Sizin reklam burada 728×90
Son dəqiqə

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib

17.08.2022 15:59 551 1 dəq oxunur
“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib
"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Bu barədə bakunews.az-ya milli.az-a istinadən Müdafiə Nazirliyindən məlumat verilib.

Fərdi mərhələdə komandamızın ikinci heyəti də uğurla çıxış edib. Maneələr zolağını və minalanmış ərazini dəf edən artilleriyaçılarımız pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunmuş hədəfləri sərrast atəşlə məhv ediblər.

Peşəkarlıq nümayiş etdirən hərbi qulluqçularımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüb. Birinci yerdə Qazaxıstan, ikinci yerdə isə Rusiya artilleriyaçıları qərarlaşıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az