Sizin reklam burada 728×90
Son dəqiqə

HƏMAS-ın qaçırdığı qızlardan biri ölüb: Anası təsdiqlədi

30.10.2023 16:36 423 1 dəq oxunur
HƏMAS-ın qaçırdığı qızlardan biri ölüb: Anası təsdiqlədi
İsraildə HƏMAS radikalları tərəfindən qaçırılan tələbə Şani Lukun anası qızının ölümünü təsdiqləyib.

“Təəssüf ki, dünən qızımın artıq həyatda olmadığı barədə xəbər aldıq”, - deyə Rikarda Luk RTL və NTV telekanallarına bildirib.

Lakin qızın ölümü ilə bağlı hələ rəsmi məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl qaçırılan 22 yaşlı almaniyalı Şani Lukun sosial şəbəkələrdə fotoları yayılmış, ZDF telekanalı isə öz mənbələrinə istinadən oktyabrın 10-da onun öldüyünü bildirmişdi. Lakin qızın anası onun sağ olduğunu, vəziyyətinin ağır olduğunu iddia edirdi.
Həmçinin məlum olub ki, Almaniya Baş Prokurorluğu qətllər və girov götürülməsi ilə bağlı HƏMAS-a qarşı araşdırmalara başlayıb.
(Mənbə: TASS)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az