• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Mövlam Şıxəliyevə qarşı daha bir mülki iddia təmin edildi

Gündəm

3-11-2023, 10:53

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub -E.M) həbsdə olan generalı, uzun müddət nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevə qarşı 123 min dollarlıq iddia qaldırılıb. İddiaçı vaxtilə MTN-də həbsdə saxlanmış, hazırda baxılan işdə zərərçəkmiş kimi tanınanlardan biri - Ələddin Əliyevdir.

Musavat.com xəbər verir ki, Ələddin Əliyev 2013-cü ilin yanvarında brilyant daşları qaçaqmalçılıqla ölkəyə gətirməkdə ittiham edilərək həbs olunub. MTN-in istintaq təcridxanasında saxlanılan sahibkar 1 ay sonra buraxılıb. O iddia edir ki, azadlığa çıxmasından ötrü 106 min dollar pulunu alıblar. Öncə MTN-in binası yaxınlığında 2 dəfəyə olmaqla 100 min dollar pul verib.

Zərərçəkmişin sözlərinə görə, sonradan ondan tələb edilən məbləği 110 minə qaldırıblar və ondan daha 10 min dollar istəyiblər. Ancaq son nəticədə aparıb Bakı Əyləncə Mərkəzində 6 min dollar da verib.

Ələddin Əliyev deyir ki, ona qarşı qaçaqmalçılıq ittihamı saxta idi, həbsə atılmasında məqsəd pulunu almaq olub. O iddia edir ki, üstəlik, 17 min dollarlıq brilyant daşlarını da götürüblər.

“Orada baş verənlər Mövlam Şıxəliyevin göstərişi ilə həyata keçirilirdi. Onun hər şeydən xəbəri vardı”, - bunu söyləyən iddiaçı keçmiş MTN generalından ona dəymiş ziyanın ödənilməsini, 123 min dollarının geri qaytarılmasını tələb edir.

Sabiq MTN generalı isə bununla razılaşmır və həbsdən göndərdiyi ərizədə göstərib ki, bu adamı nə tanıyıb, nə də onun həbsinə, yaxud azadlığa buraxılmasına göstəriş verib.

Mövlam Şıxəliyev əlavə edib ki, onun haqqında Bakı Hərbi Məhkəməsində çıxarılmış hökmü qanunsuz sayır və bu barədə Ali Məhkəməyə şikayət verib.

Məhkəmə oktyabrın 28-də Ələddin Əliyevin iddiasının 106 min dollarlıq hissəsini təmin edib. Belə nəticəyə gəlinib ki, o, 17 min dollarlıq brilyant daşlarla bağlı hissəni sübuta yetirməyib. Keçmiş MTN vəzifəlilərinə verildiyi iddia olunan 106 min dollara gəlincə, bu, Bakı Hərbi Məhkəməsinin hökmü ilə də təsdiqlənib. Beləliklə, keçmiş MTN generalının üzərinə zərərçəkmiş Ələddin Əliyevə 106 min dollar təzminat ödəmək öhdəliyi qoyulub. Mövlam Şıxəliyevin işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslər də ona qarşı mülki qaydada iddia qaldırıblar. Onlar Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan daha 3 nəfər keçmiş MTN polkovnikinin işinə baxılan zaman da zərərçəkənlərin bir qismi dəymiş ziyanın ödənilməsi tələbi ilə mülki iddia qaldırmışdılar.

Hazırda mülki iddiası təmin edilən Ələddin Əliyev və digər zərərçəkənlər məhkəmənin gedişində mülki iddia təqdim etməmişdilər. Məhkəmə yekunlaşandan sonra isə onlar bu hüquqlarından istifadə ediblər.

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Onunla mühakimə olunan 3 nəfər keçmiş MTN polkovniki ötən il sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunarkən, məhkəmə zalında həbs edilib. Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov 8 il azadlıqdan məhrum ediliblər.

Məhkəmə Mövlam Şıxəliyevin general-mayor, digərlərinin də rütbə və təltiflərinin alınmasına da qərar verib. Bu il iyulun 24-də prezidentin sərəncamıyla onların rütbələri, bir sıra orden və medalları (“Vətənə xidmətə görə”, “Vətən uğrunda” və s.) alınıb.

Cinayət işində toplam 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmir və deyirlər ki, MTN-də bu işləri özbaşına edə bilməzdilər, axı istintaqa prosessual nəzarət orqanı – prokurorluq var. M.Şıxəliyev və digərləri bildiriblər ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı Baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxsin barəsində həbs qətimkan tədbiri seçmək üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır.

Onların sözlərinə görə, əgər ortada kiminsə qanunsuz həbsi varsa, buna görə prokurorluq, həbs qətimkan tədbiri seçən məhkəmə, saxta rəy verən ekspertiza da məsuliyyət daşımalıdır.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

12-08-2023, 12:57

Hərbi Əks-Kəşfiyyatın zabiti adamları necə aldadıb?

Cəmiyyət

26-08-2022, 16:09

General və ailəsinin əmlakı müsadirə olunacaqmı? - Zərərçəkənlər şübhə edir

Cəmiyyət

24-01-2023, 00:53

Generalla polkovnikin dalaşdığı təsdiqləndi (DETALLAR)

Gündəm / Olay

23-06-2023, 11:25

Eldar Mahmudovun kabinetində itən 2 qızıl keçi - sensasion təfərrüat

Kriminal

18-10-2023, 12:11

Sabiq MTN generalının işi üzrə məhkəmə başlayıb

Araşdırma

27-10-2023, 11:32

Mövlam Şıxəliyev niyə Kürdəxanı təcridxanasına getmək istəmir?

Cəmiyyət

18-02-2023, 00:22

Videosu yayılan qadın işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb - 192 min istəyir

Araşdırma / Olay

18-07-2023, 19:33

Generalın qanunsuz həbs etdiyi şəxslərin məhkəməsi başlayır - GƏLİŞMƏ

Gündəm

29-06-2022, 12:00

MTN generalının məhkəməsi niyə 1 ay təxirə salındı?

Gündəm / Olay

17-06-2023, 18:23

Baş milli “münəccim” Natiq Cavadov mənə 500 min dollar atıb – VİDEO

Gündəm / Araşdırma

2-11-2023, 18:31

"MTN işi" Ali Məhkəmədə dalana dirənib - Mövlam Şıxəliyev şərtini geri götürmür

Şou-biznes

3-08-2022, 19:02

Aktrisa 50 milyon dollar itirdi

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Dünən, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
Xəbər lenti
  • Bu gün, 13:00
    Türkiyə XİN Azərbaycanı təbrik edib
  • Bu gün, 12:30
    Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • Bu gün, 12:00
    Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
  • Bu gün, 11:00
    Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
  • Bu gün, 10:30
    Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
  • Bu gün, 10:14
    Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
  • Dünən, 19:00
    Fransada etiraz aksiyaları davam edir
  • Dünən, 18:30
    Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
  • Dünən, 18:00
    Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
  • Dünən, 17:30
    Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
  • Dünən, 17:00
    İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
  • Dünən, 16:36
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • Dünən, 16:12
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • Dünən, 16:00
    Mark Markes: 68 dərəcədə fizikaya meydan oxuyaraq
  • Dünən, 14:42
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • Dünən, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • Dünən, 14:17
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • Dünən, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • Dünən, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • Dünən, 13:08
    Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • Dünən, 12:39
    Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
  • Dünən, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • Dünən, 11:32
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Dünən, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • Dünən, 10:54
    Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
  • Dünən, 10:29
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • Dünən, 09:52
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • Dünən, 09:35
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • Dünən, 09:23
    Füzuli şəhərinə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • 16-10-2026, 19:00
    Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq
  • 16-10-2026, 18:30
    Bakı-Quba yolunda qəza olub, ölən var
  • 16-10-2026, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • 16-10-2026, 18:07
    Ukraynada keşiş 3 nəfəri güllələyib
  • 16-10-2026, 17:30
    Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə