Topaz mərc oyunlarında narazılıqlar artır –
Azərbaycanda rəsmi fəaliyyət göstərən Topaz mərc oyunları ilə bağlı narazılıqlar son günlərdə daha da artıb. Bakunews.az-a müraciət edən Zaqatala rayon sakinləri, uduşlarını vaxtında ala bilmədiklərini, 1000 manata qədər olan məbləğlərin belə hissə-hissə ödənildiyini bildirirlər.
Vətəndaşlar qeyd edirlər ki, 3-4 dəfəyə bölünmüş formada verilən uduşlar onların kontora dəfələrlə gəlməsinə səbəb olur. Bu isə, onların sözlərinə görə, məcburi olaraq yenidən oyuna təhrik edilmələrinə xidmət edir. Belə bir mexanizmin məqsədli şəkildə həyata keçirildiyi iddia edilir:
✔️ “İnsan uduş almaq üçün gəlir, amma pulunun yarısını verirlər, deyirlər qalanına sabah gəl. O da gələndə yenə də bu gün yox sabah deyərək insanın gedib gələrək aldığı puldan yenidən mərc etməsi üçün şəraiti formalaşdırırlar, bu artıq psixoloji manipulyasiyadır”, – deyə şikayətçilərdən biri bildirir.
Topaz tərəfi isə məsələ ilə bağlı indiyədək ictimaiyyətə açıq və əsaslandırılmış açıqlama verməyib. Məlumat üçün qeyd edək ki, mərc oyunlarının təşkili və idarə olunması ölkədə xüsusi lisenziya və dövlət nəzarəti ilə həyata keçirilməlidir. Belə şikayətlər bu sahədə şəffaflıq və nəzarət mexanizmlərinin yetərsiz olduğunu göstərir.
Bakunews.az olaraq məsələni diqqətdə saxlayırıq və aidiyyəti qurumların – xüsusilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və "Vergilər Xidməti"nin bu sahədə araşdırma aparmasına çağırırıq. Vətəndaşların hüquqlarının pozulmaması üçün tədbirlər görülməlidir.

Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az

[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]