Sizin reklam burada 728×90
Son dəqiqə

İsrail Prezidenti Bakıya gəlir

30.10.2024 14:12 337 1 dəq oxunur
İsrail Prezidenti Bakıya gəlir
İsrail Prezidenti İsaak Hersoq noyabrda Bakıda keçiriləcək COP29-da iştirak edəcək.

Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Bildirilib ki, o, bunu Prezident iqamətgahında İsrail nümayəndə heyəti ilə görüşündə açıqlayıb.

İ. Hersoq qeyd edib ki, iqlim dəyişikliyi çox vacib məsələdir: “Ölkə müharibə şəraitində olduğu üçün bəziləri iqlim böhranı ilə bağlı müzakirələrin aparılmasını yersiz hesab etsələr də, hər şey başqa cürdür. İndiki halda İsrail üçün daha da aktuallaşan regional əməkdaşlığı gücləndirmək lazımdır”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az