• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Media Agentliyi, yoxsa... - Əhməd İsmayılovun narazılıq yaradan "media siyasəti"

Gündəm

3-07-2022, 18:26

Möhtərəm Prezident İlham Əliyev mediada islahatlar aparılması, müasir tələblərə cavvab verə bilən medianın formalaşdırılması üçün Media Agentliyini yaratdı. Yeni agentliyin rəhbərliyinə gənc hüquqşünas Əhməd İsmayılov təyin olunanda düşündük ki, bəli, media trollardan, həsənovçulardan, siyahı üzrə aylıq ənam alanlardan, qaranlıq mənbələrdən maliyyələşdirilən trol mediasından, siyahı üzrə tədbirlərdə başda oturnalardan, siyahı üzrə səfərlərə gəzməyə aparılanlardan təmizlənəcək, mediaya yeni baxış formalaşacaq. Amma əfsuslar olsun ki, gözləntilərimiz özünü doğrultmadı. Nə yeni agentliyin, nə də onun gənc rəhbərinin mediaya baxışı Əli Həsənovun dövründəki mediaya baxışdan heç nə ilə fərqlənmədi. Əli Həsənovun siyahısına cəmi bir neçə, amma yenə də oliqarx və məmur mediası əlavə olundu, vəssalam.

MEDİA artıq xeyli vaxtdır ki, saytlara və çap mediasına maliyyə ayırır. Amma baxaq görək həmin media qurumlarını kimlər təsis edib, haradan maliyyələşir və onların ümumiyyətlə dövlətin 3000-5000 manatına ehtiyacı varmı? Əgər onlara dövlətin vəsaitini “semiçka pulu” kimi verirsinizsə başqa məsələ, yox maliyyə dəstəyidirsə, qadan alım, onların sizin maliyyə dəstəyinə ehtiyacı yoxdur. Aylıq ofis icarəsi elə 5000 manat olan media qurumu neynir sizin 3000 manatı? Maliyyə ayrılan saytlar arasında elələri var ki, kiçik bir sorğu keçirək, heç adını eşidən olmayıb, tanımırlar. Amma 10 ildən çoxdur dövlətçiliyə xidmət edən Yenilik.Az saytı hələ də kənarda qalıb. Vaxtilə qaragüruh və radikal müxalifəti təmsil etdiyinə görə tənqid etdiyimiz adamlar mövqeyini dəyişdi, kimi mandat sahibi oldu, kimisi var-dövlət, onlara münasibət dəyişdi, amma bizə qarşı olan ayrı-seçkilik Əli Həsənovun vaxtında olduğu kimi tam gücü ilə davam edir. Budurmu sizin media siyasətiniz, hörmətli MEDİA rəhbərliyi və hörmətli Əhməd İsmayılov? Bu cürmü möhtərəm Prezidentin siyasətini və tapşırıqlarını həyata keçirirsiniz? Maliyyə vəsaiti o yana qalsın, təlimləri kimin üçün keçirirsiniz? Ancaq bir qrup media qurumu üçün. Bununla bağlı cənab Prezidentə də müraciət etdim və o zaman sizinlə çalışan, indi isə artıq sabiq əməkdaşınız olan Rüstəm müəllim zəng etdi, xeyli danışdıq və iradlarımın nəzərə alınacağını bildirdi, amma hələ də MEDİA-da “köhnə hamam, köhnə tas”dır. Rüstəm müəllim də daha ordan çıxıb, əslində düz edib. Haqsızlığa şərik olmasa yaxşıdır. Çünki vaxt gələcək bu haqsızlıqları edənlər də qanun qarşısında cavab verəcəklər. İşğaldan azad olunmuş torpaqlarımıza səfər olur, ancaq bəlli qrup həmişəki kimi “harda aş var, orda baş”dır, bir neçə nəfər də kimdən ehtiyat edirlərsə, onun adını da salırlar siyahıya, aparırlar səfərə, təlim keçirilir, şəkillərə baxırsan ki, bəlkə məlum simalardan bu dəfə kimsə əskik olar, amma görürsən ki, xeyr, onsuz, ya da onun təmsilçisi olmasa tədbir olmaz, maliyyə ayrılır, baxırsan, düşünürsən ki, yox bu dəfə heç olmasa obyektivlik olar, 100 minlik maşın sürənin, milyonluq villada yaşayanın saytına da 3000 verməzlər, o pulu həqiqətən maliyyə dəstəyinə ehtiyacı olan, kabab iyinə gələnlərdən fərqli olaraq əvvəldən dövlətçiliyə xidmət edənlərin rəhbərlik etdiyi media qurumlarına ayırarlar, amma yenə də əfsus ki, siyahı məlum adlarla tamamlanır, sanki aksiomadır, kimin pulu varsa maliyyə də ona verilir.

Biz KİVDF-nin ləğv olunmasını, Ə.Həsənov-V.Səfərli cütlüyünün mediaya qarşı ayrıseçkilik siyasətinə son qoyulmasını arzulayanda belə olacağını düşünmürdük, hörmətli MEDİA və hörmətli Əhməd İsmayılov! Biz düşünürdük ki, oliqarxların, bəzi məmurların və deputatların mediası kənara çəkiləcək, əsl müstəqil mediaya yaşıl işıq yandırılacaq. Çünki onların onsuz da məmur ağası var, onlara ofis də ayırıb, aylığını da verir. Hər halda biz də bu cameənin içindəyik, yaxşı bilirik ki, kim hansı havaya, hansı qiymətə oynayır. Bir gün gələr hər şey üzə çıxacaq, onda artıq gec olacaq. Heç kimin ahını almaq olmaz. Vaxtilə Ə.Həsənov və V.Səfərli də möhtərəm Prezidentin jurnalistlər üçün tikdirdiyi evləri öz bildikləri kimi pay-püş edəndə, maliyyə vəsaitlərini kefləri istəyən kimi ayıranda, tədbirlərə də özlərinıə yaxın bildikləri adamları dəvət edəndə bizim əllərimiz göydə idi, çünki bizi yerdə eşitməyə qoymurdular, yazdıqlarımıza cavab verilmirdi, imkan verilmirdi yazdıqlarımız gedib ünvanına çatsın, bu gün də bir az fərqlidir, sizdən Prezidentə etdiyimiz şikayətlər yenə sizə göndərilir və nəticəsiz qalır. Siz yenə də bizim ahımızı almaqda belə davam edin, pulu olana pul ayırın, tədbirlərdə başda oturdun, avtobusa mindirib azad olunmuş torpaqlara aparın, ayrı-seçkilik edin, amma gün gələcək inşAllah biz sizin xəbərlərinizi heç bir ayrı-seçkilik etmədən manşetdən verəcəyik. Sağlıq olsun. //Yenilik.az//

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Maraqlı

23-06-2022, 11:31

Media Reyestri ilə bağlı layihələr Nazirlər Kabinetinə təqdim olundu — VİDEO

Siyasət

23-07-2022, 11:42

Bu Forum Azərbaycanda və xaricdə KİV-lər arasında əməkdaşlığın genişləndirilməsinə yardım edir

Cəmiyyət

22-07-2022, 14:59

Beynəlxalq Media Forumunda birinci panel keçirilib

Ölkə

8-02-2023, 01:01

Millət vəkili mediaya dəstək oldu

Siyasət

22-07-2022, 16:10

Avropa Xəbər Agentlikləri Alyansının Baş katibi Şuşada: "Media sosial media kontekstində müzakirə olunmamalıdır"

Siyasət

20-07-2022, 12:58

Prezident İlham Əliyevin jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisidir - Əhməd İsmayılov

Siyasət

23-07-2022, 15:20

"Əl-Cəzirə" Media İnstitutunun əməkdaşı: "Qürur hissi yaradacaq yerdə - Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq"

Gündəm / Siyasət

1-07-2022, 17:39

Prezidentin general rütbəsi verdiyi polislər kimdir? - SİYAHI - VİDEO

Dünya

15-07-2022, 15:43

Rusiya rus mətbuatının fəaliyyətini qadağan edən ölkələrə qarşı - Tədbir görəcək

Siyasət

22-07-2022, 14:56

Qusman Şuşada Dünya Media Forumu keçirilməsini təklif edib

Cəmiyyət

10-08-2022, 15:39

Laçından son görüntülər: Ermənilər şəhəri tərk edir-video

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 15:40
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Bu gün, 10:52
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
Dünən, 11:37
Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
Dünən, 11:22
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
2-08-2026, 12:00
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
1-08-2026, 16:36
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Xəbər lenti
  • Bu gün, 17:08
    Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
  • Bu gün, 16:54
    11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
  • Bu gün, 16:34
    Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib
  • Bu gün, 16:18
    ”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR
  • Bu gün, 15:40
    Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Bu gün, 15:22
    TƏBİB “Avromed”dən 37 milyonluq dərman alacaq
  • Bu gün, 15:03
    Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH
  • Bu gün, 14:56
    Eşqi Bağırova daha yüksək vəzifə - nazir postu verilə bilər
  • Bu gün, 14:29
    Culfaya yeni icra başçısı təyin edilib
  • Bu gün, 14:10
    "Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
  • Bu gün, 13:51
    Sabah 39 dərəcə isti olacaq
  • Bu gün, 13:29
    Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub
  • Bu gün, 13:13
    Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub
  • Bu gün, 13:05
    1-ci qrup əlil olan gənc müəlliməyə qarşı mənəvi terror: Ananın ahı və cavabsız qalan haqq-ədalət fəryadı
  • Bu gün, 12:54
    Şahbuzda zəlzələ olub
  • Bu gün, 12:19
    Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
  • Bu gün, 12:10
    UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək
  • Bu gün, 11:59
    Masallıda məmur özbaşınalığı: Yol olan ərazi necə özəl mülkiyyətə çevrildi?
  • Bu gün, 11:42
    Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb
  • Bu gün, 11:30
    ​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
  • Bu gün, 10:52
    Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
  • Bu gün, 10:44
    Xətaidə daha bir mübahisəli TİKİNTİ: Nəsrəddin Tusi küçəsində nə baş verir? - VİDEO
  • Bu gün, 10:06
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Bu gün, 09:57
    117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO
  • Bu gün, 09:41
    Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb
  • Bu gün, 09:32
    Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
  • Bu gün, 09:07
    Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək
  • Bu gün, 09:01
    İcra məmurunun “çay fərmanı”: Ya desert, ya “paşol”…
  • Bu gün, 08:47
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Bu gün, 01:00
    117 saylı bağçada “ailə idarəçiliyi” iddiaları: dövlət müəssisəsi kimlərin şəxsi qalasına çevrilib?
  • Dünən, 19:00
    Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
  • Dünən, 18:15
    Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
  • Dünən, 18:00
    Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
  • Dünən, 17:57
    Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
  • Dünən, 17:40
    Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə