• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Çətin geosiyasi şəraitdə uğurlu xarici siyasət - Prezidentin dinamik qlobal səfər proqramı - ŞƏRH

Gündəm / Siyasət

19-07-2024, 16:55

Müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycanı Cənubi Qafqazın ən çox inkişaf etmiş ölkəsinə çevirib. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi kimi çətin geosiyasi şəraitdə uğurlu müstəqil xarici siyasət həyata keçirir.

Ölkə düşünülmüş daxili və xarici siyasət sayəsində həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.

44 günlük müharibə və 2023-cü ilin sentyabrında antiterror əməliyyatları ilə suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan fenomen dövlət statusunu qazanıb. Ötən dörd il ərzində ölkə rəhbərliyinin gərgin və yorulmaz fəaliyyəti nəticəsində xarici siyasətdə ciddi uğurlara imza atılıb. Ən ciddi uğurlardan biri, sözsüz ki, bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi barədə qəbul edilən qərardır. Belə bir mötəbər tədbirin məhz Azərbaycanda keçiriləcəyi gərgin fəaliyyətin, aparılan xarici siyasət kursunun doğru olduğunun göstəricisidir.

Çətin geosiyasi şəraitdə uğurlu xarici siyasət - Prezidentin dinamik qlobal səfər proqramı - ŞƏRH

“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı - Azərbaycanın artan nüfuzu

Elə bir beynəlxalq tədbir olmur ki, Azərbaycan ora dəvət olunmasın. Bu tədbirlərdə və müzakirələrdə iştirak isə gərgin zəhmət və fəaliyyət deməkdir. Azərbaycan Prezidenti də uğurla və layiqincə onların öhdəsindən gəlir.

Prezident İlham Əliyev tək son bir ay ərzində çoxsaylı tədbir, səfər və beynəlxalq konfranslara qatılıb, mühüm müzakirələrdə iştirak edib. Məsələn, dünyanın diqqəti son günlər Böyük Britaniyaya yönəlib. Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı keçirilib və tədbirə Prezident İlham Əliyevin dəvət olunması da ölkəmizin günbəgün artan nüfuzunun göstəricisidir.

Bu platformada Azərbaycanın iştirakı birbaşa Prezident İlham Əlyevin uğurlu və çoxşaxəli xarici siyasətinin göstəricisidir. Oksfordda qarşı tərəfin müraciətinə əsasən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə Prezident İlham Əliyevin görüşü xüsusilə yaddaqalan olub. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib. Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Səfərlə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə diqqət çəkib. Səfirliyin "X" hesabında Kral III Çarlzın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü foto paylaşılıb. Başlıq olaraq isə "Hər şeyin təzəsi, dostun köhnəsi" məsəli qeyd olunub.

Şübhəsiz ki, qeyd olunan ifadə Azərbaycan-Britaniya əməkdaşlığının göstəricisidir.

Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edən Prezident bəyan edib ki, Azərbaycan Avropanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını hədəf götürüb və buna doğru irəliləyir.

Astana görüşü - strateji tərəfdaşlığın yüksələn səviyyəsi

Prezident İlham Əliyev Britaniyadan əvvəl daha bir mötəbər beynəlxalq tədbirə - Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammitinə qatılıb. Sammit çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul edilib.

Astanada Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında keçirilən üçtərəfli görüş isə üç ölkə arasında strateji tərəfdaşlığın yüksələn səviyyəsini nümayiş etdirib. Ümumiyyətlə, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Mərkəzi Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuzunun göstəricisidir.

Azərbaycanın belə mötəbər təşkilatın sammitinə ikinci dəfə dəvət olunması da xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir.

Prezident İlham Əliyev sammit çərçivəsində təşkilata üzv olan bir sıra ölkələrin liderləri ilə də görüşüb. Bu baxımdan, dövlətimizin başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü xüsusi vurğulanmalıdır. Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır.

“Bizim başqa ailəmiz yoxdur. Bizim ailə Türk dünyasıdır”

Türk dövlətləri ilə əməkdaşlığın strateji səviyyəyə yüksəlməsində də İlham Əliyevin əvəzsiz rolu var. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailə Türk dünyasıdır”. Prezident İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirdiyi bu fikirlər ölkəmizin geniş coğrafiyaya malik Türk dünyasının birliyinin möhkəmləndirilməsinə və inkişafına verdiyi önəmi nümayiş etdirir.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin başçıları isə ilk dəfə may ayında qeyri-rəsmi Zirvə toplantısına toplaşdılar. Təkcə rəsmi deyil, həm də qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi türk ölkələri arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edən amil kimi qiymətləndirilməlidir. Əminliklə demək olar ki, Şuşa Sammiti Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın və inteqrasiyanın daha da gücləndirilməsi, həmçinin bu ölkələri əhatə edən mühüm məsələlərin müzakirəsi üçün mühüm platformaya çevriləcək.

Sammitin yekununda imzalanan Qarabağ Bəyannaməsi isə TDT-nin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Prinsipcə, son 10 ildə türk inteqrasiyasının inkişafının əsas məqamları Azərbaycanla bağlı olub. Beləliklə, indi Şuşada keçirilən TDT-nin Zirvə görüşünün qeyri-rəsmi xarakter daşımasına baxmayaraq, bu bəyannamənin imzalanması türk inteqrasiyasının gələcək inkişafı üçün ciddi istiqamətləri müəyyən edə bilər. Bu, xüsusilə, maliyyə, nəqliyyat, iqtisadi, müdafiə, sənaye, humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa şamil olunur.

İranla normallaşan münasibətlər

Uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Ermənistan xaric, bütün ölkələrlə münasibətlər normalaşıb, hətta strateji önəm alıb. Bu sırada aparılmış danışıqlar nəticəsində İrandakı Azərbaycanın səfirliyi fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəviyə yüksəlir. Nəticədə Azərbaycan yalnız regionda deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb.

Qeyd edilən fakt və təhlillərə əsaslanaraq əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin müdrik dövlət başçısı kimi yüksək diplomatik istedadı və milli maraqlara əsaslanan xarici siyasəti sayəsində Azərbaycanın müasir tarixinin yeni və şərəfli dövrü yazılır.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

8-04-2023, 01:37

Sevinc Fətəliyeva: Yeni reallıqlar Azərbaycanın daha böyük uğurlar əldə etməsinə hədəflənib

Cəmiyyət

11-04-2023, 19:15

Sədaqət Vəliyeva: Əsrə bərabər 5 il

Gündəm / Siyasət

19-10-2023, 12:10

“Son 20 il Azərbaycanın dövlətçilik tarixinə hərtərəfli inkişaf dövrü kimi daxil olub” - ŞƏRH FOTO

Cəmiyyət

16-12-2023, 19:27

Forum mühüm problemlərin həllinə töhfə verəcək

Siyasət

11-04-2023, 00:11

Azərbaycan-Tacikistan münasibətlərində yeni inkşaf mərhələsi

Ölkə

2-12-2023, 10:07

Möhkəm bünövrə

Siyasət

26-04-2023, 20:04

Azərbaycan Ümummilli liderin gərgin əməyi sayəsində inkişaf etmişdir

Siyasət

14-05-2024, 14:01

Prezident: Azərbaycan öz milli maraqları əsasında siyasət həyata keçirir

Cəmiyyət

25-04-2024, 14:27

Azərbaycan – Rusiya münasibətləri faydalı əməkdaşlığa əsaslanır

Siyasət

1-05-2024, 19:05

Azərbaycan–Rusiya münasibətləri faydalı əməkdaşlığa əsaslanır

Cəmiyyət

19-10-2023, 19:14

Azərbaycan xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir

Gündəm / Dünya

6-06-2024, 17:27

Prezident və nazir Ermənistan-Azərbaycan danışıqlarını müzakirə edib

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Xəbər lenti
  • Dünən, 19:06
    Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var
  • Dünən, 18:54
    Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
  • Dünən, 18:33
    Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək
  • Dünən, 18:18
    SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
  • Dünən, 18:02
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:46
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Dünən, 17:37
    Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
  • Dünən, 17:30
    Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
  • Dünən, 16:19
    Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 16:09
    Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -Bir mənbədən satınalma metodunun tətbiqi ilə(?)!
  • Dünən, 15:46
    Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
  • Dünən, 15:33
    Elşən Salahov əslində kimi cəzalandırmalı idi – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
  • Dünən, 15:21
    Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Dünən, 15:02
    Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
  • Dünən, 14:47
    Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
  • Dünən, 14:27
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • Dünən, 12:06
    Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar
  • Dünən, 11:39
    Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
  • Dünən, 11:32
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Dünən, 11:22
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • Dünən, 11:11
    “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
  • Dünən, 10:47
    Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"
  • Dünən, 10:31
    Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
  • Dünən, 09:45
    BƏƏ Prezidentinin müşaviri Körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb
  • Dünən, 09:33
    Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 09:06
    Biləsuvarda toyda bıçaqlanma olub
  • Dünən, 08:59
    1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
  • Dünən, 08:37
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 11-10-2026, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • 11-10-2026, 17:00
    Allahşükür Paşazadə niyə SUSUR?
  • 11-10-2026, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • 11-10-2026, 15:42
    Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
  • 11-10-2026, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • 11-10-2026, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
  • 11-10-2026, 13:30
    NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə