Sizin reklam burada 728×90
Son dəqiqə

ETSN: "Palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur"

11.08.2022 12:32 591 1 dəq oxunur
ETSN: "Palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur"
Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində püskürən palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Bu barədə bakunews.az-ya report-a 9 istinadən Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir: "Müvafiq monitorinqlər həyata keçirilir. Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanlarından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb".

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az