Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiyada dəmir yolu xətti partladıldı – Şok olay

16.08.2022 20:14 532 1 dəq oxunur
Rusiyada dəmir yolu xətti partladıldı – Şok olay
Rusiyanın Kursk vilayətində dəmir yolu xətti partladılıb.

bakunews.az
teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Partlayışdan sonra əraziyə polis və ixtisaslaşmış mütəxəssislər cəlb olunub. Məlum olub ki, naməlum şəxslər relslərin altına təxminən 200 qram ağırlığında partlayıcı qurğu yerləşdiriblər. Bu, xətti sıradan çıxarmağa bəs edib.

2014-cü ildən bu marşrut üzrə sərnişin qatarları hərəkət etməsə də, yük qatarları üçün istifadə olunur.

Rusiya təhlükəsizlik orqanlarının əməkdaşları ətraf kəndlərin sakinlərini dindiriblər, amma heç kim şübhəli heç nə görməyib.

Partlayışla bağlı şahid tapmaq mümkün olmayıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az