Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya ilə Ukrayna arasında uşaqlarla bağlı danışıqlar aparıldı

24.04.2024 21:31 532 1 dəq oxunur
Rusiya ilə Ukrayna arasında uşaqlarla bağlı danışıqlar aparıldı
Rusiya ilə Ukrayna arasında uşaqlarla bağlı danışıqlar aparılıb.

Bu barədə Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, Qətərin paytaxtı Dohada uşaqların ailələrinə qovuşması ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar baş tutub.

“Danışıqlar nəticəsində Ukraynada ailəsinə qovuşması lazım olan 29, Rusiyada isə ailəsinə qovuşması lazım olan 19 uşağın siyahıları müəyyən edilib”, - o bildirib.

Qətər tərəfinin bu siyahıları qeydə aldığını deyən Lvova-Belova, il ərzində Qətərin vasitəçiliyi ilə ümumilikdə 33 uşağın ailələrinə qovuşduğunu qeyd edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az