Sizin reklam burada 728×90
Son dəqiqə

Ələt-Astara magistralında yük avtomobili yanıb, yol müvəqqəti bağlanıb - FOTO

08.08.2022 21:50 614 1 dəq oxunur
Ələt-Astara magistralında yük avtomobili yanıb, yol müvəqqəti bağlanıb - FOTO
Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində yük avtomobili yanıb.

bakunews.az report-a istinadən bildirir ki, yanğın magistralın 84-cü km-də qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Anar Hüseynovun idarə etdiyi "QAZel markalı yük avtomobili qəflətən alışıb. Yanğın hadisə yerinə cəlb olunan Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və iki texnikası tərəfindən söndürülüb.

Yanğın nəticəsində yol bir müddət bağlı qalıb.

Faktla bağlı araşdırma aparılır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az