Sizin reklam burada 728×90
Son dəqiqə

İstanbulda qorxulu görüntü: Gənələr binaya “hücum etdilər” - FOTO

20.08.2022 12:30 524 1 dəq oxunur
İstanbulda qorxulu görüntü: Gənələr binaya “hücum etdilər” - FOTO
Türkiyənin İstanbul şəhərinin Arnavutköy məhəlləsində yaşayış binasını gənə basıb.

bakunews.az oxu.az-a istinadən xəbər verir ki, gənələr əvvəl binanın bayır divarlarında görünməyə başlayıb. Sonra isə mənzillərin içərisinə daxil olub. Nəticədə bina yüzlərlə gənə ilə əhatə olunub.

Bina sakinləri qorxaraq özlərini çölə atıblar.

Aralarında azyaşlı uşaqların da olduğu 13 nəfərin yaşadığı binanın sakinləri bu haldan panikaya düşüblər. Onlar gənələrin haradan gəldiyini, kiminsə atıb-atmadığını bilmədiklərini deyiblər.

Sakinlərdən biri ərazidə çoxlu heyvanların olduğunu və gənələrin heyvanlardan da qaynaqlana biləcəyini qeyd edib.

bakunews.az


Məqaləyə dair fotomateriallar:

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az