Sizin reklam burada 728×90
Son dəqiqə

Baş nazir: İsrailin Tramp qədər yaxşı dostu olmayıb

19.06.2025 17:37 274 1 dəq oxunur
Baş nazir: İsrailin Tramp qədər yaxşı dostu olmayıb
İsrailin heç vaxt Trampdan daha yaxşı dostu olmayıb və onun hər bir qərarını qiymətləndirir.

Bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

İranın vurulmasında ABŞ-nin mümkün iştirakından danışan Netanyahu qeyd edib ki, bu, Donald Trampdan asılıdır: "O, oyun qaydalarını bilir".

O vurğulayıb ki, hər bir müharibə qurbanlar tələb edir: "Oğlum hətta toyu ləğv etdi".

Baş nazir həmçinin bəyan edib ki, "İran rejiminin devrilməsi xalqından asılıdır, lakin İsrail onlara bunda kömək edəcək şərait yaradır".
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az