• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Gömrük Komitəsində qanunsuzluqlar davam edir

Cəmiyyət / Ölkə

4-05-2023, 14:15

Sahibkar: “Gömrük işçiləri mənə bildirdilər ki, mən onlarla hansısa məbləğdə razılaşmalıyam və ya malı götürüb geri qaytara bilərəm”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Azərbaycan Respublikasının Birinci Xanımı Mehriban Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova
Surəti: Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Əli qızı Qafarovaya
Surəti: Azərbaycan Respublikasının Prezident Administrasiyasının Rəhbəri (Korupsiyaya ilə Mübarizə komissiyasının sədri) cənab Samir Rafiq Oğlu Nuriyevə
Surəti: Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri cənab Şahmar Mövsümova
Sürəti: Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə
Surəti: Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova
Surəti: Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili xanlm Səbinə Əliyevaya
Surəti: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova
Surəti: Dövlət Gömrük Komitəsinin Apellyasiya şurasının rəhbərliyinə
Surəti: Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi cənab Orxan Nuriyevə
Surəti: Bakı Baş Gömrük idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Gömrük Generalı cənab İsmayıl Hüseynova

Hörmətli cənab Prezident!

Bildirmək istəyirəm ki, bu bizim say hesabı ilə 8-ci məktubumuzdur və bizim “Güvən 2012”MMC-yə Çin Xalq Respublikasından 01231000091678 saylı bəyannamə üzrə göndərilmiş mallarımın qeyri müəyyən səbəbdən Bakı Baş Gömrük İdarəsində saxlanılması davam etməsi ilə əlaqədar müxtəlif mətbu orqanlarında həmçinin müxtəlif sosial şəbəkə siqmentlərində bu barədə geniş çıxış etmiş və Gömrük orqanları tərəfindən pozulmuş haqqımın bərpa edilməsinə çalışmışam. Lakin bütün bu səylərimin çox təəssüflər olsun ki, hələ ki, heç bir nəticə verməmişdir. Həmin çıxışlarımın linklərini Sizə təqdim edirəm.







Qeyd edirəm ki, Bakı Baş Gömrük İdarəsində bizim “Güvən 2012” MMC-nin adına gətirilən “santexnika” mallarımızı qanunsuz hesablamalar, bürokratik əngəllər və süründürməçilik yaradaraq “İpək Yolu” terminalında saxlayıblar və geri qaytarmağıma əngəllər yaradırlar.

Bununla bağlı mən media və sosial şəbəkələrdə çıxış etmişəm. Bakı Baş Gömrük İdarəsində keçən ayın yəni 14.03.2023-cü il tarixindən bu günkü günədək bizim santexnika mallarımıza hələ də qiymət təyin edə bilməyiblər və özləri də etiraf edirlər ki, hansı üsüllarla hesablamalar aparmağlarını bilmirlər.

08.04.2023-cü il tarixində Dövlət Gömrük Komitəsində məni qəbul etdilər, dinlədilər və gömrük tarifi haqqında qanunu rəhbər tutaraq onlara bu mallar (mətbəxt üçün su kranları, duş kranları və arko kranlar) barəsində öz diskusiyamı apardım. Gömrük Komitəsinin vəzifəli şəxsləri mənim fikrimlə razı oldular, bəyan etdiyimiz hesablama qaydasının düzgünlüyünü şifahi olaraq təstiqlədilər və komissiyanı tərtib edərək bu məsələnin protokollaşdırılmasına qərara gəlib iclas təyin etdilər. Həmin iclasda Bakı Baş Gömrük İdarəsinin Aqil və Nurlan adlı əməkdaşları gec gəlməklərinə baxmayaraq yenə də iclas keçirildi. İclasda mən öz sübutlarımı və gömrük tarifi haqqında qanunun 7-ci maddəsini rəhbər tutaraq malların gömrük dəyərinin müəyyən edilməsi beynəlxalq təcrübədə qəbul olunmuş ümümi prisiplərə əsaslanaraq (GATT) VII maddəsinə,GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanaraq hesablanmasının eyni zamanda gömrük tarifi haqqında 1.1.1 maddəsində göstərildiyi kimi gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq eyni zamanda, 1.1.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatlara uyğun olduğunu və gömrük tarifi haqqında qanunun 2.1.4. Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq və həmçinin 2.1.5 maddəsində nəzərdə tutulan, Azərbaycan Respublikasının iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaratmaq, bundan əlavə gömrük tarfi haqqında qanunun 12-ci maddəsində gömrük dəyərinini müəyyən edilməsi üsullarının, mənim bu işimdə tədbiq edilməsini onlardan xahiş etmişdim. Lakin Bakı Baş Gömrük İdarəsinin Nurlan adlı əməkdaşı yenədə öz qanunsuz hesablama və qanundan kənar hesablama qaydalarını tətbiq etmək istədikdə gömrük komitəsinin işçiləri ondan rəsmi olaraq yazıb bizə göstərməyini xahiş etdilər. Ancaq 01231000091678 saylı bəyannamədə 2-ci mal mövqeyi üzrə sistem üzərindən rəsmi bildirişdə mənə 94000 ABŞ dolları statistik dəyər göstərilmişdir və bu statistik dəyər ümümilikdə 40980 ədəd mala (arko kranlar və duş kranlarına) aid olduğu bildirilmişdir.

Mən və Komitənin dəyər şöbəsinin işçiləriİ Nurlan adlı Bakı Baş Gömrük İdarəsinin əməkdaşından həmin 40980 ədəd mallara görə hesablama qaydasını istədik. Nurlan bəy 94000-nin 23000-ni arko kranlara hesabladı. Amma yerdə qalan 71000 ABŞ dolların su və duş kranlarına necə hesablanmasını və necə bölünməsini bu günkü günə kimi Nurlan adlı şəxs izah edə bilmir və mən əminəm ki, izah və sübut edə bilməyəcək də. Çünki, həmin məbləğdə uyğunsuzluq baş verəcək, həmin məbləği Nurlan bəy formalaşdırıb tənzimləyə bilməyəcək.

Ona görə ki, Nurlan bəy gömrük tarifi haqqında qanunu bilmir və ya bu qanuna saymamazlıqla yanaşır. Belə ki, həmin malların qanunvericiliyin 1.1.3 maddəsində xarici iqtisadi fəaliyyətin mal nomenklaturası – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır və onların həmin kodlar üzrə rəsmiləşdirilməsi göstərir. Bu da onu göstərir ki, bizim ixrac etdiyimiz və 01231000091678 bəyannamə üzrə bəyan etdiyimiz mallar kq-la hesablanmalıdır. Çünki, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında 166 kodu altında kq-la göstərilmişdir.

Bundan əlavə bildiririrəm ki, 11.04.2023-cü il tarixində mən Gömrük Komitəsində bir daha qəbulda oldum və mənə bildirdilər ki, indi Bakı Baş Gömrük Komitəsindən Elmir Ramazanov, Aqil və Nurlan adlı şəxslər yaxınlaşır, iclas keçirilib və protokol imzalanacaq. Mən çölə çıxıb gözləyirdim. Lakin geri qayıtdığda məni iclasa buraxmadılar və iclas mənsiz keçirildi. Onlar çölə çıxdığda mənə bildirdilər ki, mən onlarla hansısa məbləğdə razılaşmalıyam və ya malı götürüb geri qaytara bilərəm. Lakin mən bir daha onlara bildirdim ki, mən bazarda yox, Dövlət İdarəsindəyəm, eyni zamanda onların qanunsuz və bürokrat əməllərindən yorulmuşam, malımı ancaq geri qaytarmaq istəyirəm. Onlarda mənə bildirdilər ki, sabah malı geri qaytarmaq üçün yükləyə bilərsən.

Hörmətli Cənab Prezident!

Ayın 14.03.2023-cü il tarixdə gömrük sisteminə bəyannaməni daxil etdikdən sonra mala baxış keçirilmişdir.Onların hesablaması nəticəsində ilk öncə 70000 ABŞ dolları qiymət deyilmişdir və bayram günü 22.03.2023-cü il tarixində mala bir daha baxış keçirdib malın İpək Yolu Terminalında bizim Bakı maşınlarına (oteko) yüklənmiş və maşınlar bloblanıb gömrüyün ərazisində qalmışdır.Burada bir sual doğurur, əgər mallar həmin vaxt hesablanıb, baxılıb, yoxlanılıb, sayılıbsa və mənə bununla əlaqədar qiymət deyilibsə onda nəyə görə indi mən malımı geriyə qaytarmaq istədiyim zaman və bu malın Azərbaycan Respublikası ərazisində, Azərbaycan bazarına dövriyyəyə buraxılmamasını nəzərə alaraq nəyə görə yenidən sayılır? Bəyannamə üzrə uyğunlaşdırılır və eyni zamanda guya hansısa nöqsan tapılır və nöqsanın adi qaz krantları adlandırılır?

Onu bildirmək istəyirəm ki, bu gün Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov və onun dəstəsi Aqil və Nurlan adlı şəxslər öz vəzifə səlahiyyətlərindən və əllərindəki dövlətin resuslarından sui istifadə edərək bizə qarşı təziq formaları həyata keçirirlər.Bundan əlavə bildirirəm ki,Təhqiqat Subyekti olmadığı halda 01231000091678 saylı bəyannamə üzrə 3-cü mal mövqeyində göstərilən borularda, ötrücü funkisiyasını yerinə yetirən vintillər hissələr kimi adlandırılan 22.03.2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmış və maşınlara yüklənmişdir. Bu da o deməkdir ki, bizim mallarımız baxılıb, yoxlanılıb araşdırılmışdır lakin indi bizim malımız geriyə Çinə qaytarılması məsələsi ortaya çıxdığda mallar yenidən yoxlanılır, qanunsuz ekspertizaya göndərilir, qanunsuz Təhqiqat subyektinə çevirilir.

Bunlar hamsı sahibkara təziq, süründürməçilik və məmur özbaşnalığından başqa heçnə deyil. Mən buradan bildirirəm ki, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanovun və onun dəstəsi olan Aqil, Nurlan və Nazim adlı şəxlər tərəfindən süni maneəçiliklər yaradılmaqla heç bir qanuni əsas olmadan ölkə qanunvericiliyinin və Beynəlxalq hüquq normalarının bütün müddəalarının pozulması ilə mənasız mübarizə aparmaqdadırlar. Bilə-bilə ki, mən haqlıyam. Sadəcə fərq ondadır ki, onlar çox mən isə təkəm. Beləliklə öz vəzifə səlahiyyətlərini aşmış, vəzifə səlahiyyətlərindən sui istifadə etmiş bir qurup məmur Dövlət resurslarının düzgün istifadə edilməsi metod və prinsiplərini pozaraq şəxsi anbisiyalarını Dövlətin mənafeyindən daha üstün tuturlar.

Hörmətli Cənab Prezident!

Yuxarıda deyilənləri nəzərə alaraq bir daha Respublikanın Dövlət Gömrük Komitəsinin və Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli şəxslərinə aşağıda qeyd oluan suallarla müraciət etmək istəyirəm və həmin suallara qısa müddət ərzində mənə yazılı şəkildə rəsmi məlumat verilməsini xahiş və tələb edirəm.

1. 14.03.2023-cü il tarixli 01231000091678 saylı bəyannamə üzrə Çin Xalq Respublikasında şirkətimə daxil olan mallar Bakı Baş Gömrük İdarəsində nə səbəbdən saxlanılmışdır və bu günədək buraxılmır?

2. Bu malların geri qaytarılması ilə əlaqədar ərizəmin təmin edilməsi barədə dərkənar olmasına baxmayaraq bu günədək həmin prosesin yerinə yetirilməsinə hansı səbəbdən şərait yaradılmamışdır?

3.Mənim şirkətimə göndərilən mallarla eyni təsnifatlı malların digər şirkətlər tərəfindən mən iddia etdiyim qiymətlərlə ölkə ərazisinə buraxılmasının səbəbləri, gömrük rəsmiləşdirilməsi zamanı şirkətlər arasında fərqlərin qoyulması ikitirəliyin tətbiq edilməsi və bununlada sağlam rəqabət prinsipinin pozulmasına nə səbəbdən yol verilməsi.

4. Heç bir əsas olmadan mənim gömrükdə olan mallarımla əlaqədar materialın İstintaq və Təhqiqata göndərilməsinin səbəbləri barədə mənə rəsmi məlumatın verilməməsi.

5. Gömrük orqanları tərəfindən mənim şirkətimə qarşı tətbiq edilən qeyri qanuni əməllərin və heç bir qanuna isbat edilməyən absurd tələblərin nə vaxta dək davam edəcəyi və sair bu qəbldən olan məsələlər barədə.

Yuxarıda göstərilənləri nəzərə alaraq bir sahibkar kimi fəaliyyətimdə yaranan problemlərə və Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov, Nazim Məmmədli, Aqil və Nurlan adlı əməkdaşlarının qeyri qanuni əməlləri, süründürməçilikləri, süni bəhanələrlə bürokratik əməllərin yaradılması, ölkə qanunvericiliyinin tələblərinə biganə yanaşmaları, öz vəzifələrindən sui istifadə etmələri, açıq şəkildə vəzifə səlahiyyətlərini aşmaları, vətəndaşlara əsasən sahibkarlara ögey münasibətin bəslənməsi və nəticə etibarı ilə ölkə iqtisadiyyatının inkişafına əngəl törədilməsi eyni zamanda cənab Prezident Sizin bu günkü gün apardığınız iqtisadi siyasətinizə qara kölgə salmalarının qarşısının alıması və gömrük orqanlarında qanunvericiliyin bərpa edilməsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün lazımı tapşırıqların verilməsini Sizdən xahiş edirəm.

Əminəm ki, Sizin səyləriniz nəticəsində Respublikada Gömrük orqanında süründürməçiliyə, bürokratiyaya və qanunvericiliyin tələblərinin pozulması hallarına son qoyulacaqdır.

Hörmətlə, “Güvən 2012”MMC-nin Direktoru Ramil Aslanov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

5-08-2022, 12:34

Bu Komissiyanın tərkibində dəyişiklik edildi

Siyasət

16-07-2022, 19:07

Azərbaycanda yeni medal təsis edilib

Siyasət

15-11-2022, 23:00

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizdir.

Siyasət

16-07-2022, 19:47

Naxçıvanın yeni Ombudsmanı seçilib

Bölgə

13-07-2022, 20:30

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Siyasət

25-08-2022, 23:46

Bugün Avqustun 26-da Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Siyasət

11-04-2023, 00:11

Azərbaycan-Tacikistan münasibətlərində yeni inkşaf mərhələsi

Siyasət

9-07-2022, 12:33

Azərbaycan Respublikasının müdafiə nazirinin Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki

Siyasət

6-08-2022, 13:45

Azad edilmiş ərazilərdə bu məsələ ilə bağlı işçi qrup yaradıldı

Siyasət

19-08-2022, 18:47

Prezident bu ölkələrə YENİ SƏFİRLƏR təyin etdi

Siyasət

23-07-2022, 11:38

Azərbaycan Prezidenti misirli həmkarını təbrik edib

Cəmiyyət

9-02-2023, 21:11

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərib

Araşdırma
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Hadisə
Dünən, 12:30
Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
23-05-2026, 11:27
Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ - FOTO
12-05-2026, 09:21
Kəmaləddin Heydərov Lökbatanda yanğın baş verən əraziyə gəlib - YENİLƏNİB
10-05-2026, 12:30
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
7-05-2026, 17:34
Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır
Xəbər lenti
  • Dünən, 17:00
    Sabah İmişli və Saatlı rayonları ilə Sabirabad şəhərinin qaz təminatında fasilə yaranacaq
  • Dünən, 16:30
    Bakıda və Abşeron yarımadasında hava yağışlı olacaq - PROQNOZ
  • Dünən, 16:00
    NYT: ABŞ ilə memorandum 25 milyard dollarlıq İran aktivlərinin sərbəst buraxılmasını nəzərdə tutur
  • Dünən, 15:00
    Pakistan XİN başçısı: ABŞ-İran münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunub
  • Dünən, 14:30
    "Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
  • Dünən, 14:00
    Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib
  • Dünən, 13:00
    Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
  • Dünən, 12:30
    Bərdədə baş verən avtomobil qəzasında bir nəfər ölüb
  • Dünən, 12:00
    Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb
  • Dünən, 11:00
    Cəlilabadda 3,2 maqnitudalı zəlzələ baş verib
  • Dünən, 10:30
    Filippində binanın uçması nəticəsində 40 nəfər dağıntılar altında qalıb
  • Dünən, 10:00
    Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümü bu gün başa çatır
  • 23-05-2026, 17:11
    Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
  • 23-05-2026, 16:48
    Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb
  • 23-05-2026, 16:37
    Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
  • 23-05-2026, 16:04
    WUF13 - Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal həmrəyliyə növbəti tarixi töhfəsi - ŞƏRH
  • 23-05-2026, 15:26
    Məşhur aktyor çəkildiyi serialdan qovuldu
  • 23-05-2026, 14:50
    Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində islahatlar müzakirə edilib
  • 23-05-2026, 14:14
    AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
  • 23-05-2026, 13:29
    İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib
  • 23-05-2026, 12:02
    "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
  • 23-05-2026, 11:27
    Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ - FOTO
  • 23-05-2026, 10:54
     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
  • 23-05-2026, 10:15
    Çində kömür mədənində ölənlərin sayı 80 nəfəri ötüb - YENİLƏNİB
  • 23-05-2026, 10:05
    Kasparov beynəlxalq axtarışa verildi
  • 23-05-2026, 09:38
    BİZİM TƏQVİM:23 mayda baş vermiş tarixi hadisələr
  • 22-05-2026, 18:36
    Nəqvi və Əraqçi Yaxın Şərqdə münaqişənin nizamlanmasına dair təklifləri müzakirə ediblər
  • 22-05-2026, 18:28
    CHP həmin qərarla bağlı YSK-ya müraciət etdi
  • 22-05-2026, 18:09
    Niderland Kralı İlham Əliyevi təbrik edib
  • 22-05-2026, 17:51
    “Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
  • 22-05-2026, 17:26
    Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürüb
  • 22-05-2026, 17:12
    Mingəçevir təhsilində böhran - Protokol qaydası, yoxsa mənəvi korluq?
  • 22-05-2026, 16:49
    Baş katib: "Şəhərlərin qurucuları icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiyanı verir"
  • 22-05-2026, 16:37
    Ağstafa sakinləri icra başçısı haqda hansı fikirdədir? - Torpaq satışı və...
  • 22-05-2026, 16:10
    Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə