• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Əsas amalı xalqına və dövlətinə, o cümlədən, bəşəriyyətə, sülhə xidmət etməkdir - FOTO

Cəmiyyət

18-06-2023, 21:07

Leyla Əliyeva özündə Azərbaycan gənclərinin ən yaxşı keyfiyyətlərini birləşdirir. Bu o insanlardır ki, ölkəmizin gələcəyi üçün narahatdırlar və onun çiçəklənməsi naminə çalışmağa hazırdırlar.

Leyla xanımın fəaliyyəti müxtəlif sahələri əhatə edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, eyni zamanda “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin (AMOR) sədri, eləcə də “Bakı” jurnalının təsisçisi və baş redaktorudur.

Leyla Əliyevanın gördüyü bütün işlər keyfiyyət və uğur nümunəsinə çevrilir. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı və mühüm layihələrdən biri “Xocalıya ədalət” kampaniyası olub. Artıq doqquz ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Leyla Əliyeva öz müraciətində demişdi:

“Bu cinayətlər xüsusi amansızlıqla törədildiyindən və insan ləyaqətinə ciddi zərbə vurduğundan, bəşəriyyət həmin gecənin xatirələrini yaddaşlarda saxlamaq, soyqırımı unutmamaq və qurbanların və sağ qalanların xatirəsini əziz tutmaq üçün mənəvi məsuliyyət daşıyır. Lakin yaddaşlarda saxlama və xatırlama kifayət deyil. Biz bu yaddaşlardan dərs çıxararaq cinayətkarları məsuliyyətə cəlb etməklə ədaləti bərpa etməli və bir daha kütləvi şəkildə bu amansız cinayətlərin törədilməməsi üçün zəruri tədbirlərin görülməsinə nail olmalıyıq”.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara diqqət yetirir.


Leyla xanım öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan köməklik göstərdiyi uşaqların yanında keçirir. Leyla Əliyevanın geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı məlumdur. O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir. Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı Leyla Əliyevanın və onun ideyaları ətrafında birləşdirir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib.

Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər. Leyla Əliyevanın Rusiyanın Azərbaycan Gənclər Birliyinin VII Forumunda qeyd etdiyi kimi, 8 il ərzində kifayət qədər böyük işlər görülüb. Leyla Əliyeva vurğulayıb:

“Bizim başlıca məqsədimiz Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və tarixini qoruyub saxlamaq, bütün xalqlara və dinlərə hörmət bəsləmək, qarşılıqlı yardım və qarşılıqlı dəstək, Rusiya cəmiyyətinə inteqrasiya və Azərbaycanı Rusiyada layiqincə təmsil etməkdir”.

Leyla Əliyevanın fəaliyyətinin daha bir uğurlu istiqaməti ekologiya və heyvanların müdafiəsi sahəsində işdir. Onun təşəbbüsü ilə yaradılmış IDEA İctimai Birliyi Azərbaycanın unikal təbiətinin mühafizəsinə, ümumilikdə ölkənin ekoloji vəziyyətinin yaxşılaşmasına mühüm töhfə verib.

Ötən ilin noyabrında isə Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzinin açılış mərasimində iştirak edib. Əsası 2014-cü ildə qoyulmuş Mərkəz Bakı və ətraf ərazilərdə heyvanların müayinəsi və müalicəsi, eləcə də onların müvəqqəti saxlanması üçün nəzərdə tutulub. Bundan başqa, kompleks ərazisində pişik və itlər üçün yemlərin istehsalı üzrə fabrik tikilib. IDEA Azərbaycanın yaşıllaşdırılması üzrə də aktiv fəaliyyət göstərir. Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə 5 milyondan çox ağac əkilib.

Leyla Əliyeva, həmçinin sosial və ekoloji layihələri özündə birləşdirən “Məktəb bağları” layihəsinin təşəbbüskarıdır.

Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib. IDEA İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Göyçay, Şəmkir, Hacıqabul, Quba, Masallı, Oğuz və Zaqatala rayonlarında, eləcə də Bakının Xəzər rayonunda orta məktəblərin həyətlərində meyvə ağaclarının salınması nəzərdə tutulur. IDEA və Leyla Əliyeva sayəsində ölkəmizin ekologiyası etibarlı müdafiə olunur.

Belə bir deyim var ki, istedadlı insan hər sahədə istedadlıdır. Bu mənada, Leyla Əliyevanın rəhbərlik etdiyi bütün layihələr onun fərdi liderlik keyfiyyətləri, məqsədyönlülüyü, iradəsi və zəhmətsevərliyi sayəsində uğur qazanır.

Göründüyü kimi, Heydər Əliyev Fondunun humanitar sahədə son dövrlərdə həyata keçirdiyi işlərin və əldə olunan uğurların, müsbət nəticələrin həcmi yüksək fəallıqdan xəbər verir. Fondun vitse-prezidenti Leyla Əliyevanın ölkədə və respublikadan kənarda gördüyü işlər, eləcə də, onun şəxsi nüfuzu beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına da böyük töhfədir. Əldə olunan bu uğurlar isə gələcəkdə daha böyük işlərin görüləcəyinə təminat verir.

Çünki Leyla xanım Əliyevanın əsas amalı xalqına və dövlətinə, o cümlədən, bəşəriyyətə, sülhə xidmət etməkdir.

Hörmətlə, Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

6-08-2022, 22:51

Azərbaycanın təbiətinin qorunmasında Leyla xanım Əliyevanın böyük xidmətləri var

Gündəm / Ölkə

20-12-2022, 22:43

Leyla Əliyevanın böyük ictimai məzmun daşıyan çoxşaxəli fəaliyyəti cəmiyyət həyatının bir çox istiqamətlərini əhatə edir

Gündəm / Dünya

25-02-2023, 23:00

Tbilisidə “Xocalıya ədalət” tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib -FOTO

Gündəm / Dünya

27-02-2023, 21:57

İngiltərənin 3 şəhərində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib - FOTO

Mədəniyyət

29-08-2022, 19:52

Qətərdə Leyla Əliyevanın kitabının təqdimatı keçirildi

Siyasət

26-08-2022, 11:46

Leyla Əliyeva Mehriban Əliyevanı belə təbrik etdi (FOTO)

Siyasət

10-08-2022, 16:13

Leyla Əliyeva İslamiadada Azərbaycan güləşçilərinin çıxışlarını izləyir

Cəmiyyət

28-03-2023, 20:18

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi

Gündəm / Dünya

25-02-2023, 22:58

Vilnüsdə litvalı jurnalistin “Xocalıya ədalət” adlı fotosərgisi təqdim olunub

Siyasət

8-08-2022, 19:31

Hər bir azərbaycanlı müasir Azərbaycanın simvolu, xeyirxahlıq və ümid mücəssəməsi olan öz birinci xanımı, Mehriban Əliyeva Xanım ilə fəxr edir.

Dünya

4-03-2023, 00:32

İsrailin Rişon LeZion şəhərində Xocalı soyqırımının qurbanları yad edilib - FOTO

Siyasət

27-08-2022, 18:44

BƏƏ, Misir və Omanın 60-a yaxın nəşrində Mehriban Əliyevanın fəaliyyətinə məqalələr həsr olunub

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:57
Bakıda məktəbli bıçaqlanıb
Xəbər lenti
  • Bu gün, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • Bu gün, 17:00
    Allahşükür Paşazadə niyə SUSUR?
  • Bu gün, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • Bu gün, 15:42
    Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
  • Bu gün, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • Bu gün, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
  • Bu gün, 13:30
    NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
  • Bu gün, 13:00
    Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
  • Bu gün, 12:00
    Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq
  • Bu gün, 11:00
    "Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
  • Bu gün, 10:30
    Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
  • Bu gün, 10:00
    Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
  • Dünən, 19:00
    İran Ordusunun Quru Qoşunlarının komandanı: Müharibə başlayandan sonra sərhədlərdə 50-dən çox döyüş və dəstək bölməsi yerləşdirilib
  • Dünən, 18:30
    Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək
  • Dünən, 18:00
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • Dünən, 17:30
    Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
  • Dünən, 17:11
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • Dünən, 17:02
    “Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
  • Dünən, 16:44
    Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
  • Dünən, 14:32
    Şahbaz Şərif İlham Əliyevə zəng edib
  • Dünən, 14:21
    III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
  • Dünən, 13:25
    Sumqayıt Dövlət Universitetinin III korpusunda BİABIRÇI VƏZİYYƏT – Tələbələrdən sərt şikayət: “Bura universitetdən çox həbsxanaya bənzəyir!”
  • Dünən, 13:17
    Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
  • Dünən, 13:03
    Bir işçi üç işçinin yerinə İŞLƏDİLİR - NARAZILIQ VAR...
  • Dünən, 12:36
    ISW: Rusiya dizel razılaşması müqabilində ABŞ-yə Ukrayna ilə bağlı güzəştlər təklif etməyib
  • Dünən, 12:24
    Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
  • Dünən, 12:04
    Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
  • Dünən, 11:16
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
  • Dünən, 10:56
    “Tükəzban İsmayılova sağ olanda Gülbahar qorxusundan İlhaməyə yaxın gəlmirdi; - o, kimdir ki, mənə qadağa qoysun?”
  • Dünən, 10:28
    Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib
  • Dünən, 10:16
    Elnur Əliyev ARTİ ilə vidalaşır? - İDDİA
  • Dünən, 09:40
    Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
  • 9-10-2026, 19:00
    Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
  • 9-10-2026, 18:30
    Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
  • 9-10-2026, 18:00
    Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə