Sizin reklam burada 728×90
Son dəqiqə

Ermənistan tankçılarının “drift” eşqi: Yekəxanalıq edərkən rüsvay oldular

20.08.2022 12:55 497 1 dəq oxunur
Ermənistan tankçılarının “drift” eşqi: Yekəxanalıq edərkən rüsvay oldular
Ermənistan ordusunun qalıqlarının "əzələ nümayişi" onlara baha başa gəlib.

bakunews.az oxu.az-a istinadən bildirir ki, Rusiyada keçirilən "Beynəlxalq Ordu Oyunları-2022" yarışlarında iştirak edən Ermənistan tankçıları nədənsə yekəxanalıq etmək eşqinə düşüblər.

Bunun üçün isə erməni tankçıların ağlına gələn ilk şey idarə etdikləri texnika ilə "drift" etmək olub. Yəqin ki, erməni tankçılar bununla öz "bacarıq" və "qabiliyyət"lərini nümayiş etdirəcəklərinə inanıblar. Lakin yekunda tank aşmaqdan son anda qurtulub.

Bu işdə erməni hərbçilərin "peşəkarlığı" böyük rol oynayıb. Sözsüz ki, ortaya çıxan mənzərə kapitulyant ordunun texnikasının sınıq-salxaq vəziyyətini də ortaya qoyub.

Yekəxanalıq eşqinə düşən erməni hərbçilər tankın "drift" etdiyi yerdə dayanıb hərəkətsiz qalması ilə biabır olublar. Bundan sonra isə "şoumen tankçılar" kömək çağırmalı olublar.

Tankla "drift" şou nümayiş etdirə biləcəklərinə inanacaq qədər "sadəlövh" olan erməni hərbçilər yekunda öz tanklarını meydandan digər bir texnikanın köməyi ilə dartıb çıxarmalı olublar.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az