Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycandan Qoşulmama Hərəkatı ilə bağlı təşəbbüs - Prezident AÇIQLADI

30.06.2022 12:11 627 1 dəq oxunur
Azərbaycandan Qoşulmama Hərəkatı ilə bağlı təşəbbüs - Prezident AÇIQLADI
“Bizim digər təşəbbüsümüz BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır. Bu təşəbbüs Qoşulmama Hərəkatının bütün üzvləri tərəfindən dəstəklənib”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib.

“Hesab edirəm ki, bunun da zamanı yetişib. Dəstək ofisinin yaradılması təşkilatımızın institusional inkişafı üçün növbəti addımdır. Bu, beynəlxalq arenada maraqlarımızı qorumaqda və ölkələrimiz arasında həmrəyliyi gücləndirməkdə mühüm rol oynayacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az