• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub

Gündəm / Cəmiyyət

13-02-2025, 11:41

Azərbaycan Texniki Unversitetində elm qalıb bir yanda, rəhbərlik “oyunbazlıqla” məşğuldur...

Bu iddia Azərbaycan Texniki Unversiteti ilə bağlı Yenixeber.org-a ünvanlanan müraciətdə yer alır. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisar və düzəlişlərlə dərc edirik:

Azərbaycan Texniki Unversitetində universitetində ezamiyyətə ancaq universitet rəhbərliyi və onların öz yaxın ətrafı (rektor, özünə yaxın olan prorektorlar, dekanlar, kafedra müdirləri, şöbə müdirləri və ən çoxda “seçilmiş” kadrlar) göndərilir. İş o yerə çatıb ki, ayrı-ayrı qrant layihələri üzrə ezamiyyətə gedənlərə belə mane olmağa çalışılır, orda da öz adamlarını göndərmək istəyirlər.

Sonrada deyirlər elm niyə inkişaf etmir? Elmin inkişafı üçün bir alimi bir beynəlxalq konfransa göndərmək ıazımdır, bir xarici elm mərkəzləri, nümayəndələri ilə münasibət qursun. Ancaq yaxın adamları Universitetin pulları hesabına xaricdə guya təhsil alırlar.

Vilayət Vəliyevin moşenniklik işlərindən biri də, Unversitetin ayrı-ayrı işlərini aldadıb müxtəlif adlar altında unversitetə gətirdiyi müəyyən şəxslərə gördürüb, pulunu ödəməməsi, puldan söhbət açılmasın deyə həmin şəxslərə təzyiq göstərməsidir. Ziyalıları, alimləri yaxşı vəzifə adıyla işə dəvət edirlər, sonra ona kiçik işlərdən başlamaqla unversitetin çatışmazlıqlarını düzəltməyi tapşırırlar. İşlər yerinə yetirildikcə, azğınlaşır, daha böyük xərcli işlər tapşırılır. Sonrada, “işlərin öhdəsindən gələ bilmirsən” deyilərək, işdən azad edirlər. İnsanların “işə” cəlb olunmasında isə hətta prorektorlar, “seçilmiş” dekan və kafedra müdirləri iştirak edirlər. Tam bir qapalı “moşenniklik” sxemi qurulmuşdur. Təzyiq vasitəsi kimi, müxtəlif oyunlar“ qurur və bu çirkin oyunlara Unversitetdəki öz adamlarını cəlb edir. Odur ki, Unversitetdə təhsil, elm qalıb bir yanda, “oyunbazlıqla” məşğuldur. Bu işlərə onun çirkin əməllərinə kölə olmuş prorektorlar, dekanlar məcburən cəlb olunur. Bu adamlarında bəzisini onun rəhbər olduğu elmlər namizədi üzrə ixtisaslaşmış şuranın işi ilə, bəzilərinin fakultəsinin adını dəyişdirərək işdən xaric etməklə təhdid edərək müti vəziyyətə salmışdır. Ona görədə bu adamlar məcburiyyətdən Vilayət Vəliyevin məddahlığı ilə məşğuldurlar.

Vilayət Vəliyevin nə üçün 2024-cü ildə 117 tələbəni qovmasının səbəbini açıqlamaq əvəzinə (Bu işdə Nəqliyyat və logistika dekanı Allahverdi Şərifov və Energetika fakultəsi dekanı Hüseyqulu Quliyev xüsusi fəallıq göstərmişdir) qazilərə qarşı mənfi münasibətini bir az da inkişaf etdirərək, Energetika fakultəsi Elmi Şurasının yarısını bir qazinin imtahanda suallara cavab verə bilməməsinə (axırda bir Elmi Şura üzvü bildirib ki, qazilər lazımi yerdə -- cəbhədə öz cavablarını vermişdir), Unversitetin Fizika kafedrasının dosenti Cuməli müəllimin Vilayət Vəliyevin ədalətsiz işlərinə qarşı heç nə edə bilməyəcəyindən danışmışdır. Cuməli müəllimin əsas iradlarından biridə Vilayət Vəliyevin qızını, oğlunu, baldızını və neçə belə qohumlarını unversitetə yığması, lakin tədris-köməkçi heyətini ixtisara salmasıdır. Artıq unversitetin bütün aparıcı alimləri, kafedra müdirləri – prof. Nizami Yusifov, dos.Hikmət Əliyev, prof. Ələkbər Hüseynov hətta iclaslarda belə açıq şəkildə rektorun şərait yaratdığı biabırçı kadr axınının qarşısının alınmasının vacibliyindən danışır.



Cuməli müəllim (fizika kafedrası) bu məsələləri, unveristetin çatışmazlıqların, hərc mərcliyi, qanunsuzluğu, moşennikliyi, dələduzluğu dediyinə görə Vilayət Vəliyev onun qeyd etdiyi qanunsuzluqları “araşdırmaq” üçün bir “komissiya” düzəltdi. Komissiya elə işlədi ki, Cüməli müəllim “borclu”, “günahkar” çıxdı (50 ilin dosenti guya “laboratoriya” dərsi deyə bilmirmiş).

Vilayət Vəliyev bir alimin ard-arda ixtiraları olduğunu, qrant udduğunu bildikdə onu qiymətləndirmək əvəzinə, həmin alimin işlərini aşağılamağa, qiymətdən və həvəsdən salmağa çalışır. Özü isə, ancaq Unversitetdən gələn pulları sağa-sola dağıtmaqdan başqa bir iş görmür. Ödənişli təhsildən gələn milyonlarla pullar (1 tələbənin illik ödənişi 2000-3000 manatdır, unversitetdə ən azı 3000-4000 ödənişli əsaslarla oxuyan tələbə-magistr on milyon ətrafında vəsait alınır) hara xərclənir, necə silinir bilinmir. Bütün qanunsuzluqlara “qanuni” don geyindirmək üçün Unversitetin Elmi Şurasını “Milli Məclisə” çevirib, Əmək məcəlləsinin maddələrinə “düzəlişlər” etdirir.

Cüməli müəllim demişdi ki, necə olur bir ailənin 3 üzvü unversitetdə işləyir? Qızı kimya kafedrasının müəllimidir, ancaq iqtisadiyyat üzrə enerji ixtisaslarında magistr dissertasiyasına rəhbərlik edir. Rəhbərliyi ilə hazırlanan magistr dissertasiyası bir kurs işi səviyyəsində deyil. Hər halda bu qanunsuzluğu, Elm və Təhsil naziri Emin müəllim araşdırılmasına göstəriş verər. Yoxsa, bu elə belə davam edəcək, ildənilə saxta dissertantların sayı artacaq. Keçən il Vilayət Vəliyevin professoru olduğu, kuratorluq etdiyi, iqtisadiyyat kafedrası üzrə 200-dən çox magistr dissertasiyasının pulla işlənildiyi meydana çıxdı. Unversitet bu xəbərlə çalxalandı, ancaq o fakultədən indidə bakalavr qrupları qan ağlayır. Maraqlıdır, dərsi oldu-olmadı bütün müəllimləri unversitetə yığır, görəsən qızı da müəllimdi, o da unversitetə gəlirmi?

Guya kaferdra müdirlərini, dekanları yığıb tapşırır ki, tələbə “tapşırmaq” olmaz, müstəsna hal kimi özüm həll edəcəm, deyir. Halbuki, oğlu qapı-qapı düşüb müəllimlərə adam tapşırırdı. Ölkə rəhbərliyi həmişə bildirmişdir ki, imkanlı məmurların yaxınları özlərini təvözakar aparmalıdır. Rektorun qohumlarının bahalı maşınları unversitet həyətində, yarışlarda olduğu kimi şütüyür.

Ancaq bu hərəkətlər dağıdılan pulların adı tutulmasın, onlar haqqında fikirləşən olmasın və fikri başqa istiqamətə yönəltməkdən başqa bir şey deyil. Bu da ancaq dağıdılan vəsaitlərdən fikri yayındırmaq üçündür.

Onlarla adamı işindən gücündən edib, aldadlb Unversitetə çağırıb, sonrada, müxtəlif bəhanələrlə yolları ayırmaqdan danışır. Özbaşınalıq o qədər artıb ki, veteranlara iş gördürüb, pulunu vermir. Müxtəlif bəhanələrlə, vaxtı uzadır, çox inad edəndə, təzyiqlər göstərir.

Unversitetdə moşenniklik, özbaşınalıq, dələduzluq o qədər artıb ki, belə bir traqikomik hadisə baş verib: Bir vəzifə sahibi ziyalını Vilayət Vəliyev aldadıb, işindən gücündən edib, gətirib universitetdə vəzifə verib. Üstündən bir müddət sonra ona unversitet adına xərcli bir iş tapşırıb, deyib işi yerinə yetir nə xərc çəksən qaytaracağıq. O ziyalıda inanıb 3000-4000 xərc çəkib, işi tamamlayıb, üstündən aylar, illər keçir nəinki pulunu qaytarırlar, hələ adınada söz çıxarırlar ki, guya o ziyalını işə götürəndə o ziyalı pul söz vermişdi, pulu vermir. Bu başıbəlalı ziyalı onu unversitetə gətirən dekanla hər bu Vilayət Vəliyevin özünə münasibətindən danışanda dekan əli ilə, “jest”lə “5” göstərirmiş. Bu ziyalıda deyir bəlkə səhv başa düşür. Ancaq o, onu unversitetə gətirən prorektorun yanında olanda, baxır ki, o da əli ilə jestlə “5” göstərir. Sonra naəlac qalan bu ziyalı unversitetdə çoxdan işləyən biri ilə, bu haqda danışır, həmin şəxsdə ziyalıya vəzifələrin necə satıldığı haqqında məlumat verirlər. Bu ziyalıda 3000-4000 manatının necə batdığını və o “5”liyin də nə qədər olduğunu başa düşür. Nə qədər ziyalıda olsa, dələduzluq və moşenniklikdən başı çıxmasada bilir ki, başa düşür ki, “5”liklər qurtaran deyil lap bu gün 3000-4000 manat kimi sabah “5”liklər “6”lıq, “7”lik olacaq. Nə isə, ziyalılarında ard-arda unversitetdən kənarlaşdırılmasınında sirri belə açılır.

Unversitetdə sadalanan rəzillikləri edən rektorun, prorektorun, dekanların nə şəhidlərimizlə, nə qazilərimizlə nə də veteranlarımızla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur (bunlar o adamlardandı ki, müxtəlif çirkli əlaqələri ilə yaxınlarını müharibə alovundan kənar saxlamağı bacarıblar). Türklərin bir məsəli yada düşür: “Ölüsü ölməyənə halva şirin gələr”. Odur ki, inanırıq ki, bunların etdikləri göydə Allahın yerdə Möhtərəm Prezidentimizin nəzərindən yayınmayacaq.(Yenixeber.org)

Allah dövlətimizi, millətimizi başda Ali Komandanımız olmaqla var etsin.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

28-01-2025, 12:41

AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -korrupsiya faktları, özbaşınalıq, qohumbazlıq və s...

Gündəm / Cəmiyyət

29-01-2025, 14:19

Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...

Gündəm / Cəmiyyət

30-10-2024, 13:12

Vilayət Vəliyev rektoru olduğu ATU-ya 1 milyon manatlıq mebel alır

Cəmiyyət

29-07-2024, 16:09

Prezident onu yenidən rektor təyin etdi

Araşdırma

21-06-2022, 02:20

ADAU təhsil sistemində bir RÜŞVƏT ADASIDIR... - İTTİHAM VAR!

Təhsil

18-04-2023, 20:48

Bəşir Bağırzadə Daxilə nəzarət etmir sadəcə olaraq Zəfər Qurbanovun əmirlərini yerinə yetirir - İDDİA

Cəmiyyət / Təhsil

21-06-2023, 12:34

AzTU-nun tələbəsini intihar həddinə çatdıran rektor Vilayət Vəliyevdir?... - Xəstənin xəstə ayağı əvəzinə sağlam ayağını kəsən və bunu MEXANİKİ səhv hesab edən həkimlə rektor Vilayət Vəliyevin “qan qohumluğu”...

Təhsil

27-08-2022, 13:37

Kafedra müdiri Elm və Təhsil Nazirliyini tənqid etdi.Giley

Gündəm / Cəmiyyət

21-10-2024, 11:23

Gəncə Dövlət Universitetinin əməkdaşlarının rektora müraciəti: Cənab rektor,... fəaliyyətinizi düzəldin

Cəmiyyət

10-08-2024, 15:15

Bu abituriyentlər Türkiyə-Azərbaycan Universitetində təhsil ala bilər

Təhsil

30-09-2024, 16:34

Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - Foto

Təhsil

7-07-2024, 14:19

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN QİYABİÇİ REKTORU

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
Xəbər lenti
  • Bu gün, 18:56
    Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Bu gün, 18:39
    Türkiyə Avropanın müdafiəsinin gücləndirilməsi ilə bağlı NATO-dan güclü iradə gözləyir
  • Bu gün, 18:25
    Nərimanovda yenilik - Obyektlər sökülür? - Fotolar
  • Bu gün, 17:57
    "Türk Dünyası Həftəsi": ortaq tarixdən ortaq gələcəyə - ŞƏRH
  • Bu gün, 17:32
    Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
  • Bu gün, 17:15
    Rövşən Nəcəfin qohumu SOCAR-a aid torpağı satmaq istədi?
  • Bu gün, 16:57
    Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib
  • Bu gün, 15:40
    AFFA ilə Gənclər və İdman Naziriliyi arasında soyuq müharibə
  • Bu gün, 15:16
    İran XİN iyunun 30-da Dohada ABŞ ilə məsləhətləşmələrə dair məlumatı təkzib edib
  • Bu gün, 15:05
    Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb
  • Bu gün, 14:36
    Ərdoğan: Türkiyənin ən səmimi arzusu "Türk əsri"ni inşa etməsidir
  • Bu gün, 14:22
    ABB problemlər davam edir
  • Bu gün, 13:26
    İyunun son günündə 33 dərəcə isti gözlənilir
  • Bu gün, 13:10
    Tahir Budaqov mətbuatı saymır - Sorğular cavabsız qalır...
  • Bu gün, 12:40
    TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər
  • Bu gün, 12:17
    “Alliance Logistics” hesabatları gizlədib - Cərimələndi
  • Bu gün, 12:01
    Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək
  • Bu gün, 11:49
    Xətai rayonunda müəmmalı tikinti - Reyestrdə icazə yoxdur, ağacların məhv edildiyi iddia olunur
  • Bu gün, 11:33
    Prezident: Birinci Türkoloji Qurultayda səslənən başlıca fikirlərin süni maneələrlə qarşısı alınıb
  • Bu gün, 10:51
    Masallıda “Torpaq Terroru”: Eynulla və Soltan Cütlüyünün Qanunsuzluqlarına Kim Arxa Durur? VİDEO
  • Bu gün, 10:26
    Azərbaycanda "Türk Dünyası Həftəsi" başlayıb
  • Bu gün, 09:53
    Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var
  • Bu gün, 09:36
    Bərdədə idarəetmə böhranı: Sakinlər və İcra Hakimiyyəti üz-üzə VİDEO
  • Bu gün, 09:10
    Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Bu gün, 08:58
    TƏBİB-də "Kadr İslahatı" Maskası: Anar Bayramlı Kimləri və Niyə Ətrafına Toplayır?
  • Bu gün, 08:39
    Bakıda 7 istiqamətdə tıxac müşahidə olunur
  • Bu gün, 02:30
    Valideynlərdən Sumqayıt məktəbi ilə bağlı ciddi narazılıq: “Övladlarımızın təhsil keyfiyyəti bizi narahat edir”
  • Dünən, 16:00
    SEPAH Pezeşkianın orduya 20 milyon barel neft ayrılması barədə xəbəri təsdiqləməyib
  • Dünən, 15:00
    İsrail Livanda "Hizbullah"ın döyüşçülərinin zərərsizləşdirildiyini açıqlayıb
  • Dünən, 14:30
    İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır
  • Dünən, 14:00
    FHN silsilə maarifləndirmə tədbirlər keçirib
  • Dünən, 13:00
    Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib
  • Dünən, 12:46
    Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək
  • Dünən, 12:00
    SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
  • Dünən, 11:00
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə