• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Kasıb da itinin adını Gümüş qoyur... - Keçmiş "Narxoz"da dəyişən təkcə adıdır...

Cəmiyyət / Təhsil

15-08-2023, 11:30

Ədalət(siz) Muradov universitetə gəlməyən Qubad İbadoğlunu, sabiq nazir Əvəz Ələkbərovu necə baş müəllim təyin edib..? Ədalət Muradovun tərcümeyi-halında belə bir cümlə var: Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib. Yəni 10 ilə yaxındır ki, ADİU-nun rektorudur.
Əlbəttə, Prezidentin sərəncamı müzakirə olunmur. Amma yeri gələndə Prezident özü də təyin etdiyi kadrlara iradlarını bildirir, hətta o kadrlar içərisində icra başçıları, nazirlər var ki, hazırda həbsxana həyatı yaşayır. Və Ədalət Muradov da istisna deyil.
10 ildir rektor olan Ədalət Muradov ADİU-nun ancaq adını dəyişib, UNEC qoya bilib, qalan sahələrdə böhran dərinləşməkdə davam edir. Ədalət Muradov, guya, islahatçı adı altında 10 ildə universitetdə ancaq yarıtmaz idarəçi kimi ad çıxara bildi. Yarıtmaz idarəçilik isə istər-istəməz o boyda universitet kollektivi arasında gərginlik yaradır.
Tanınmış iqtisadçı alim, sabiq millət vəkili Əli Əlirzayev haqlı olaraq Ədalət Muradova qarşı AĞIR İTTİHAMLAR səsləndirir: “1987-ci ildən Heydər Əliyevin yolundayam, addım-addım onun arxası ilə gedib yanında olmuşam, 20 il YAP-ın Siyasi Şurasının üzvü olmuşam, Milli Məclisin deputatı seçilmişəm, Əməkdar elm xadimi adını mənə Heydər Əliyev verib.
Cənab Prezident İlham Əliyev Türkiyədən Naxçıvana gələndə Heydər Əliyevin yanında onunla görüşmüşəm, indi də onun siyasətini dəstəkləyirəm. Yaxşı, bəs indiki bu Ədalət kimi “qəhrəmanlar” o vaxt harada idilər?”
Tanınmış alim Ədalət Muradovun təcrübəli alimləri uzaqlaşdırıb dost-tanışını vəzifələrə doldurmasına kəskin etiraz edir: “Təcrübəli kafedra müdirlərinin yerinə ciddi elmi tədqiqat aparmayan, özlərini hələ doğrultmayan, təsdiq etməyən elmlər namizədləri təyin edilir”. Ədalət Muradov rektor təyin olunandan sonra imtahanların qiymətinin dəfələrlə bahalaşması haqqında az qala bütün ölkə mətbuatı danışır, tələbələr açıq şəkildə deyirlər.
Məlumdur ki, Ədalət Muradov yüksək çinli məmurları universitetdə baş müəllim kimi işə qəbul edib, həmin şəxslər həm universitetdən, həm də məmur kimi dövlətdən maaş alıblar. Bu ciddi korrupsiya əməlidir. Və Ədalət Muradov bunu istintaqdan gizlədib. Bu hələ harasıdır..?
Rektor Ədalət Muradov partiya sədri, ölkəmizin əleyhinə xarici ölkələrdə əks təbliğat aparan, müxalifətçi Qubad İbadoğlunu universitetə neçə ildir ki, baş müəllim təyin edib. Hansı ki, Qubad İbadoğlu aylarla, illərlə ölkədən kənarda olur. Və bu yaxınlarda Qubad İbadoğlu türk düşməni Fətullah Gülənin tərəfdarı kimi ( saxta pul kəsmək ) ittihamı ilə həbs olundu. İndi istintaq niyə Ədalət Muradovu çağırıb soruşmur ki, ay Ədalət(siz), sən dövlətin pullarını niyə boş yerə xərcləyirdin...
Tam əminliklə demək olar ki, Ədalət Muradov özü də FETÖ haqqında düşünüb. Hələ bu harasıdır..? Universitetin 30-40 il iş təcrübəsi olan müəllimləri Prezidentə yazır: “Cənab Prezident! Siz həmişə haqqın və ədalətin yanında olmusunuz. Amma Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun adı ilə əməli uyğun gəlmir. Belə ki, onun Təhsil Nazirliyinə göndərdiyi təqdimat əsasında ötən il tələm-tələsik kafedra müdiri təyin edilmiş sabiq maliyyə naziri Əvəz Ələkbərova «Əməkdar müəllim» Fəxri adı verildi.
Təsəvvür edin ki, ADİU-da 1600-dən çox müəllim çalışır, onların böyük əksəriyyətinin 30, 40, hətta 50 il peşəkar müəllimlik stajı var. Amma onlar dura-dura universitetdə BİRCƏ SAAT DƏRS DEMƏMİŞ Əvəz Ələkbərov birdən-birə “Azərbaycanın Əməkdar müəllimi» Fəxri adına layiq görülür. Biz Sizə Əvəz Ələkbərovun tərcümeyi-halını göndəririk. Orada onun bircə saat belə bu universitetdə dərs dediyi yazılmayıb. Bəs necə olur ki, o, rektor Ədalət Muradovun təqdimatı əsasında bu fəxri adı alır?” Burası sözün bitdiyi yer…
(Gündəlik Bakı)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

10-01-2023, 23:40

İdrak Mustafayev: Elimizin Dəyərli Ağsaqqalı Mahir Muradovun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

Siyasət

10-09-2022, 16:03

Mahir Muradov Dövlət­imizə və Cənab Prezi­dent İlham Əliyevə Sədaqət Nümunəsidir.

Mədəniyyət

13-04-2023, 17:58

Anar Ələkbərovun doğum günüdür - DOĞUM GÜNÜNÜZ MÜBARƏK

Təhsil / Sosial

27-07-2023, 13:54

`QARA MASKALI`lar SDU rektorunun QAPISINI DÖYƏCƏKMİ?

Cəmiyyət

9-08-2022, 17:01

Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub

Şou-biznes

22-06-2022, 17:09

Ədalət Şükürov Vəli Qasımovla ispan dilində danışdı - VİDEO

Cəmiyyət

26-07-2023, 13:27

Ölümlə nəticələnən qəza törədən polkovnik işdən çıxarıldı - YENİ TƏYİNAT

Siyasət

15-07-2022, 16:37

Yüksək vəzifəyə təyin olunan DTX generalı kimdir? – DOSYE

Olay

22-03-2023, 18:01

Gədəbəy icra hakimiyyətinin əməkdaşıları ilə Kapital Bank vətəndaşa qarşı DƏLƏDUZLUQ – İDDİA

Bölgə / Olay

11-08-2023, 13:54

İsmayıllının icra başçısı KİMSƏNİ SAYA SALMIR... - VİDEO

Cəmiyyət

26-09-2022, 20:27

Əmlak Məsələləri Dövlət Xidmətində İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Siyasət

30-01-2023, 20:32

Azərbaycan diaspor fəalları Haaqa Ədalət Sarayının qarşısında toplaşıb

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Dünən, 23:32
    Nadir Qocabəyli Tural Sadıqlının iddiasına cavab verdi: “Məsələ təkcə Hikmət Hacıyevlik deyil”
  • Dünən, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • Dünən, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • Dünən, 18:18
    Dövlətin güzəştli krediti hesabına tikilən nəhəng anbar müsadirə olunaraq satışa çıxarıldı – Fotolar
  • Dünən, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
  • Dünən, 17:42
    Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDI
  • Dünən, 17:19
    Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
  • Dünən, 17:09
    "Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
  • Dünən, 16:45
    Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub
  • Dünən, 16:31
    1700 manat dəyərində kreditlə məhsul alsa da... - GİLEY
  • Dünən, 16:02
    Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır
  • Dünən, 15:46
    "Aldadılaraq "kredit bataqlığı"na salındım, indi də təhdid olunuram" - Kukla Teatrının əməkdaşı Prezidentdən kömək istədi
  • Dünən, 15:17
    Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
  • Dünən, 15:02
    Əmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT
  • Dünən, 14:45
    Sabah rayonlara yağış yağacaq
  • Dünən, 12:53
    İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
  • Dünən, 12:45
    Son 5 ayda nazirliklə 637 min manatlıq satınalma müqaviləsi imzalayan Surxay Qarayev kimdir? - İLGİNC
  • Dünən, 12:28
    KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH
  • Dünən, 11:42
    Qarabağın quruculuğuna haram qatan DAHA BİR ŞİRKƏT... - “Bəyaz İnşaat” qadın ustanın PULUNU VERMİR
  • Dünən, 11:15
    Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək
  • Dünən, 11:07
    Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
  • Dünən, 10:29
    Ailə başçısını itirməyə görə 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib
  • Dünən, 10:19
    Pulumuzu alıb özlərini reklam edən mağazalar: SUİ-İSTİFADƏ - FAKT BUDUR!
  • Dünən, 09:29
    Millətlər Liqasında daha 10 matç – SİYAHI
  • Dünən, 09:18
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Dünən, 09:01
    Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq
  • 28-09-2026, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • 28-09-2026, 18:51
    İlham Əliyev üç rayona başçı təyin etdi
  • 28-09-2026, 18:41
    Bir səs susdu, izi qaldı – Əvəz Zeynallıya vida
  • 28-09-2026, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • 28-09-2026, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • 28-09-2026, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • 28-09-2026, 16:59
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • 28-09-2026, 16:48
    Agentlik Abid Şərifovun şirkəti ilə 9 milyonluq RAZILAŞMA İMZALADI
  • 28-09-2026, 16:32
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə