• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq genişlənir - FOTOLAR

Cəmiyyət / Olay

15-09-2023, 12:44

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir. Səfərin ilk günü İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının iqtisadiyyat və ticarət üzrə məsul nazirlərinin 12-ci görüşü keçirilib.Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat nazirlərin 12-ci görüşünün iştirakçılarını salamlayaraq iclasın işinə uğurlar arzulayıb. Görüşdə çıxış edən İqtisadiyyat nazirinin birinci müavini türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu qurumların, xüsusilə Türk Dövlətləri Təşkilatının mühüm rolunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın quruma üzv olan ölkələrlə tərəfdaşlığı digər sferalarda olduğu kimi, iqtisadi-ticarət sahəsində də genişlənir. Bununla belə, son dövrlərdə nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə də əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması,
rəqəmsal ticarət, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüslərdir.
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev, Özbəkistan Respublikasının gənclər siyasəti və idman nazir Adham İkramov, Qazaxıstan Respublikasının Milli iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, Qırğızıstan Respublikasının iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və energetika naziri Olqun Amcaoğlu çıxışlarında geniş bir coğrafiyada əhatə olunan, böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və bir çox imkanlara malik Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr tərəfindən milli maraqlar nəzərə alınaraq qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan tərəfdaşlığın daha da inkişaf
etdirilməsi istiqamətində fikirlər səsləndiriblər.
Həmin gün İstanbulda Türk Dünyası Biznes Forumu keçirilib. İqtisadiyyat nazirinin birinci müavini Forumda çıxış edərək qloballaşan dünyada baş verən
çağırışların həllində türk dövlətlərinin birgə fəaliyyətinin önəmini vurğulayıb. Bildirilib ki, enerji sektorunda birgə təşəbbüslər regional və qlobal enerji mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırıb. Bu birgə səylər təkcə iştirakçı dövlətlərin enerji təhlükəsizliyini artırmaqla yanaşı, həm də Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmağa xidmət edir. Qeyd edilib ki, Türk dövlətləri tərəfindən həyata keçirilən əməkdaşlıq və birgə investisiyalar regionun nəqliyyat və ticarət dinamikasına fəal təsir edir və bu kontekstdə Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyi şübhəsizdir.
Təşkilata üzv ölkələrin ticarət və investisiyalar, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və s. kimi sahələrdə tərəfdaşlığı dərinləşdirməsi üçün böyük potensial mövcuddur. Türk İnvestisiya Fondunun yaradılması qarşılıqlı layihələrin maliyyələşdirilməsi və üzv ölkələr arasında gələcək əməkdaşlığın gücləndirilməsi üçün mühüm perspektivlər vəd edir.Biznes forumda çıxış edən Türkiyə Ticarət Palatası və Birjaları Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) prezident Məmməd Musayev, Qazaxıstan Respublikası Milli Sahibkarlar Palatasının (ATAMEKEN) sədri Raimbek Batalov, Qırğız Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariev, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının sədri, gənclər siyasəti və idman naziri Adham İkramov, Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Parraq Laslo, Türkmənistan Ticarət və Sənaye Palatasının sədri Merqen Qurdov, Kipr Türk Palatasının sədri Turqay Deniz və Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amrayev təşkilatda təmsil olunan ölkələr arasında çoxtərəfli əməkdaşlıq əlaqələriinin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, indiyədək birliyə üzv dövlətlərin müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Bütün bunlar quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələrinin təqdim edilməsi, o cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlar arasında işgüzar əlaqələrin dərinləşməsi üçün mühüm əhəmiyyət daşıyır.
Forum işgüzar dairələrin iştirakı ilə keçirilən ikitərəfli (b2b) görüşlərlə davam edib.







Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

17-09-2022, 19:05

Yeni təşəbbüslər Türk dövlətləri arasında əməkdaşlığı genişləndirir

İqtisadiyyat

17-12-2022, 07:21

İqtisadiyyat naziri Mikayıl Cabbarov TDT-nin Baş katibi ilə görüşüb

Dünya

2-08-2022, 14:40

Çavuşoğlu: “Türk Dövlətləri Təşkilatının sammiti Səmərqənddə keçiriləcək”

Gündəm

3-07-2022, 15:16

Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir

Gündəm / İqtisadiyyat

24-12-2022, 22:54

Özbəkistanla iqtisadi əməkdaşlığın inkişafı üçün böyük imkanlar var

İqtisadiyyat

24-08-2022, 16:30

Şuşada Qarabağ Biznes Forumu keçiriləcək

Siyasət

11-08-2022, 16:00

Oktyabrda Azərbaycanda Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcək

Gündəm / Siyasət

7-09-2023, 10:28

Prezident İlham Əliyev türkiyəli nazirləri qəbul edib

Siyasət

7-09-2023, 17:43

Azərbaycan Prezidenti: “Son illər bütün üzv və müşahidəçi ölkələr tərəfindən TDT-yə böyük dəstək göstərilir”

İqtisadiyyat

20-08-2023, 01:39

İqtisadiyyat Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat

17-05-2023, 20:54

Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri ilə görüş keçirilib - FOTO

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
13-08-2026, 09:41
Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
11-08-2026, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
10-08-2026, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
10-08-2026, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Xəbər lenti
  • Dünən, 23:44
    Şeyxülislam Allahşükür Paşazadənin adını kim və nə üçün hallandırır?
  • Dünən, 19:01
    Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
  • Dünən, 18:53
    Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: - Şirin Mirzəyev 68A və 76A arasında tikiliyə icazə necə verilib?
  • Dünən, 18:32
    Məhərrəmlik başa çatdı - Toylar başladı
  • Dünən, 18:09
    Tramp Ankarada sui-qəsddən necə xilas olub?
  • Dünən, 17:40
    Azərbaycandan tranzit keçməklə Ermənistana daha 420 ton buğda göndərildi
  • Dünən, 17:19
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:03
    Evləri yandı, qəzalı binaya sığındılar: “Uşağı işə aparıram ki, ilan vurmasın”
  • Dünən, 16:42
    Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
  • Dünən, 16:36
    Biləcəri qəsəbəsində qanunsuz inşaat işi – İcazəni Elxan Allahverdiyev verib
  • Dünən, 16:06
    TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB
  • Dünən, 15:46
    “Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... - İcazə verin, şübhələnək...
  • Dünən, 15:08
    ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...
  • Dünən, 14:36
    Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb
  • Dünən, 14:22
    Binəqədidə Ağsaray şadlıq sarayının yaxınlığında söküntü: Rəsmi qurumlar niyə susur?/VİDEO
  • Dünən, 13:18
    Sabah 37 dərəcə isti olacaq
  • Dünən, 13:00
    Pilləsiz tikiliyə sənəd verildi: Şəhərsalma və Arxitektura Komitəsinin qərarı sakinlərin narazılığına səbəb oldu (FOTO)
  • Dünən, 11:36
    Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq
  • Dünən, 11:25
    "Qızılbaş Group" MMC-nin vergi borcu var
  • Dünən, 11:10
    9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub
  • Dünən, 10:58
    FUAD İBRAHİMOV VƏ ORXAN ƏLİZADƏNİN ÇİRKİN MÜLKİYYƏT TƏLƏSİ: Vətəndaşın Mülkünü Zorla Əlindən Almaq İstəyən Məmurlar
  • Dünən, 10:46
    Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var
  • Dünən, 10:40
    "Öz pulumu bu günə qədər geri ala bilmirəm" - GİLEY
  • Dünən, 09:53
    Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb
  • Dünən, 09:44
    Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
  • Dünən, 09:30
    Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub
  • Dünən, 09:22
    Tovuz MMTİB-dən yaşıllaşdırma işləri üzrə 35 minlik satınalma
  • Dünən, 09:10
    Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir
  • Dünən, 09:04
    Deputat QHT-si getdi, məmur QHT-si gəldi:qrant islahatının yeni modeli
  • Dünən, 08:47
    Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb
  • 13-08-2026, 19:09
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • 13-08-2026, 19:01
    Sabiq baş direktorun həkim Ramil Abdullayevla bağlı işi yenidən araşdırılacaq
  • 13-08-2026, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
  • 13-08-2026, 18:12
    Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı - Ərazini alan sahibkar kimdir? - VİDEO
  • 13-08-2026, 17:55
    Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə