Sizin reklam burada 728×90
Son dəqiqə

“İranın əlində Amerika qanı var” - Harris

08.10.2024 09:08 407 1 dəq oxunur
“İranın əlində Amerika qanı var” - Harris
“İran dünyanın bütün ölkələri arasında ABŞ-nin əsas düşmənidir”.

Bunu Amerikanın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CBS telekanalına müsahibəsində açıqlayıb.

“İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”, - Harris deyib.

O, ABŞ-nin İranın nüvə silahı istehsal etdiyinə dair sübutlar tapacağı təqdirdə, hərbi əməliyyatlara əl atılacağı ilə bağlı sualları cavablandırmayıb.

Bundan başqa, vitse-prezident Kiyevdən olan nümayəndələrin iştirakı olmadan Rusiya dövlət başçısı Vladimir Putinlə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcəyini bildirib.

“Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə görüşərsinizmi” sualına o, belə cavab verib: “Ukraynasız ikitərəfli əsasda yox. Kiyev ölkənin gələcəyi ilə bağlı söz sahibi olmalıdır”.

Harris Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək barədə suala dəqiq cavab verməyib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az