilə birgə Bakı küçələrində addım-addım dolanmalı, gölməçələrdə “üzməli” idi. “Üzür” də, amma gölməçələrdə yox, Eldar Əzizovun kölgəsində...Adamın heç “tükü də tərpənmir”. Nə hansısa kanalizasiya “lyuk”unun üstündə, nə hansısa gölməçə kənarında, nə mətbuat müstəvisində görünür, nə də bir kimsə onun adını dilə gətirmir(?)
Özünü elə aparır ki, Bakının bu problemindən sorumlu o yox mənəm, dövlətin bu istiqamətdə ayırdığı milyonları “həzmi-rabedən keçirən” də, o yox mənəm. Dövlətin milyonları demişkən, ADSEA-nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ az qala ayın hər günü tender keçirir.

Bu tenderlər necə keçirilir? Hansı şirkətlər qalib seçilir, hansı şərtlərlə əməkdaşlıq edilir? Və nəhayət, milyonlarla ölçülən xərclərin qarışılığında niyə babat yağış həyatı iflic edir? Niyə bizim vergilərimizlə formalaşan büdcə vəsaitləri kanalizasiya borularında “tıxaca düşür”? Və s.

Gəncədə yağış suları küçələri basdı – FOTO

Bu mövzuda Yenixeber.org-da məxsusi bir yazı olcaq. Ötənlərdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab Tahir Xəlilova “AMPER” MMC ilə əməkdaşlıqla bağlı bir online sorğu da, ünvanlamışıq. (Yeri gəlmişkən, məlumata görə Tahir Xəlilov da, Zaur Mikayılovun özü ilə gətidiyi kadrlardandır. İ. S.) Tərəflər arasında bu ayın 16-da Elektrik naqillərinin alınması ilə bağlı 171.686 manatlıq müqavilə imzalanıb. Nə isə, bu haqda qarşıdakı günlərdə...

Bakını necə xilas etməli?

Bu sual da, məlum problemlə paralel aktuallaşır...Təkcə yuxarıları, ekspertləri yox, elə sıradan paytaxt sakinlərini də düşündürür. Və müxtəlif fikirlər səslənir, təkliflər edilir...

Daha çox cəlbedici və əsalandırılmış təkliflər isə vahid idarəçilik mərkəzində cəmlənir. Problemləri ötür-ötür oyunundan qurtarmaq səlahiyyət, həm də məsuliyyət yolundan keçir. Paytaxtla bağlı bütün xidmət sahələri-su, kanalizasiya, qaz, işıq, nəqliyyat, yol infrastrukturu-vahid idrəçilik mərkəzində cəmlənməli və idarə edilməlidir. Təcrübə göstərir ki, bunun əksi, yəni hazırkı idarəçilik mexanizmi özünü nə doğrultmur, nə də doğruldacaq kimi görünmür. Hətta insan ölümləri ilə də müşahidə olunur...

Hökumət bu istiqamətdə iradə ortaya qoyub, vahid idarəçilik mərkəzinin mexanizmini hazırlamalı, gərəkən strukturu yaratmalıdır. Daha dəqiq desək, Meriya institutu formalaşdırılmalıdır. Komandası ilə birlikdə, təbii ki, seçki yolu ilə...

İlqar Salmanov, (Yenixeber.org)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

1-04-2025, 11:28

Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –ARAŞDIRMA GÖZLƏNİLİR

Cəmiyyət

4-04-2025, 20:00

Eldar Əzizova yeni müavin təyin olundu

Cəmiyyət

17-01-2025, 17:08

Hacı Ramazanın şirkəti 32 milyon manatlıq tenderi uddu

Cəmiyyət

10-10-2024, 00:52

Eldər Əzizovun bəlalı icra başçısı – Elgin Həbibullayev haqqında ŞOK FAKTLAR

Cəmiyyət

21-08-2024, 11:14

Eldar Əzizovdan icra başçılarına - Xəbərdarlıq

Gündəm / Cəmiyyət

20-01-2025, 11:34

Tender kralı Hacı Ramazana 32 milyonluq tender verildi

Cəmiyyət

22-10-2024, 14:58

“Bu gün axşam oturub götür-qoy etməliyik” - Bakı meri

Gündəm / Cəmiyyət

4-03-2025, 16:57

Naftalanın icra başçısı kimə güvənib, kef edir -ŞİKAYƏT

Gündəm / Cəmiyyət

28-03-2025, 11:48

GÜNAH BAŞÇIDADIR... BAŞÇI İSƏ ORTADA DEYİL... - REAKSİYA

Gündəm / Cəmiyyət

1-02-2025, 14:47

Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR

Mədəniyyət

13-08-2022, 18:29

Yazıçı Anar ona “xalq şairi” deyən icra başçısından danışdı

Cəmiyyət

4-12-2024, 12:52

Röyal Sarıməmmədova verilən vaxt daralır -Eldar Əzizov onun Pirallahıdakı işlərindən narazıdır

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 16:30
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:15
    Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!
  • Bu gün, 15:52
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Bu gün, 15:20
    “Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb
  • Bu gün, 14:59
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Bu gün, 14:53
    Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO
  • Bu gün, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Bu gün, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Bu gün, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Bu gün, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
  • Dünən, 18:03
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Dünən, 17:46
    Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı
  • Dünən, 17:27
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Dünən, 17:18
    Azərbaycan yeni mərmiatan dron istehsal edib
  • Dünən, 17:02
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Dünən, 16:47
    "Bu dəyişiklik nə vaxt baş verəcək?" - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Dünən, 15:57
    Cavid Qurbanovu tənqid edən şair ONUNLA BARIŞDI - "ARA VURANLAR" var imiş...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə